Adolf Hitler

Adolf Şiklqruber (Hitler) 1889-cu il aprelin 20 –də Avstriyanın Braunau şəhərində doğulub. Gömrük işçisi olan atası tipik ailə tiranı idi. Adolfun atası əvvəl anasının Şiklqruber soyadını  daşıyırdı, çünki nigahdan kənar uşaq sayılırdı. 50 yaşı arxada qoymuş kişinin 28 yaşlı qadınla izdivacı artıq ikinci evliliyi idi. Hitlerin anası həlim, intelligent və çox dindar adam imiş. Onların cəmi 7 uşağından dördü körpə vaxtı ölüblər. Sağ qalanlardan biri ağıldankəm, o birisi isə tam səfeh idi, bu uşağı adam arasına çıxarmazdılar. Hitlerin valideynlərinin izdivacı qan qohumluğuna o qədər yaxın idi ki, evlənməkçün icazəni Roma papasından almalı olmuşdular. Benedikt monastrında oxuyarkən Adolf  ruhani olmağı düşünürdü… Adolf Hitler
Hitler özü də yəhudi olub?!

Yəhudilərə qarşı nifrəti də bu illərdə doğulmaqdaydı: «Təbiət dahi yəhudi Höte ilə bərabər 10 min zirzibil də bəxş eləyir ki, onlar yer üzündə ən pis mikrob kimi yaşayıb törəməklə məşğul olurlar». Hitlerin yəhudilərə patoloji nifrətini onunla izah etmək olar ki, ata nənəsi bir vaxt varlı yəhudinin oğlu tərəfindən yoldan çıxarılıb sonra tərk edilmişdi. Həmin bu əlaqədən sonra Hitlerin babası doğulmuşdu.
…Müharibədə yaralanan Hitleri yığıncaqlarını Münxen pivəxanalarında keçirən Fəhlə partiyasının işiylə məşğul olmağa göndərirlər. Partiyanın liderlərindən olan alkoqolik, narkoman, jurnalist və yazıçı Detrix Ekkart nitqində belə demişdi: «Almaniyaya diktator başçılış eləməlidi. Partlayan mərmilərin səsinə dözə bilən cavan oğlan lazımdı, yaxşı olar ki, zabit yox, fəhlə olsun. O, yaxşıca dil tökməyi də bacarmalıdı və subay olmalıdı ki, qadınları sıralarımıza cəlb eləyə bilsin». Hitleri tanıyandan sonra Ekkart onu lider elan elədi. İnflyasiya, haqsızlıqlar, müharibənin fəsadlarından yorulmuş küçəyə axışan insanlarçün Hitlerin dedikləri sehrli sözlər kimi səslənirdi.

Qəhvəyi köynəklilər, svastika və «hayl» cağırışı ...

Bavariyadakı «Pivə qiyamı» adlandırılan inqilabdan sonra Hitler  həbs edilir. Məhkəmə prosesini də mitinqə çevirən Hitler 5 illik həbs edilsə də, cəmi 9 ay həbsxanada yatıb. Bu müddətdə o «Mayn Kampf» kitabını yazıb çoxlu mütaliə edir. Burada yəhudilərə, kommunistlərə, liberallara və dünya kapitalistlərinə  müharibə elan edir və təmiz qanlı Almaniyanın intibahını alqışlayır. Hitler yazırdı ki, vaxt gələcək, Almaniya bütün dünyanı idarə edəcək. Həmçinin bax: böyük hərbi xadim Adolf Hitler haqqında

