Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Aleksandr Sergeyeviç Qriboyedov

…Bəxtsiz səfirin meyiti digər meyitlərlə birgə atların quyruğuna bağlanılaraq, iki gün şəhərin küçələrində sürüdülür 
«Aman Tanrım, mənim heç bir günahım yoxdur, bütün günahlar ondadır. Bircə əziyyətsiz ölüm istəyirəm, əziyyətsiz… Yox, yox, yalan dedim, mən ölmək istəmirəm, lazımdırsa, hamı ölsün, təkcə məni qoru, mən sağ qalım. Söz verirəm, bir daha bu ölkəyə gəlməyəcəyəm, bütün var-dövlətimi kasıblara paylayacağam, bircə məni burdan qurtar…» 
Aleksandr Sergeyeviç Qriboyedov
Tehranda rus səfirinin evindəki otaqların birində gizlənib beləcə Tanrısına yalvaran İvan Sergeyeviç Maltsev ətrafında baş verənlərdən dəhşətə gəlmişdi. Minlərlə insan əllərində balta, dəyənək, xəncər və daş-kəsəklə səfirin evinin qapısını sındırmış, içəri girmişdi. Qarşıya çıxan qanına qəltan edilirdi. Maltsev vur-tut bir neçə dəqiqə əvvəl söhbət elədiyi, üzünü gördüyü insanların indi gözünü qan örtmüş müsəlman əhalinin tutduğu divanla çıxartdıqları səsləri, bağırtıları eşidirdi.
…1829-cu ili yanvar ayı idi. II Rus-Qacariyyə müharibəsi başa çatmışdı. Türkmənçay müqaviləsi imzalanmışdı və Qacar dövləti səssiz-səmirsiz bu rüsvayçı müqavilənin şərtlərini yerinə yetirməklə məşğul idi. Rusiyaya artıq neçənci qatır yükü qızıl gedirdi. Azərbaycan parçalanmış, biçarə Şahzadə Abbas Mirzə bir tərəfdən canının ağrıları ilə əlləşir, o biri tərəfdən Fətəli Şahın sarayında düzülüb-qoşulan intriqalardan yayınmağa, Şahın gözündən düşməməyə çalışır, digər tərəfdən də müharibədən üzülmüş məmləkəti dirçəltmək üçün tədbirlər görürdü. İndi onun və Azərbaycanın qorxduğu bir şey vardısa, o da Rusiya ilə təzədən müharibə ehtimalı idi. Və belə bir vaxtda Tehrandakı rus səfirliyində qanlı qətliam düzənlənir: yenicə sülh amanı verən Rusiyanın səfiri 37 nəfər səfirlik əməkdaşı ilə birgə amansızcasına qətlə yetirilir. Ancaq maraqlıdır, Qacariyyə əhlini nə rusvayçı məğlubiyyət, nə də ölkənin parçalanıb-talanması cuşa gətirmişdi. Ortada tamam başqa mətləb dayanırdı. Ümumiyyətlə, elçinin öldürülməsi faktına tarixdə çox az rast gəlinir. Bir də bu elçi Rusiya İmperiyasının digər səfirlərindən fərqlənən birisiydi: söhbət məşhur Qriboyedovdan gedirdi. Bu adam şair, yazıçı-dramaturq, bəstəkar, «Ağıldan bəla»nın müəllifi Aleksandr Sergeyeviç Qriboyedov idi. Dahi yazıçı axtalanmış, müsəlmançılığı qəbul eləmiş bir erməni xacəyə qurban getmişdi.

