Dahilər və şahmat

Firdovsi, Nizami, Məhsəti Gəncəvi, Ömər Xəyyam, Dante, Höte, Volter, Puşkin, Turgenev, Brext, Hemenquey, Qaliley, Nyuton, Leybnits, Mendeleyev, R.Ştraus, E.Karuzo, Rimski-Korsakov, Lenin və başqaları çılğın şahmat həvəskarı idilər.
Məlumdur ki, görkəmli fizika alimi L.O.Landau şahmat oyununu sevir və oynamağı bacarırdı. Buna baxmayaraq, onu şahmat oynamağa dəvət edənlərin təklifindən imtina edirdi. O eşidəndə ki, məşhur ingilis fiziki Zommerfald öz tələbələrinə şahmat oynamağı qadağan etmişdir, bunu xüsusi rəğbət hissi ilə alqışladı. Yəqin ki, bu elmi işlə məşğul olanların əsas işlərindən yayınmaları ilə əlaqədardır.
Məşhur şahmatçı Morfi yazı taxtasına baxmadan eyni zamanda 3 oyunçu ilə, rus şahmatçısı Alyoxin 32 nəfərlə, Argentina qrossmeysteri Miquel Naydorf 45 oyunçu ilə oynamışdı.
1960-cı ildə macar şahmatçısı idman ustası Yanoş Freş şahmat taxtasına baxmadan 52 oyunçu ilə oynamışdır. Ona qarşı 4 nəfər ustalığa namizəd, 12 nəfər birinci dərəcəli, digərləri isə 2-ci və 3-cü dərəcəli şahmatçılar oynamışlar. Yanoş Freş bu oyunlardan 31-ni udmuş, 18-ni heç-heçə qurtarmış, yalnız 3 oyunu uduzmuşdur. Bu seans 13 saata yaxın bir müddət ərzində keçirilmiş, cəmi 4 dəfə 10 dəqiqəlik tənəffüs verilmişdir. Bu oyun zamanı o, 6 kq qədər çəkisini itirmişdir.
D.İ.Mendeleyev çox ehtiraslı şahmat pərəstişkarı və oyunçusu idi. O, yazırdı: «Mənim üçün elm - şahmat oynamaq kimidir. Odur ki, vaxtı bu cür əyləncələrlə keçirmək xoşuma gəlir.»
Fransa kralı XIV Lüdovik (1638-1715) bir dəfə şahmat oynadığı zaman üzünü hersoq Qrammona tutaraq demişdir: «Siz hakim olun, oyunun vəziyyətini müəyyən edin. - Əlahəzrət, siz oyunu uduzmuşsunuz» - deyə hersoq oyun taxtasına baxmadan cavab vermişdir. Kral ona: «Siz oyun taxtasına baxmadan, hökm yürüdürsünüz» - deyə etiraz edərkən. Hersoq: «Əlahəzrət, baxıb-baxmamağın fərqi yoxdur. Siz uduzmuşsunuz. İnandıraram sizi ki, əgər bir balaca sizin xeyrinizə olsaydı indi hamı vəcdə gələrək, sizi qabiliyyət münasibətilə təbrik edərdilər!» - demişdir.
 

23 şərh

papatürk
Niyə Kasparovun şəkli? Gərək məhz erməninin şəklini qoyasız?
Arzt
Tamamilə razıyam.Bizim Teymur hanı?
BayBak
Kasparov erməni deyil, ancaq gözəl insan da deyil, yoxsa Vətənin unutmazdı… nəysə, hərənin öz fikri olması çox gözəldir! Mən chess.com saydında Team Azerbaijan komandasının super-adminiyəm. Oynadığım 1 il ərzində mənə dünyaya ən yaxşı şahmatçını yetirən torpoqlardan olduğum üçün 3-5 mesaj almışam. Hətta biri ilə mübahisə etdim ki, bizdə hamı onun kimi güclü şahmat oynayır və Teymur onu gənc vaxtında udub da! :)
Online, Live ya da VC (Vote Chess) — Şahmat oynamaq istəyənləri chess.com saytına dəvət edirəm. Qeydiyyatdan keçmək o qədər çətin olmamalıdır, sonra da məni — BayBak tapmağa çalışın ya da mən özüm sizi tapacağam :)
Nizami, Məhsəti Gəncəvi şahmat oynamağı sevdiklərini bilirdim, ancaq daha çox məlumat istərdim. Hər halda bu sayt da nadir hallarda göründüyü kimi çox savadlı hazırlandığı üçün bəyəndim!
Aynur
Erməni olmaq onun dahi olmasına mane olmur.
Teymur Rəcəbovun şahmat fonunda verilmiş şəklini tapın qoyum.İnanmıram ki,bu şəkildən gözəl birisini tapasınız.
Arzt
Mən tapmışam.Axtarsaydın sən də tapa bilərdin…
2ral
Nolub bugün sizə?Hamı dava axtarır bugün.
Arzt,tapmısansa şəkli yerləşdir şərhdə. Kasparovun bir tərəfinin erməni olması onun dahi olmadığı demək deyil. Şəkil uğurlu alınıb. Kayzen insanlardan qarşılıqlı hörmət tələb edir,onsuz da az olan istifadəçilər bir-birini qırmasın.
Arzt
Bundan google--də çoxdu.Xoşun gəlməsə digərlərini seçərsən.
Aynur
Teymur Rəcəbovun Kasparov səviyyəsinə çatmasına çox var. Kasparov dahidir.Özüm şahmat oynaya bilməsəm də, bilirəm ki,Kasparov şahmat dahisidir.
Wizard