Qəbiristanlıqda mayalanmış uşaqlar

Himler SS daxilində «Anenerba» adlı okkult dəstə yaratmışdı. Burda hündür və əzələli blondinlər xidmət eləyirdi. 25-30 yaş arası onlar evlənməliydi. Bunuçün irqi təmizliyini təsdiq edən sənəd təqdim eləməliydilər. Təzə doğulan uşağı isə Hitlerin portreti və «Mayn Kampf» kitabı qarşısında svastika ilə suya çəkirdilər. Dəstənin emissarları ölkələri gəzir, muzeyləri qarət edib inandığı əfsanələrin atributlarını reysfürerin zirzəmisinə daşıyırdılar. SS zabitlərinin yığıncağı kral Arturun dəyirmi masasına bənzəməyə başlamışdı. Hamı qılınc və möhürlü üzük daşıyırdı. SS qəzeti öz davamçılarını qadınlarıyla birgə qəbiristanlıqda nəsil artırmağa çağırırdı. Guya qədim german ruhunun yenidən doğulması məhz belə baş verə bilər. Genosid siyasətini, sadəcə, «yəhudi məsələsinin tam həlli» adlandırırdılar. «Tam həll» proqramıyla bağlı daha bir maraqlı əhvalat məlumdur. Birinici Dünya savaşından sonra Sileziya ətrafında çoxlu dovşan əmələ gəlmişdi. Yerli cadugər onları dovşanın dalağı, yumurtası,  dərisinin külü və yalnız özü bildiyi komponentlə qarışdırıb səpməklə ərazidən tamamilə çıxara bilmişdi. Bu tozu ətrafa səpən kimi minlərlə dovşan yuvalarından çıxıb qaçaraq uzun illər geri qaytmamışdılar. Nasistlər həmin təcrübəni təkrar edərək cavan yəhudilərin yumurtası, dalağı və dərisinin külündən hazırlanmış tozu təyyarəylə torpaqlara səpələyirmişlər. Bu aksiyanın əmrini şəxsən Hitler özü vermişdi.

Fürer üçüncü reyxin sonuncu işsizini gizləyir

30-cu illərdə Almaniyada gəzən şayilərdə Hitlerin partiya işinə fanatik sədaqətini impotentliyi ilə əlaqələndirirdilər. Zarafatcıllar fürerin sevimli pozası – əllərini qarnını aşağısında cütləyib durmasına baxıb «fürer üçüncü reyxin sonuncu işsizini gizləyir» deyərmişlər. Hitlerin şəxsi həyatı barədə məlumat ona görə azdır ki, məşuqələri ya özünü öldürər, ya da fürerin reputasiyasını güdən gestapoçuların işgəncəsindən ölərdilər. Hitlerin ögey bacısının 21 yaşlı qızı Angela (Celi) Raubal çox güman ki, onun sevdiyi yeganə qadın olub. Gözəl brünet qız Münhenə gələn kimi 40 yaşlı «Adolf dayı» özünü himayədar elan edərək qızı öz yataq otağına yaxın yerdə yerləşdirib qapıda cangüdənlər qoyaraq onu otaq dustağına çevirmişdi. Belə diqqətdən başı dumanlanan qızın Hitlerin məşuqəsi olmaqdan başqa yolu yox idi. Tezliklə bezən Celi dostlarına «Mənim dayım yırtıcıdır. Onun məni nə eləməyə məcbur etdiyini danışsam, inanmazsınız» deyib ağlayardı. O, Hitlerin sadomazoxist oyunbazlığına iki il dözməli oldu. Adolfa qarşı yaranan nifrətinin əvəzində onun sürücüsü, otaqda pusquda duran cangüdənlər, bir sözlə, qarşısına çıxan bütün kişilərlə intim münasibət qurmaqla ondan hayıf aldığını zənn edirdi. Belə həyata dözə bilməyən Coli Hitlerin şəxsi və sevimli «volter»indən özünü güllələdi. Fürer uzun müddət sakitləşə bilmirdi. Həkimlər onu müşahidə altında saxlayırdılar, çünki bir neçə dəfə özünü öldürməyə cəhd eləmişdi.

