Bloq haqda
endokrinoloji xəstəliklər,venerik xəstəliklər
dəri-zöhrəvi xəstəlikləri,onların müalicəsi, profilaktikası
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (15)
fidan loğman Elsamir burla xatun Dr Həkim luminat fuad784 Zeyneb_Ehmedova cahandar Aristotel yravil AykaJackson Nailə Qasarayeva Abdulyar SÜSən_MehrəliyevaCinsi yolla keçən infeksiyalar
Antibiotik əsri olan dövrümüzdə cinsi yol ilə keçən infeksiyalar çox zaman gizli şəkildə, aşkar əlamətlər olmadan keçir. Bu, ikiqat təhlükə yaradır: bir tərəfdən belə xəstələr öz tərəf müqabilləri üçün yoluxma mənbəyinə çevrilir, digər tərəfdən infeksiya xəstənin özünə çoxsaylı fəsadlar törədir. Cinsi yol ilə keçən in- feksiyalar (CYKİ) — zöhrəvi xəstəliklərdən daha geniş anlayışdır.
«Cinsi yol ilə keçən infeksiyalar» anlayışına zöhrəvi xəstəliklərdən başqa, onlar qədər ağır fəsad törətməyən, lakin kişi və qadınlarda çoxsaylı fəsadların yaranmasına səbəb olan bir çox digərləri də daxildir. Bütün bu infeksiyaların fərqli cəhəti onların çox zaman simptomsuz keçməsi və insanın öz tərəf müqabilləri üçün yoluxma mənbəyi olaraq qalmasından ibarətdir.
Ardı
- ?
- 29 aprel 2012, 15:26
- Dr Həkim
- şərh əlavə et
Zöhrəvi xəstəliklərin yayılması – Epidemologiya
Epidemologiya təbabət elminin bir hissəsidir. Bu sahə ilk zamanlar infeksiya elmi kimi formalaşmışdır. Sonradan epidemologiya inkişaf xəstəlikləri çərçivəsindən çıxmışdır. Hal-hazırda epidemoloji metodlar xəstəliklərin yayılmasını öyrənilməsində, ona qarşı mübarizə yollarının axtarılması zamanı bir çox xroniki infeksiyon xəstəliklərin profilaktikasında istifadə olunur. Təsadüfi deyil ki, hal-hazırda dünən ki, bu gün ki, və sabahkı epidemalogiya haqqında danışılır. Zöhrəvi xəstəliklərlə xəstələnmə xüsusiyyətləri epidemik prosessin arasıkəsilməməzliyində ildən-ilə xəstələnmə səviyyəsinin az dəyişməsindən, infeksiyanın gözlənilməsindən yayılmasının az ehtimallığından, müalicə da daxil olmaqla xəstəliyə tutulmaya qarşı aparılan tədbirlərin az effekliyindən ibarətdir.
Bunlar öz növbəsində zəif gigiyena təhsilin, cinsi tərbiyənin qeyri-qənaətbəxş olmasını göstərir. Müayinələr göstərir ki, bu yeni yetmələr arasında cinsi tərbiyyə etmək, cinsi yolla keçən xəstəliklər barədə onlara geniş və obyektiv inkişaflar verilmələrdə müxtəlif ksaftiqenlər arasında venerik xəstəliklərə qarşı profelaktik işlər aparılmalıdır.
- ?
- 09 mart 2012, 20:06
- YingYang
- şərh əlavə et
Zöhrəvi xəstəliklər haqqında qısa məlumat
Zöhrəvi (zöhrə-venera-sevgi ilahəsi deməkdir) xəstəliklərdən bəhsedən elmə venerologiya deyilir. Zöhrəvi xəstəliklər əsasən cinsi əlaqələr vasitəsi ilə yayılan infeksion xəstəliklərdir. Onlara sifilis, yumşaq şankır, süzənək, dördüncü və birinci zöhrəvi xəstəliklər aiddir.
Zöhrəvi xəstəliklər insanlara məlum olan ən qədim xəstəliklərdəndir. Eramızdan 2000 əvvəl zöhrəvi xəstəliklərin müşahidə olunmasına dair müxtəlif dəlillər vardır. Bir sıra alimlər Hippokrat, Qalen, Sels, Puluarx və başqaları ağız boşluğunda, qırlaqda yara və xoralar, cinsiyyət üzvlərində kondiloma, başın tüklü hissəsində daşlıq və bir sıra sümük zədələnmələrini siflisə aid etmişdir. Məhşur İbn Sinanın təsvir etdiyi yumşaq damağın və dilin zədələnməsigeniş kondilomanı və pustulyoz siflisi xatırladır.
