Saxta millətcilərin SAXTA HƏDİSLƏRİ : Atatürk Rəsulzadə haqqında nə demişdir ?

     

Yəqin ki saxta hədislər haqqında eşitmisiniz. Bəzi din lotuları avvam camaatı barmağına dolamaq istəyəndə başlayırlar özlərindən hədis qayırmağa, sonrada bu saxta hədisləri yedirirlər binəva avvam camaata. Siz elə bilməyin ki, belə lotular ancaq şeyxlər, mollalar arasında olur, əsla bu tip lotulara özünü “ millətci”, “ türkcü “ adlandıran əslində isə işləri peşələri böyük millətləri təqlid etmək olan psevdo yəni yalancı millətcilər arasındada rast gəlmək olar. Saxta siyasi hədislər düzüb qoşmaq cox qədim peşədir. Bu metoddan istifadə edən bir cox ülkücü türk ocaqları ilk əvvəl başladılar Atatürkün cıxışlarını, nitqlərini saxtalaşdırmağa. Saxtalaşdırma işinin mexanizmi cox bəsit idi: götürürdülər Atatürkün 15- 20 il əvvəl hansısa cıxışını və bilərəkdən cıxışın icinə bir necə saxda cümlə “calaq” edirdilər və bu saxta hədisləri başlayırdılar hər yerdə, özlərinə məxsus dərgilərdə, qəzetlərdə təbliğ etməyə. 

     Məsələn hər kəs yaxşı bilir ki, Atatürkün kommunistlərə münasibəti həmişə müsbət olub və ölənə kimi SSRİ-yə qarşı dost münasibət bəsləyib. Lakin millətci liberallar Türkiyə Cumhuriyyətinin siyasi-iqtisadi kursunu kapitalizmə doğru yönəltmək ücün başlayırdılar Atatürkün cıxışlarını saxtalaşdırmağa və onun icinə kommunizm əlehinə qatı və kobud ifadələri özündə əks etdirən cümlələr “calaq” etməyə və nəticədə ortaya qatı antikommunist təsiri bağışlayan saxta bir Atatürk obrazı cıxarılırdı və bununlada Atatürkə fanatikcəsinə inanan sadə insanların rəyinə antikommunizm əhval ruhiyyəsi aşılamağa. Rasih Nuri İleri özünün “ Atatürk və kommunizm” kitabında bir necə bu qəbildən saxta siyasi hədisi ifşa edir. Məsələn 31. 12. 1964- cü il tarixli “ Toprak “ dərgisində özünü bizdəki müsavatcılar kimi “turancı” hesab edən Fethi Tevetoğlu Atatürkün bir cıxışını ( 1929- cu ilə aid bir cıxışını ) yayımlayır və həmən cıxış bu cümlələrlə yekunlaşır “Türk aləminin ən böyük düşməni kommunistlikdir. Hər görüldüyü yerdə əzilməlidir”- guyaki Atatürk nitqində belə deyib. Amma nitqin orjinalı ilə sonrakı sözügedən versiyasını qarşılaşdıranda SAXTAKARLIQ üzə cıxır, məlum olur ki, həmən dövürdə yayınlanmış və yazıya alınmış hec bir mənbədə belə ifadələr yoxdur və sonuncu cümlələr sonradan cıxışın mətninə “calaq” edilmişdir. Belə saxtakarlıq yolu ilə NATO-ya üzv olan və buna qarşı əhalinin narazılığını neytrallaşdırmaq istəyən “ demokrat “ qaraguruhu cəmiyyətdə Sovet düşmənciliyini gücləndirmək ücün istifadə edirdilər.

    Bu gün işləri peşələri türkiyə ülkücülərinin tüpürdüyünü yalamaq olan yerli azəri psevdotürkcüləri başlayırlar o zaman tüpürülənləri yaxşı yaxşı yalamağa. Onlarda başlayırlar saxta siyasi hədislər düzüb qoşmağa. Nə bilim Atatürk guya M. Ə Rəsulzadəyə “ böyük “ hörməti var imiş, böyük Atatürk guya “böyük” Rəsulzadə haqqında “ böyük-böyük” sözlər deyib və.s Bu qəbildən saxta hədislərdən internetdə ən geniş yayılmışı odur ki, Atatürk guya deyib :” Məhəmməd Əmin bəy, mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün türk aləmində türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!”

    Yalancının atasına lənət əgər Atatürk Rəsulzadə haqqında belə deyibsə. Hec bir mənbədə, Atatürkün hec bir cıxışında belə cümlələr yoxdur. Ümumiyyətlə Atatürk Rəsulzadəylə hec vaxt görüşməyib və bütövlükdə müsavatcıları “ ingilis kuklası “ deyə xarakterizə edib. Cünki Türkiyə Antanta tərəfindən işğal olunanda və Atatürkün rəhbərlik etdiyi qurtuluş savaşı İngilislər tərəfindən blokadaya alınıb məhv ediləndə və Atatürk təklənəndə, mühasirədə qalanda Rəsulzadə və onun ingilis kuklası olan vassal hökuməti Anadolunun yardım istəyini rədd etmiş və “ingilislə münasibətlərimiz korlanar” bəhanəsiylə Atatürkə arxa cevirmişdirlər. Bu səbəbdəndə Atatürk Rəsulzadəyə nifrət edirdi və Türkiyə ərazisində antisovet fəaliyyətiylə məşğul olduğu ücün Rəsulzadəni Türkiyədən qovdu və ancaq Atatürkün ölümündən sonra Rəsulzadə Türkiyəyə qayıda bildi.