«Müharibə vaxtı pomadanı meyitdən hazırlayırlır»

Hitlerə görə məhv olan qadınlar siyahısında alman kinosunun ulduzu 20 yaşlı Renata Müller də var. Deyilənə görə, onun yəhudi  ilə görüşməsi qestapoya məlum olandan sonra onu öz evinin pəncərəsindən tullayıblar. İngilis Yuniti Mitford isə özünü öldurməyə cəhd edəndə güllə onun kəlləsində ilişib qaldığından huşa gəlmədən 9 il yataqda qalmışdı. Süzi Liptauer də Hitlerlə gecə görüşündən sonra özünü öldürməyə cəhd eləmişdi.
Hitlerlə yataqda olub sağ qalmış qadınlar xatırlayır ki, Hitler qadın bədəninin dəyərini qiymətləndirə bilən kişi olub. Onunla ölümə getməyə razı olan qadın Yeva Braun Hitlerdən 23 yaş kiçik idi. İntellektin olmaması bavariyalı gözəldə boy-buxun, qamət və atletik bədənini olmasıyla kompensasiya edilirdi. «Mən ona yalnız bir şeyçün lazımam, bu ki, sarsaqlıqdır» yazan Yeva heç vaxt Hitlerlə birgə adam arasına çıxmazdı. Yeva Braun xatırlayır: «Çox vaxt heç ayaqqabılarını çıxarmazdı. Bəzən çarpayıya getməyə ərinər, elə yerdəcə uzanardıq. Döşəmədə o, çox erotik görünürdü». Hitler Yevadan evdə çılpaq gəzməyi xahiş edərdi. Təbiətdə birgə istirahət edəndə Adolf təkid edirmiş ki, Yeva çılpaq çimsin. Bu vaxt o, Yevanın şəklini çəkər və pornoqrafik kolleksiyasına yeni fotolar əlavə edərdi. Özünəməxsus yumor hissi olan Hitler arabir Yevanı cinləndirməyi sevərmiş. Salfet üzərindəki pomada izinə baxıb «Müharibə vaxtı pomadanı meyitdən hazırlayırlar» deyib gülərmiş.

Hitler 1963-cü ildə Argentinada ölüb?!
Hitlerin həyatı və xüsusilə də ölümü haqqında yeni fikirlər, sensasion açıqlamalar bu gün də səslənməkdədir. Belə bir fikir var ki, güllələnmiş və sonra vəsiyyətinə görə yandırılmış meyit onun çoxsaylı oxşarlarından biriymiş. Özü isə 1963-cü ilə qədər Argentinada yaşayıb və orda da vəfat edib. FBR və Sovet kəşfiyyatının əldə elədiyi məlumatlara və sənədlərə əsasən, eləcə də Hitleri son dəfə görənlərin dediklərinin üst-üstə düşməməsini nəzərə alaraq bu hadisələri tədqiq edənlər hələ də var. Deyilənə görə, Hitler Yeva Braunla birgə 30 aprel günü Berlindən qaçıb İspaniyaya gedə bilib. Sonra sualtı gəmiylə Argentinaya yollanıblar. Yanandan sonra əldə edilmiş kəllə sümüyünü sovet kəşfiyyatı indiyədək DNK analizinə verməməsiylə bütün dünyanı bu mifə inanmağa məcbur edir. Argentinada yaşayarkən Hitler məşhur bığlarını qırxıbmış və ispan dilini son gününədək  yaxşı öyrənə bilməyib.

Fürerin qəribəlikləri
Adolf Hitler,fürer,nasist almaniyasıFürerin sifarişiylə çöl şəraitində istifadə edilə biləcək rezin kuklalar hazırlanmalıydı. Boyu 176 sm, ağ dərili, sarışın və göygöz kuklanın dolu dodaqları, iri döşləri və tərpənən əl-ayaq və başı olmalıydı. Bu rezin «qız» adi əsgərin hərbi geyim-sursatına daxil olmalı və ari irqinin təmizliyinin keşiyində durmalıydı. Himmlerin nəzarəti altında tikilən fabrik düşmən bombalarının zavalına gəlir. Hitler eynək taxmaqdan utanarmış. O, hesab edirdi ki, bu, alman xalqının rəhbərinə yaraşmaz. Onunçün yazını xüsusi iri şriftlə yazırdılar. Nitqləri isə o, bədahətən deyirdi.
Üçüncü reyxin gizlətdiyi sirlərdən biri də odur ki, hələ Birinci Dünya savaşı vaxtında Hitler epidemik ensefalit, yəni beynin iltihabıyla xəstələnibmiş. Bu xəstəlik beynin sıradan çıxması və şəxsiyyətin antisosial komplekslərinin artmasına gətirə bilərmiş. Bu xəstəliyi vaxtında müalicə etmək lazım idi. Sağalmaz xəstəliklərinin sırasına şizofreniya, paranoyya, isteriya və nevrozunu əlavə etməklə heç də tam olmayan səhnəni təsəvvür eləmək olar.

