Loqo təklifi

Yadımdadır ki, mən bu sayta I dəfə girəndə Nə harda nə zaman bloqunda Sakura intellektual klubuna loqo fikirləşmək təklifi var idi. o zaman Başım suallara qarışdığı üçün önəm vermədim Bu gün birdən yadıma düşdü və iki variant düzəltdim. Rəylərinizi gözləyirəm.

 

 

 

 

45 şərh

mr13
Fikirlərinizi bildirməyi xahiş edirəm
ramzes
Əla super. Məncə ikinci daha yaxşıdı çünki saytın adı, klubun adı hər şey qeyd olunub ikincində.
2ral
Birinci çox qəşəngdir. Hamı səsini versin.
fidan
Birinci yaxşıdır.Sadəcə intellektual klubu sözünü çevrənin aşağı sərhədi boyunca uzatmaq lazımdır.
mr13
o problem deyil bütün rəylərdən sonra düzəlişləri edərəm.
IDEAL
Düşünürəm ki, bir az düzəlişlə birinci əla olacaq
mr13
Mən öz bloqumda səs vermə də qoydum.
Cavid
mən də birincini xoşladım, amma kayzen.az aid olduğu tam bilinmir
bankir
Birinci variant. Fidanın dediyi kimi(çevrə boyunca Sakura intellektual klubu sözü),altından da adi xətlə kayzen.az .Düzləndirmə mərkəzə doğru olsun(center). Çevrə bir qədər Mercedes-Benz embleminə oxşamalıdır(üç yerə bölünmüş 360 dərəcəlik çevrə). İkinci loqonun bir şeyi pisdir ki,kvadrat çərçivə var.Amma gərək içindəki yaponca söz yığışdırılsın.
İkinci variant. Elə həmin loqo qalır.Amma kayzen.az yazısı altda adi xətlə yazılmır,çevrənin içində yaponca kayzen sözü yazılır. Yəni çevrənin içində kayzen sözü yaponca yazılmalıdır.
papatürk
Yazdığın ikinci variant daha yaxşıdır. Amma nə mənası var bu loqonun7Lap tutaq ki,seçdik,sonra? İlk əvvəl lazım idi.Amma indi yox. Çünki onsuz da bu loqonu saytda bir yerə qoymaq mümkün deyil.
mr13

Loqonun nəyə yaradığını və ya yarayacağını izah edim Papatürk cənablarına. Birinci NHN bloqunun emblemi kimi solda tək sakura çiçəyi qoyula bilər.


II. İinşallahbir neçə min  üzvü olacaq saytın öz intellektual klubu olması ideyası burada bir neçə dəfə səslənib. Və hər bir səviyyəli klubun öz gerbi və ya emblemi olur. Gələcəkdə Klub respublika səviyyəli turnirlər keçirə bilər. Və bu da sayt üçün çox gözəl bir reklam ola bilər.

mr13
Belə çıxır ki, hamı yaponcanı əla bilir. Loqonu qısaca izah edim. Dairənin içində sakura çiçəyidir. üzərindəki yazı «Sakura»  sözüdür Soldakı yazı Kayzen yaponca sağdakı kayzen dilimizdə.
Ferbara

Ikinci variantın solundakı yazı nədir? Ortadakı kayzendirsə, soldakı nədir?


Amma birinci daha yaxşıdı.

Magicboy

Məncə loqo kəllə formasını xatırlatmalıdır. Ona görə də rənglər seçilməlidir. Çox yazıya yer verməyin əhəmiyyəti yoxdur. Belədə loqonun mənası nəzərdən qaçar.

mr13
Ortadakı «sakura» soldakı kayzen.
Erudit

Daha yığcam və estetik olduğunu güman etdiyim 2cini bəyəndim. Amma bundan da yaxşısını düzəldə bilərsən məncə. İşlərinə bələdəm  axı, Mr13.