Şahmatçı kimi güclü ola bilər.Amma dahi deyil.Onun haqqında vikipediya belə yazır:O bütün dövrlərin ən güclü şahmat ustalarından biridir. Yəni ən güclüsü deyil. Botyvinniki və ya Fişeri dahi saysaydız razılaşardım! Amma Qarik dahi deyil.Dahi adam özünü alçaldıb, bizim müxalifət kimi çöllərə düşməz və mitinqlərdə əli ətə çatmayan pişiklər kimi Rusiyanı pisləməzdi!


+ Rekordlar kitabında da onun daı yalnız ən uzun matç və ən cavan çempion(lakin Ruslan Ponomaryov ondan 4-yaş cavan olub). Yeganə olaraq məğlub olmayan şahmat ustası Alyexin sayılır. Ən çox dünya çempionu olmauş şəxs Botvinnik!


 

şərh silinmişdir
Raskolnikov
Şahmat haqqında belə bir məsəl də var. Oyun bitdikdən sonra şah da piyada da eyni torbaya atılır
fidan
Xeyir ola məhz Teymur Rəcəbov? Şəhriyar Məmmədyarova nə gəlib? Əvvəllər Vüqar Həşimov da yaxşı idi. Bircə şahmat tacı Bakıya gəlsəydi))
Kayzenin ən aktiv 20 yuzerinə şəhərin ən yaxşı restoranında yiyib-işmək məndən))
Arzt
Bax dedin haaa.Sonra qaçdı yoxdu.:-)
Raskolnikov
Bizim hal-hazırda ən güclü şahmatçımız Vüqar Həşimovdur baxmayaraq ki FIDE reytinqindəki birincimiz Şəhriyardır
bankir
Necə ən güclü olur ki,Avropa çempionluğundan(o da ki rapid chess üzrə) başqa bir şey edə bilmib?
Bizimkilərin FİDe-də reytinqi güclüdür,amma özləri nəsə mühüm bir şeyə nail ola bilmir. 
Yeri gəlmişkən,Levon Aronyan reytinqdə bizimkilərdən üstündür:-(((
Raskolnikov
Avropa çempionluğumuz rapid chess üzrə olmayıb.
Hal- hazır ki Amber çempionatında Vüqarın 8.5 xalı var. bu hələlik çox gözəl nəticədir. Aronianın isə 7 xalı var. Bu cür çempionatlarda fidenin çox da önəmi yoxdu
bankir
Vüqar 2009 avropa çempionluğunu məhz rapid chessdə udub.
O ki qaldı Amber chempionatına,elə dediyinz Aronyanla bir görüş heç-heçə,birisini isə uduzub! Keçən il də hansısa bir çempionatda 15-ci yer tutmuşdu. Vüqar artıq üidləri doğrultmur.
Raskolnikov
Aroniani niyə hədəf seçmisən ki. Guya onu udsa digərlərinə uduzsa çempion olacaq
Raskolnikov
Vuqar hansı avropa çempionatının birincisi oldu bilmirəm. Ən son avropa çempionatı Azərbaycan oldu və komanda halında oldu. Fərdi olaraq heç bir şahmatımız avropa birincisi olmayıb
Nailə_Rzayeva
Kasparov güclü şahmatçı ola bilər, amma hər halda məqalədə Kasparovdan söhbət getmir, ona görə də şəkil qoyulmasa idi daha yaxşı olardı. Yenə də bizi məlumatlandırdığı üçün müəllifə təşəkkürlər :)
lesyA
Deyəsən şəkil məsələsi başa bəla olacaq.