«Mənim kimi alaq otunu məhv eləmək asan deyil!»

Bəşər tarixində Hitler obrazı nədənsə bütün pislikləri təmənnasız eləyən bir şəxs kimi qalıb. Bioqrafların apardığı tədqiqatlardan məlum olur ki, Hitlerin həyatı heç də «Mayn Kampf»dakı kimi kasıblıqda keçməyib. Vaxtını kitabxanalarda və operalarda keçirməkçün imkan olmalıydı. Hətta anasının ölmündən sonra da bir qədər əli aşağı düşən Adolf ailə başçısını itirmiş adam kimi aylıq yetim pensiyası da alırmış. Cibində pulu ona görə olmurdu ki, gününün qalan hissəsini şirniyyat dükanlarında keçirirmiş. Onun idarə edilməyəcək dərəcədə çox böyük iştahası varmış.

Hitlerin aforizmləri

  • Nə təxəyyül, təsəvvür, nə də istedad olmayan yerdə internasionalist olmaqdan başqa çarə qalmır.
  • Xalqın özünə başçı seçə biləcəyi bir respublikanı götürsək pul, reklam və buna bənzər vasitələrlə dövlətin başında təlxəyi də oturtmaq olar.
  • İnsanları daha yaxşı tanıdıqca itləri daha çox sevməyə başlayıram.
  • Qalibləri sorbu-sual eləmirlər.
  • Yalan böyük olduqca onu demək asanlaşır.
Müəllif: Gülnarə Rəfiq [email protected]
Mənbə Bizim Yol qəzeti
Həmçinin bax:
Stalin haqqında
Napoleon Bonapart
 
loading...

16 şərh

RAUL088
bu haqda cox oxumuwam,bezi meselerde onun fikirleriyle razilawiram
spartakus
Hitlere maraqim var ama bir weyi bawa duwmurem niye 2 dunya muharibesindede almaniya 2 cebhede vuruwdu axi 1 de meqlub olmuwdular.axi muharibede eyni sehv 2ci defe tekrarlanmir
təpəgöz
Gördüyünüz kimi təkrarlanır.
spartakus
eger bu sehvdise ve Hitler bunu tekrarlayibsa bele cixirki o ele de boyuk serkerde olmayib
ya da burda bawqa sebeb var
sultanly091
Mence Hitler uduzmuyub muharibeni onu satiblar sadece
ruslan2336
Hitlerdən istifadə ediblər. bunu edən də masonlar və sionistlər olub. Müharibə bitən kimi dərhal İsrail quruldu. İsrail yalançı soyqırıma görə indiyə kimi Almaniya və Avstriyadan 500 milyard dollar qoparıb.
İlkin19993

sizinlə çox razıyam

Əliyev

Məşhur fransız yazıçı Alen Deko (Alain Decaux) özünün “9 gizli dosye” kitabında dünyanın 9 məhşur liderinin ölümləri barədə maraqlı məqamları əks elətdirib. Kitabda faşist Almaniyasının rəhbəri Adolf Hitler barədə yer alan məlumatda bildirilir ki, müharibəni uduzduğunu tam yəqinləşdirən Hitler bunkerdə son günlərində öncə özü üçün nıkah mərasimi təşkil edib.


“Ər-arvad sıra ilə nikahı kəsənə evlənmələri üçün razılıq olaraq “Bəli” deyə cavab verdilər. Sonra nikahlarını təsdiqləmək üçün imza atdılar. Növbə Evaya gələndə, öncə dəftərə “Eva B..”  imzalamağa başladı, sonra durdu, gülərək B hərfini sildi və yanına “Hitler, qızlıq soyad Braun” yazdı.


