Tanımadığımız şən filosof - Epikür

“Mən də öz dövrümdə filosof olmaq üçün çalışdım, amma necə oldu bilmirəm nəşə hər zaman araya girib işi pozdu”.  Oliver Edvards

Nə qədər qəribə olsa da tarix şən insanların çox az olduğunu göstərir. Əsas da filosoflar komediya ustaları qədər bədbəxt olmaları ilə tanınırlar. Ama Epikür onlardan biri deyil, onun pis şöhrəti tamam fəqli növdəndir.  Daha çox dəbdəbəli yaşam və cinsi həzzin baş rahibi, acgöz və şorgözlərin filosofu olaraq tanınması necə də acınacaqlıdı.

Amma heç də elə biri deyildi. Nəinki ziyafətlərə düşkün biri olmaq, özü arpa çörəyi və meyvəylə qidalanan, pendiri də yalnızca hansısa şənlik günündə  nəzakət xatirinə qəbul edən biri idi. Özü kimi şagirdlərini də cinsi əlaqədən uzaq tutmağa çalışar və onlara gündə 1 qədəhdən artıq şərab içməyə icazə verməzdi.

Bəs belə biri olaraq tanınmasını səbəbi nə idi? Onun şanssızlığı Platonun Akademiyası və Stoaçılarla eyni dövrdə yaşaması idi, o vaxtdan üstünə atılan palçıq hələ də təmizlənməyib.

Afinada doğulmasına rəğmən özü Samos adasında böyümüş və 35 yaşında təkrarən Afina qayıdaraq, özüylə gətirdiyi şagirdləriylə geniş bağçalı bir ev alıb, öz məktəbini qurmuşdu. Akademiyaçıların və Stoaçıların tam tərsinə bu məktəbin şagirdləri içlərinə qapanmış olaraq dolanardılar. Məktəbin girişində də bu yazı yazılmışdı: “Burada qalmağın səninçün yaxşıdır, buradakı ən böyük yararımız həzzdir”.  Və bu yazı bütün dedi-qoduların yaranmasına kifayət idi.

Əslindəysə Epikürün həzz anlayışı tamamilə fərqliydi. Bu açıqca “bədəndə acının və ruhda sıxıntının yoxluğu”, yəni “ataraksia” (hüzur) mənasını daşıyır. Və bu hüzura şəhvət, içki aləmi, ləzzətli yemək yemə ilə deyil, ölçülü ağıl yolu ilə çata biləcəyini söyləyir. 


Epikürün yaxşı yaşamaq anlaşıyışı da tam fərqli idi: “Ağıllı, şərəfli və ədalətli olmadan xoş bir həyat yaşamaq imkansızdır. Eyni zamanda xoş bir həyat yaşamadan da ağıllı, şərəfli və ədalətli olmaq imkansızdır” deyə qeyd edir.  İnsanın əsas ehtiyacının nə olduğu soruşulanda çoxumuz su, qida, istilik, ev desək də o, yalnızca bir neçə şey üzərində qərarlı idi: Sərbəstlik, düşüncə və dostluq. “Hüzurlu yaşamda payı olan şeylər içində heç biri dostluqdan önəmli deyil. Yeməyin və içdiyin şərab söhbətdə payı olduğu üçün insana xoş gələr. Bir dost olmadan yeyib-içmək yalnızca aslana, qurda yaraşan bir yaşamdır” deyə də əlavə etmişdir. “Otdan bir döşəkdə qorxusuzca yatmaq, mükəmməl bir süfrədə dərdlərlə dolu olmaqdan yaxşıdır”.