Bir qrup alimlər (Cors Burun TI 1961, WELL Coks R; 1975 ) Afrikanı sifilisin vətəni hesab edirlər. Beləki, Afrikada geniş müşahidə olunan tropik tripanematozların törətdicilər olan spiroxetlər siflisin törədiciləri — solğun trepanemlərin bir növüdür. Onların fikrincə bu törədicilər Afrikadan müharibələr, ticarət əlaqələri və qualveri nəticəsində başqa qitələrə yayılmışdır. Ancaq sifilisin Avropada ilk epidemiyası XV əsrin axırlarında baş vermişdi. Bu epidemiya çox güman ki, Xristofor Kolumbun 1493-cü ildə Amerikanı kəşfindən sonra onun dənizçiləri tərəfindən Avropaya gətirilmişdir. Bir neçə əsr zöhrəvi xəstəliklər (sifilis, yumşaq şankır və süzənək) eyni bir xəstəlik kimi güman olunurdu. XIX əsrin II yarısında mikrbiologiya elminin inkişafı bu məsələyə son qoydu. Belə ki, 1879-cu ildə Neyser süzənəyin törədiciləri olan qonokokları kəşf etdi. 1905-ci ildə isə Şaudin və Hofman sifilisin törədiciləri olan solğun trepanemləri kəşf etmişdir. Təbabət elminin sonrakı inkişafı elmin bu sahəsinin inkişafına şərait yaratmışdır. XX əsrdə Erlix və Hata sarvarsam və neosarvarsam sintez vasitəsilə almışlar ki, bunlar da siflisin müalicəsində uzun müddət tətbiq olunmuşdir. Antibiotik ilk dəfə olaraq 1943-cü ildə Arnold tərəfindən ilk dəfə olaraq siflisin müalicəsində istifadə edilmiş və indiyədək bu xəstəliyin müalicəsində əsas yer tutur.
Hal-hazırda venerologiya təbabət elminin böyük bir sahəsidir.
- ?
- 09 mart 2012, 20:04
- YingYang
- şərh əlavə et
Dərinin göbələk xəstəlikləri
Dərinin göbələk xəstəlikləri patogen göbələklər tərfindən törədilir. Onlar insan və heyvanların dərisini, tüklərini və dırnaqlarını zədələyir. Göbələk xəstəliklərinin əsas xüsusiyyətləri bunlardır: onlar qaşınma törədir, həm dəridə, həm də tüklərdə qabıqlanma verir, kəskin yoluxucudurlar. Göbələklər bədənin istənilən yerini və başın tüklü hissələrini zədələyir. Bu zaman tüklər qırılır (saçqıran dəmrov və b.), dəridə ləkələr, digər səpgilər əmələ gəlir. Göbələk xəstəliklərinin bir qismi yalnız insandan və onun əşyalarından sağlam adamlara yoluxur, bəziləri isə heyvanlardan (it, pişik, mal-qara, at və s.) keçir. Elə göbələk xəstəlikləri də vardır ki, onların törədiciləri ( yəni maya göbələkləri) bütün insanların dərisində, selikli qişalarda olur, lakin orqanizm zəiflədikdə (əsasən antibiotiklərin nəzarətsiz qəbulu) və gigiyenik qaydalara düzgün riayət edilmədikdə baş qaldırırlar.
Ardı
- ?
- 26 iyun 2011, 11:49
- nilufer
- şərh əlavə et
Zinanın cismi zərərləri
Xeyli sayda zərərlərə malik olan böyük günahlardan biri də, zinadır. Burada yalnız onun cismi zərərlərinin bir hissəsinə toxunmaqla kifayətlənəcəyik.Zinanın acı nəticələrindən biri də, cinsi əlaqə yolu ilə yaranan zöhrəvi xəstəliklərin yayılması və ya insan ömrünü zəiflik və xəstəliklə başa çatdıran onun yaratdığı çətinliklərdir. Hətta bir qrup insanlar, bu xəstəliklərdən qaynaqlanan cismi və ruhi sıxıntının təsiri altında, intihar edərək bununla da həyat iplərini öz əlləri ilə kəsirlər.
Qeyri-qanuni cinsi əlaqənin (zinanın) törətdiyi yoluxucu xəstəliklərdən bir sırası aşağıdakılardan ibarətdir:
1 – Sifilis
2 – Süzənək
3 – Şankr (yoluxucu zöhrəvi xəstəlik)
4 – QİÇS (SPİD, AİDS).