Sonrakı saatlarda Hitler Frau Jungeyə vəsiyyətnaməsini oxutdurdu. Junge Hitlerin katibələrindən biri idi.
Ölümlə üz – üzə olmasına baxmayaraq, Hitler fikirlərinin heç birindən əl çəkmiridi.
“1939- cu il müharibəsini mənim istədiyim və ya bu müharibəni Almaniyada hər fərdin istədiyi tamamilə uydurmadır. Müharibə yəhudi siyasətçi qurdlarının müdafiə elədiyi bir fəlakətdir. Bu qurdlar ya yəhudi, ya da yəhudilərə işləyənlər idi. Bir neçə dəfə onlara tərkisilah olmaq barədə təklif etdim. Ancaq bu təkliflərim heç bir zaman qəbul edilmədi. Birinci Dünya Müharibəsindən sonra bir neçə dəfə təkrarlamışam. Mən İngiltərə ilə münasibətləri soyutmağa əsla tərəfdar olmadım. Təbii ki, ABŞ ilə də vuruşmaq istəmirdim…
Gələcək əsrlərdə  şəhərlərimizin xarabalıqları bütün bu vəziyyətə səbəb olan beynəlxalq yəhudiliyə nifrətin daha da artmasına səbəb olacaq”
.


“9 gizli dosye”nin Hitlerdən digər bir sitatı: “…müharibəni uduzduq. Artıq şərəflə ölməyi də bilməliyik…
…ruslara əsir düşəcək qədər axmaq deyiləm. Əminəm ki, məni muzeydə saxlayıb hər kəsə nümayiş etdirəcəklər”.

Karizma
Men Hitlerin axmaq olduguna inanmiram.Muharibede uduzmaqda var udmaq da.Ona gore Hitlere perestis elilyirem ki,  menim de onun kimi  yehudulerden zehlem gedir
İlkin19993

Mən Hitlerin tərəfindəyəm. O böyük Terküstan dövləti yaratmaq istəyirdi düzdür Almaniyadan asılı Amma Almaniyadan asılı olmaq rusiyadan asılı olmaqdan yaxşıdır.

məryam
Almanyadan aslı olsaydıq, Almanya dağılanda bütün torpaqlarımız bizimlə olardı. Ermənilər məhv olardı. Buna görə sizinlə razıyam. Həm Türklərin almanların tərəfindəydi və bizə köməklik göstərərdilər.
Medikamentoz
Mein Kampf---Tapsanız oxuyun.
azadmamedov90
cox menali ve ela deyib..hemcinin o dahi ve agilli olub, ama ozunu bu sahede sinamali deyildi,o qeder de yaxsi siyasetci ve herbci deyildi mence…
Medikamentoz
Ruhi xəstə olub,ağıllı deyil,sadəcə fərasətli olub.İnsanlar Dəlilərlə oynamağı sevirlər,Dəlilərin onlarla oynaması təhlükəsini gözləməyərək,və Nəticə:Dünya müharibələri və davam edir 37...
 
azadmamedov90
sizin xeberiniz varmi etrafimizda ne qeder ruhi xeste var? hele bu genc neslimiz..sizofrenler,ne bilim o qederi var ki, cinsi azliqdan sikayetciler ve s...bunlara gore de hitler kimiler liderliye can atir,daha dogrusu kimlerse onlari mexsusi getirirler vezifeye…
Medikamentoz
Xəbərim var,bir gənc kimi mən də şizofrenikəm,cəmiyyət məni belə olmağa məcbur edir,dolayısıyla.Ya ayaqlaşmalısan ya da inqilab etməlisən,ya da tərk etməlisən.Mən isə Cəmiyyətin düşünərək Öz içlərində inqilab etməsinin tərəfdarıyam,təəssüf ki,mənim tərəfdarlarım yox dərəcəsindədir və ya susurlar.