     1920- ci ilin 14 avqustunda Türkiyə Böyük Millət Məclisindəki cıxışı zamanı Atatürk Rəsulzadə başda olmaqla müsavatcıları ingilis nökəri adlandırır :”İngilislərə nökərcilik etməkdən zövq alan Müsavat Hökuməti və bu hökuməyin ağalarının təhriki ilə şübhə yoxdur ki, Gürcülərin və Ermənilərində iştirakıyla bolşevik ordusunun tamamı ilə gerisinə düşən Gəncə bölgəsində bir irtica vücuda gətirilmişdir”MƏNBƏ: TBMM D. İ. C. 3, 48, içtima, S. 217/224, 14. 8. 1920

     Atatürkün nəzərində “ ingilis nökəri “, “ ingilis kuklası “ olan şəxs və şəxslər haqqında saxta siyasi hədislər uydurub tarixə böhtan atanlar bilməlidirlər ki, onların bu yalanı ayaq tutsada yeriməyəcək və onların bu saxta bütpərəslikləri, Rəsulzadənin timsalında büt düzəltmək cəhdləri əvvəl axır onların özünü ifşa edəcək dəlillər qismində cıxış edəcəkdir və tarix ona palcıq atanları hec vaxt bağışlamayacaq.

   Atatürk 1935-ci il 9 may tarixindəki cıxışında SSRİ ilə dostluğa nə qədər önəm verdiyini bu cümlələrlə dilə gətirmişdir : “ Sovetlərlə dostluğumuz, hər zamanki kimi sağlamdır ( sürəkli alqışlar ) və ictəndir. ( yəni SƏMİMİDİR – red ). Qara günlərimizdən qalan bu dostluq bağını, Türk ulusu unudulmayacaq dəyərli bir xatirə bilir ( sürəkli alqışlar ). … Sovetlər, cumhuriyyətimizin onuncu yılında, yüksək nümayəndə heyəti ilə, şənliklərimizdə hazır bulundular.

   Dövlətlərimiz, hökumətləriylə və xalqlarıyla, hər fürsətdə birbirilərinə necə inandıqlarını və nə qədər güvəndiklərini bütün dünyaya göstərməkdədirlər (sürəkli alqışlar )”.

      Atatürkün bu dəyərli və səmimi cıxışını bu gün korzehniyyətlər saxtalaşdıraraq bilirsiniz nələr uydururlar? Atatürk guya cumhuriyyətin 10-cu illiyində sovet səfirliyinə hücum etmiş, sanki bir qocu kimi sovet səfirini hədələyərək” nə ücün məni Stalin özü təbrik etmir “ və.s bu kimi sözlər guya söylədiyini iddia edir bu yalanları internetdə geniş təbliğ edirlər. Beyinləri durğun bataqlıq kimi iylənmiş bu korzehniyyətlər unudurlarki tarix su kimi bir şeydir axıb gedər və murdar götürməz. Tarix sizin bu murdarlıqlarınızı və cirkablarınızı götürməyəcək və geri sizlərin üzünə tüpürəcəkdir.

 

Mənbə: http://kommunist.biz/ 

9 şərh

ayxansevda
bir şey anlamadım… Əslində burada yazılanları anladım təbii ki, lakin tarixi oyuncağa çevirənləri anlamadım düzü, Atatürkün Rəsulzadəyə münasibətinin bu yöndə olduğunu bilmirdim maraqlı idi
tarixci2012
ay biqeyret kommunist sen tarixi bilsen bilrsen ki XX esrin evvellerinde komunistler milletin bashina ne oyunlar aciblar ne qeder qadinlari zorlayiblar. deyesyn sen bu binamuslugu oz uzerine guturursen eyer beledirse oz ishindir. Memmedemin Resulzadeye geldikde ise senin onun haqqinda neise demeye ne intelektin. ne shexsi seviyyen. ne de milli qeyretin catmir. ged oz ishinle meshgul ol. Azerbaycan dovletciliyi hemishe olub. indi de var ve hemishe olacaq. sen ve senin kimiler Azerbaycanin dovletciliyine xelel getire bilmezsiniz.
 
ctrlA
Gözəl çıxış idi, indi isə gedə bilərsiz!
Don_Elnur
herhalda kommunistler de bele deycek dee
ctrlA
Bağışlayın, amma «kommunist belə deyəcək»dən daha çox, «faktlar belə deyir» demək daha düz olar məncə.
 
Don_Elnur
Amma Ataturkun AXC`yle dost olmasina dair faktlar da olmamis deyil
Qını
mövzunun adını daha yaxşı seçmək olrdı mənim fikrimcə
azadmamedov90
baxmaga deyer...ama oxumaga yox..menim linki deyirem  =)