Allahı qəbul edən ateist alim

Məşhur ateist Allahın varlığını qəbul etdi
 
Allahın varlığını inkar edən, kainatın yaranmasını elmi dəlillərə əsaslandıran Hokinq Allah’ın varlığını qəbul etdi.

Yazıları səsə çevirən kompyuterin köməyi ilə danışan və illərdən bəri Allah’ın varlığını inkar edən fikirləri ilə ateistlər arasında məşhur olan fizika alimi Stiven Hokinq 70 yaşına qədəm qoyduğu yaxın günlərdə hamını təəccübləndirən ifadələr işlətdi. Hokinq dedi: “Kainatın yaranması elmi həqiqətə əsaslanır və bu, Allah`ın olmaması demək deyildir”.

 “Kanal D”-nin Londondakı nümayəndəsi Aişəgül Əkinçinin müsahibə götürdüyü Hokinq ilk dəfə Allah’ın varlığını qəbul etdi. Müsahibə əsnasında verilən bir suala Hokinqin verdiyi cavab onun öz işçi heyətini də təəccübləndirdi. Hokinq Allah ilə bağlı verilən sualı belə cavablandırdı: “Kainatın yaranması elmi həqiqətə əsaslanır. Lakin bu qətiyyən elmi qaydaları qoyan və onları yaradan Allah`ın olmaması demək deyildir…”

Hokinqin bu fikirlərinin son illərdə təkamül nəzəriyyəsinin səhv olmasının sübut edilməsi və Quranda 1400 il əvvəl qeyd edilən elmi mövzuların doğru çıxması ilə birbaşa əlaqəsinin olduğu bildirilir.

 Rus şairləri Puşkin və Lermontov hz. Muhəmmədin (s.ə.v) heyranı idilər
 
180 rus şairinin İslam və hz. Muhəmməd (s.ə.v) haqqında şeiri var
 
Rusiya Müftilər Şurasının təşkil etdiyi yeddinci “Aləmlərə rəhmət hz. Muhəmməd” adlı  şeir müsabiqəsində mükafatlar sahiblərinə təqdim edilib.

Müsabiqənin münsiflər heyətinin üzvü, şair Mixail Sinelnikov: “180 rus şairinin İslam və hz. Muhəmməd haqqında şeiri var. Bunlar arasında Rusiyanın məşhur şairləri Aleksandr Puşkin, Mixail Lermontov və İvan Bunin var. Bu şairlərin şeirlərindən hz. Muhəmmədə heyran olduqlarını görürük”, – deyib.

Yarışa yüzdən çox şeir göndərilib, lakin bunların arasından 74-ü ilk mərhələdən keçib. Birinci yerə layiq şeir olmayıb, ikinci yeri isə “Quranın ucsuz-bucaqsız genişliyi” adlı şeiri ilə 12 il əvvəl İslamı qəbul etmiş rus şair Cənnət-Sergey Markus tutub. Gənc şair Rinat Süleymanov da “Qaranlıq günəş” adlı şeiri ilə ikinci yeri tutub. Rus mənşəli şair Valeriy İvanov isə Qədir gecəsinə ithaf etdiyi “Leylətul-Qadr” şeiri ilə üçüncü yerə layiq görülüb.

Hz. Muhəmmədin həyatına baxdıqda heyran qalmamağın qeyri-mümkün olduğunu vurğulayan Sinelnikov: “Məncə, bir insan İslam əxlaqını və hz. Muhəmmədin böyüklüyünü hiss etmirsə və ya görməməzliyə vurursa, bu insanın şeiri anlaması heç mümkün deyil”, – deyib.

0 şərh