Wizard
Bu təklifi mən vermişdim! Minnətdaram ki. loqonu fikirləşəcək bir adam ortaya çıxdı! Birinci daha yaxşı olar :)
bloqçu
Məncə çiçəyin içindəki yazı yığışdırılarsa daha yaxşı olar. Mənə elə gəlir ki o artıqdır. Ümumilikdə birinci daha çox xoşuma gəldi. Amma, mən bu loqonu tamam başqa cürə düzəldərim.
mr13
yazı sakura sözüdür.
papatürk
Əziyyətinizə görə müsbət verdim.Amma yaxşılaşdırmaq əvəzinə geri getmisiz.Yeni loqo çox mürəkkəbdir.
mr13
bunun ona heç bir dəxli yoxdu sadəcə ağlımdan keçəni etdim və iddia etmirəm heç nəyə.
Leyla
bir yazını hər iki dildə yazmaq nəyə lazım? Ya azərbaycanca yazılsın ya yaponca.Ya da sakura azərbaycanca amma kayzen yaponca. Bayquş isə ümumiyyətlə artıqdır.
mr13
bayquş ümumiyyətlə NHN (nə harda nə zaman oyununun simvoludur)
Leyla
Nolsun? Başqa yerdə yarışın simvoludursa gərək bizdə də olsun?
Bu sahədə mən məsləhət verəcək qədər ağıllıyam. Ağac və bayquşu yığışdırın. Rəsm böyük olanda gözəl görünür.Amma bacarırsız o rəsmi balacalaşdırın. bərbad görünür və heç nə oxunmur.Odur ki,ilk variantlar daha yaxşı idi.
2ral
Harada yazılmasından asılı olmayaraq kayzen.az www-suz olmalıdır.
bu sahədə bilgim az olsa da(mən təvazökaram) deməliyəm ki, yazılarda dağınıqlıq var. Yazı yuxarıda və aşağıda olmalıdır,yoxsa hərəsi bir tərəfdə yox. Ən birinci variant elə də pis deyildi.
mr13
yazıların xaotik düzülməsi dizayn sahəsində çox işlədilən variantlardan biridir. əsas vurğu çatdırılmalı olan informasiyaya verilir. əslində bu versiya daha çox hansısa bir hadisə münasibəti ilə klub göndərəcəyi açıqcalar (otkrıtka) üçün daha çox yarayır. yəni birinci variant rəsmi, indiki isə belə desək qeyri rəsmi variant ideyasıdır.
2ral
Yeni şəkliniz təqdirəlayiqdir. Sadəcə müqayisə eədndə əvvəlki varianta uduzur. Ən yaxşı variant kimi birinci şəklin bir qədər dəyişilmiş forması daha yaxşı olardı. Əvvəl deyildiyi kimi çevrə boyunca yazıların gözəl düzülüşü.
Papatürkə: İndi bəlkə də lazım deyil.Amma vaxt gələcək ki lazım olacaq.
mr13
bu işləri etdikcə püxtələşməyə çalışıram. hər səhv hər rəy buna kömək edir. necə deyəllər insan səhvləri üstündə öyrənir. Səhvləri də deyərkən insana bunu elə çatdırmaq lazımdır ki, nə şiş yansın nə kabab. Yoxsa Lazım olmayan Vaxtda insana kobudcasına və ya qəti tutulan bir irad o insanın bütün həyatını dəyişə bilər, puç edə bilər.
Aza
İMHO caynaqlarında sakura çiçəyi tutan bayquş iri planda daha yaxşı görünərdi.Əslində bunlar da pis deyil.
fidan
Gəl çıx da))) doğurdan da maraqlı ideyadır.bayquş,caynağında sakura budağı. Yazıları da maraqlı yerləşdirmək olar.
Aza
Gəldim)Xolxoz sədri kimi nə qədər lazımdır ideya verə bilərəm amma hazırlamaq mənlik deyil ,əlimdən gəlmir))
Aza
Bir də bilmirəm yaponcadır ya çincə bu  yazılar məni qıcıqlandırır.Amma gördüyüm qədər digərləri bəyənir deməli bu mənim problemimdir))
mr13

Yaponcadır.


 

Aza
Düzdü hər halda sakuradısa yaponca olmalıdır.Sadecə fərqləndirə bilmirəm onları,ona görə dəqiqləşdirdim.Amma hər halda bu sadəcə mənim fikrimdir tabu deyil.
mr13
Uzun yazı Kayzen iki balaca yazılar isə sakuranın müxtəlif ieroqliflərlə yazılışıdır.
mr13
O ideya da var sadəcə olaraq hələ ki lazım olan bayquşu və lazım olan sakura budağını tapmaq lazımdır
Aza
Ağıllı insanlar eyni cür fikirləşir))
mr13
məndə hətta dimdiyində sakura budağı tutan bayquş ideyası da var amma yenə lazımi material hələ yoxdur.
Aza
Dimdiyində sakura tutan bayquşu da fikirləşdim ,amma zənnimcə onda bayquşun ciddiliyi bir qədər itir.Caynaqlarında isə daha hökmran görsənər.Amma hər iki varianta hazır baxılanda dəqiq demək olar.
bloqçu

Məncə loqo tamam başqa cürə olmalıdır. İndi düzəltdiyinizdənsə birincilər  yaxşıdır.

İndikinə loqo demək olmaz. Çünki elə bil ki, bir bannerdir və ya şəkildir, hansı ki, içində yazılar var, saytın URL-i reklam olunur. Axı loqo belə olmamalıdır. Bu isə çox ağırdır. Məncə arxa fonun rəng  də uğursuzdur. Adamı sıxır. Həm də yuxarıda da qeyd elədiyim kimi, Leylanın sözünə də qüvvət mütləqdirmi ki, iki dildə də yazılsın?

Düşünürəm ki, iradlardan inciməzsiniz… Bu sadəcə mənim düşündüklərimdir. İnşallah xətrinizə dəyməz.

mr13
Əstəğfirullah mənim xətrimə hər şey dəymir. Əslində qaralama olandan sonra ora nəyi isə artırıb nəyi isə azaltmaq daha rahatdır. Arxa fonun rəngi gündoğar ölkəyə işarədir və düz vurğuladınız ki bu loqodan çox Klub haqqınad kollajdır.