Nitşe  onunla bağlı “Müdriklik Epikürdən bu yana bir addım da irəli getməyib, tərsinə minlərlə addım geriyə gəlmişdir” demişdi.  Bu geri addımlardan biri Epikürün ana fikrini unutmaqdı: Acıdan qurtulmağın yolu, qorxudan arınmaqdı – itirmə qorxusu, üzə çıxma qorxusu, ölüm qorxusu. Epikür sonuncusunu – o biri dünyada əbədi cəza qorxsunu tam kənara atdı. İnsan dünyadan köçdükdən sonra artıq yoxdur. Önəmli olan bu dünyada və yaşanan anda sakit və məmnun həyat sürməkdir. İdeal vəziyyət dostlarla bir ağacın altında orurub fəlsəfə danışmaqdı. Amma boş sözlər yox, bir filosofun ağzından çıxan mənasız sözlər heç bir acını yüngülləşdirməz.

Yaxşılıq etməyi çox sevən biri olması onu çox sevilən biri etmişdi, amma əsas səbəb isə onun kölələr və qadınlar üçün bərabər hüquqluluğu müdafiə etməsi və  hər kəsə pulsuz dərs təklif etməsi idi. Ancaq təcrübəylə sınana biləcək şeylərə inanmalı olduğumuzu öyrədən, həm də atom fizikasının qurucularından biri idi. Həyatı tragedik deyil,  komik gördüyündən “gülən filosof” olaraq da tanınan Demokrit dünyanın “atoma”lardan, yəni bölünməz kiçik hissəciklərdən ibarət olduğunu demiş, Epikür isə “dünyadakı bütün hadisələr boşluqdakı  atomların bir-birinə təsiri ilə meydana gəlir” deyərək bu fikri genişlətmişdi. Bu fikir düzənləyici  bir tanrının olduğu fikrinə də zidd idi – yəni hər bir tanrı bizlər kimi atomlardan meydana gəlmişdi.  Bu fikirlər həm də Kvant mexanikasının da ilk versiyası sayılır.

“Zərəri minimuma endirsən, xoşbəxtliyini ən üst səviyyəyə çatdırarsan. Sənə necə davranılmasını istəyirsənsə, başqalarına da o cür davran” fikri Qızıl qaydanın ilk Yunan versiyasıdır. “Xoşbəxtlik axtarışı” ifadəsinin yer aldığı ABŞ Konstitusiyasını hazırlayanlardan Tomas Cefferson və doktorluq diplom işi Epikürlə bağlı olan Karl Marksa ilham mənbəyi olmuşdur.  Humanist axım da ona sahib çıxır. Bir çox romalı şagirdin məzar daşında yazılan latınca “Non fui, fui, non sum, non curo” (Yox idim, varam, olmayacam, vecimə deyil) ifadəsi humanistlərin dəfn mərasimlərində tez-tez istifadə olunur. Ümumilikdə Epikürün fəlsəfəsi Qərb filosofları ilə müqayisə edildiyi zaman Buddizmə daha yaxın olduğu hiss edilir. “Bir insanı xoşbəxt etmək istəyirsənsə, onun zənginləşdirmək əvəzinə arzularından arındır” deyən və ondan hardasa yüz il əvvəl yaşamış Qautama Buddadan xəbərdar olduğu düşünülür.  Eyni  zamanda insanların yaşamından və acılarından eyni qənaətə gəlmiş də ola bilərlər.

Özü haqqında çox da məlumatımız yoxdu: səbəbi yəqin ki “gözdən iraq yaşam”ı müdafiə etməsi olmuşdu. Dost əhatəsi içində qalmaq, evlənməmək, başqa filosoflardan fərqli olaraq  diqqət mərkəzində olmaqdan qaçmaq.  Hətta iş o yerdədir ki, 300-ə yaxın kitab yazmasına rəğmən, fikirləri yalnızca başqa yazıçıların onun əsərlərindən alıntı olaraq istifadə etməsi ilə gəlib çatmışdır. Əlimizdə sadəcə 3 məktubu vardır. Bunlardan biri ölüm döşəyində böyrək daşı ndan acıyla qıvranarkən dostu və şagirdi İodomenosa yazdığı məktubdur:

“Sənə bu məktubu eyni zamanda həyatımın son gününə uyğun gələn xoşbəxt bir gündə yazıram. Elə bir sancılı idrar ağrısı və ağır ishal hücumuna məruz qaldım ki, heç bir şey çəkdiyim acıların şiddətini ala bilməz. Amma keçmişdə daldığım bütün fəlsəfi düşüncələri xatırladıqca zehnimi bürüyən nəşə bu iztirabların hamısını stabilləşdirir. Və səndən Metrodorosun uşaqlarına baxmağını rica edirəm, təbii ki, bu gənc adamın mənə və fəlsəfəyə göstərdiyi bağlılığa yaraşan bir tərzdə”

Bu kimi cəsur fikirlərlə Epikürçülük 800 il boyu,  Xristianlığın Roma İmperiyasında dövlət dini kimi qəbul ediləməsinə qədər Stoaçılıqla  birlikdə ən  geniş yayılmış inanc sistemi idi. Kilsənin bu axını niyə bastırdığı, Epikürün Tetrafarmakon (Dörd dərman) olunaraq bilinən bu misralarından başa düşülə bilər:

“Tanrıdan qorxma,

Ölümə görə kədərlənmə,

Yaxşını əldə etmək asandır,

Qorxunc olana dözmək asandır”.

 


Tərcümə: Elnur Maşızadə (Don_Elnur)

6 şərh

Ferbara
Çox gözəl yazı və tərcümədi. Çox sağ olun, Don_Elnur. :)
L-nara
Tercume uchun chox sag olun
azadmamedov90
Zənnimcə elə bütün dinlər bunu deyir, sadəcə din`in xadimləri bu qaydaları öz xeyirləri üçün dəyişiblər. Mən Viyetnamlı dostumla danışanda, elə o də eynilə Epikürün dediyi sözləri deyərək dinimiz budur-dedi. Mən isə dedim, bizim dinimiz də eyni məqsəd daşıyır, ama xadimlərimiz azdır, və də sizin can ataraq getdiyiniz budda ibadət yerləri kimi, bizim məscidlərimiz yoxdur. Bir az fikirləşəndə, Din kasıblar üçün ümid, varlılar üçün əyləncə, siyasətçilər üçün isə idarə etmə vasitəsidir demək istəyirəm.
kulturoloq
Epikur haqqında yazınız mənim marağımda olan mövzulardandır.Çox təəssüf sizin bu mexaniki tərcüməniz mənim bu mövzuya söz yığını adına verməkdə nəyəsə sövq etmədi. Yaxşı olardı ki, bunu dilimizin qrammatik və leksik normalarına uğunlaşdıradız.
Don_Elnur
Öncəliklə fikrinizə hörmətlə yanaşdığımı bilin amma bir neçə söz demək istəyrdim. Birincisi mən hansısa peşəkar tərcüməçi deyiləm və cümlələri bu cür paylaşmaqda heç bir problem görmürəm. Saytda hər gün paylaşılan 10larla ctrl C, ctrl V məqalələrindən daha çox oxunmağa layiq olduğunu da düşünürəm. Əgər bu tərcüməm qane edici deyilsə buyurun siz öz tərcümələrinizlə daha gözəl məqalələr paylaşın. Və son olaraq bir şey soruşmaq istəyirəm: «bu mövzuya söz yığını adına verməkdə nəyəsə sövq etməmək» ifadəsi leksik cəhətdən nə deməkdi?
kulturoloq
Sizin peşəkar tərcüməçi olmağınız bizim müzakirə predmeti ola bilməz. Sadəcə gözəl və maraqlı mövzunu yerləşdirmisiz. Amma, mövzunun əvvəlini oxuyursan axırı yaddan çıxır. Yəni dili çox qəlizdir. Ola bilər mənə belə çətin görsənir. Qaldı mən tərcüməçi deyiləm. kulturoloqam. Umumi sizin mövzuya özumun kulturoloji-fəlsəfi baxışımı bildirmək istərdim. Çox təəssüf mövzunun dilinin çox qəlizliyi (belə adlandırmaq düzgundursə) məni konkret  mözvunun məzmununa fikir bildirməyimə çətinlik yaradır. Yəni demək istəmişəm ki, mövzunun mətini sadəcə söz yığınına bənzəyir.