Ardı
Cinsiyyət vəziləri
Cinsiyyət vəziləri insanın psixi, fiziki, fizioloji və mənəvi cəhətcə formalaşmasında, eləcə də tərbiyə olunmasında böyük rol oynayır. Cinsiyyət vəzilərinin 1 komponenti olan xarici cinsiyyət orqanları həm cinsi hormonların, həm də sidiyin orqanizmdən kənar olunmasında iştirak edir. Cinsiyyət vəziləri başqa daxili sekresiya vəzilərinin funksiyalarına, onlarla da sinir sisteminin fəaliyyətinə təsir göstərir. Cinsiyyət vəzilərində cinsi hüceyrələrlə (kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrəsi) yanaşı cinsi hormonlar da hazırlanır.
Ardı
- ?
- 15 fevral 2011, 21:24
- loğman
- şərh əlavə et
Sızanaqlar
Sızanaqlar haqqında mif və reallıqlar
Birinci mif- «Sızanaq- yeniyetmə dövrünün xəstəliyidir». Bu fikirlə qismən razılaşmaq olar, çünki sızanaqlar yeniyetmənin cinsi yetişkənliyi dövründə daha çox müşahidə edilir. Bununla belə, qeyd olunmalıdır ki, digər yaş qrupundan olan insanlar da sızanaqlardan əziyyət çəkirlər. Məsələn, iyirmi yaşını adlamış qızlarda da sızanaqlar peyda olmağa başlayır. Hətta qırx yaşında olan qadınlarda belə, sızanaq müşahidə etmək mümkündür.
Ardı
- +4
- 30 oktyabr 2010, 11:23
- burla xatun
- 5
Dəri xəstəlikləri
Dəri xəstəliklərindən bəhs edən elmə dermatologiya deyilir.
Dəri xəstəliklərinin əlamətləri. Yerli — gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. ümumi — üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur.
Dəridə morfoloji dəyişikliklər — ləkə, köpüşük, düyüncük, qabaq, düyün, suluq, irinlik, kəpək, qartmaq, dəmrovlaşma, eroziya, ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər.
Ləkə. Dərinin və selikli qişanın məhdud bir sahəsinin rənginin dəyişilməsinə ləkə deyilir. Ləkə üç cür olur: iltihab, hemorragiya və piqment ləkələri.
Köpüşük. Xüsusi dəfinin (dermanın) məməyəbənzər təbəqəsində baş vermiş kəskin iltihablı şişkinliklərə köpüşük deyilir. Köpüşüyün xüsusiyyəti ondan ibarətdir ki, o, müəyyən ekzogen və endogen səbəblərdən gözlənilmədən aşkar olur və tezliklə heç bir iz buraxmadan yox olur.
Ardı
- +13
- 22 may 2010, 14:14
- loğman
- şərh əlavə et
Dəri və dərinin quruluşu
Dəri orqanizmin örtük təbəqəsini təşkil etməklə müxtəlif funksiyaları yerinə yetirir. Quruluşuna görə dəri xarici epitel və daxili birləşdirici toxuma qatlarından təşkil olunmuşdur.
Xarici epitel qatı — epidermis nisbətən nazikdir. Bədənin müxtəlif sahələrində epidermisin qalınlığı eyni deyil. Belə ki, ovucda, ayaq altında və bədənin bel nahiyəsinin aşağı hissəsində epidermis daha qalındır. Dəri örtüyü göz qapaqlarında, qulaq seyvanlarında kişilərə nisbətən qadınlarda nazikdir.
Ardı
Zöhrəvi xəstəliklər-sifilis və süzənək
Süzənək — əksəriyyətlə sidik — cinsiyyət üzvü yolunu zədələyən ümumi yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi — qonokokkudur. İnkubasiya dövrü orta hesabla 3-6 gün davam edir. Xəstəlin istər kişilərdə və istərsə qadınlarda siyimək zamanı sidik kanalına kəskin ağrı və sidik kanalından çoxlu irinli ifrazatın çıxması ilə başlanır. Müalicə olunmadıqda və ya o kifayət qədər edilmədikdə xəstəlik uretranın arxa hissəsinə yayılır. Bu zaman siyimənin sonuna yaxın ağrılar şiddətlənir və tez-tez işəmə meyli hiss edilir.
Şəxsi profilaktika aşağıdakı qayda üzrə keçirilir. Kişilərdə:
Ardı
- 0
- 25 mart 2010, 08:57
- fidan
- şərh əlavə et