Ardı →

Pyotr Petroviç Şmidt

Gəmi pusquya düşdü, heyət qırıldı, ancaq kapitan yoxa çıxmışdı...
Pyotr Petroviç Şmidt
…Bu dələduz leytenant, öz-özünə ikinci dərəcəli kapitan rütbəsi peşkəş eləyib aləmi bir-birinə qatan “samozvanets” avantürist haradan biləydi ki, nə az, nə çox – düz 85 il sonra onun adını daşıyan zavoddan bizim öz “kapitanımız” çıxacaq və onun ardınca “Azərbaycan matrosları” Xəzərin iki addımlığındakı “Oçakov”a – “Azadlığ”a yığılacaqlar? Axı, haradan biləydi ki, onun Qara dənizdə çıxartdığı oyunlardan düz 85 il sonra Bakının “Çapayev” küçəsindəki adını daşıyan zavoddan eyni avantüra ilə “burada silah düzəldilir, barrikadaları dağıtmayın” çağırışı yüksələcək?
İndi bu zavod daha onun adını daşımır. Ancaq maraqlıdır, ustad Həmid Herisçinin mistikası ilə düşünsək, maraqlıdır ki, adı düşdüyü yerdən avantüranın kökünü qazıyıb çıxarmaq xeyli qəliz məsələdir. Bu işlə Səttarxan kimi nəhəng məşğul olsa belə…

Dənizçi oğlu dənizçi…
Şmidtlər məşhur soyaddı. Neçə nəsil ardıcıl Rusiyanın hərbi-dəniz donanmasında ad qoymuşdular. Bizim qəhrəmanın atası böyük Pyotr Petroviç Şmidt Sevastopolun müdafiəçilərindən idi, Malaxov kurqanlarında döyüşmüşdü. Gələcək arvadı – köklü-köməcli zadəgan ailəsindən olan tibb bacısı Yekaterina fon Vaqnerlə hərbi hospitalların birində tanış olan Pyotr Petroviç donanmada kontr-admiral rütbəsinə qədər yüksəlir və qardaşı Vladimirdən fərqli olaraq istefaya çıxıb, həyatını ailəsinə həsr eləmək qərarına gəlir. Evlilikdən bir il sonra — 1867-ci ildə ailədə oğlan uşağı doğulur və ona atasının adını verirlər: kiçik Pyotr Petroviç.
Ardı →

Alfred Nobel

Alfred Nobeli gah «dinamit kralı», gah "ölüm alverçisi", gah da «Avropanın ən varlı avarası» adlandırır, bununla ürəkləri soyumayanda, daha kəskin epitetlərlə onun adını «bəzəyirdilər». O isə bunları oxuyur, amma heç bir şəkildə cavab vermirdi və onun bu cür — daş kimi susub durması qəzet yazarlarını bir daha yenidən yazmağa ürəkləndirməklə bərabər, onları əməlli-başlı qəzəbləndirirdi...
Əslində isə hər şey tamam başqa cür idi və bu məşhur adamın nələr çəkdiyindən kimsənin xəbəri yoxuydu. Hamı elə fikirləşirdi ki, o, milyarderdisə, onun nə dərdi ola bilər ki? Amma…


Ardı →

Bryus Li

Bryus Li 1940-cı il noyabrın 27-də ABŞ-ın San-Fransisko şəhərindəki çinli məhəlləsində yerləşən mehmanxanada anadan olub. Həmin gün onun valideynləri, Çində operada komediya aktyoru olan Li Xoy Çen və anası Qreys Li ABŞ-da qastrol səfərində olublar. Yarı alman və katolik olan anası oğluna Li Can Fen adı verib. Bu, ingilis dilinə çevirəndə “San-Fransiskoya qayıdış” deməkdir. Qreys Li bunu belə izah edib ki, həmişə bir gün San-Fransiskoya qayıdacaqlarına və orada yaşayacaqlarına inanıb. Bryus adını isə körpəyə hospitalın tibb bacılarından biri verib.

Bryus Li uşaqlıqda dəcəl olub. O, küçə dava-dalaşlarının geniş yayıldığı bir məhəllədəki evdə böyüyüb, özü də bu dava-dalaşların aktiv iştirakçısı olub. Bir dəfə Bryus Li atasından xahiş edib ki, onu pullu kon-fu dərslərinə yazdırsın. Atası Bryus Linin nəhayət, küçə dava-dalaşlarından uzaqlaşacağı ümidi ilə onun bu istəyinə müsbət yanaşıb.
Bryus Li (Bruce Lee)
Ardı →

Molla Nəsrəddinin Avropa sərgüzəştləri | Ən qısa yol

İlk əhvalata haradan başlayıb, necə nəql edəcəyimə qərar verə bilmirəm. O səbəbdən hesab edirəm ki, bu tərəddüd ətrafında daha çox vaxt itirməkdənsə birbaşa mətləbə keçim və sizə ingilis torpağında alma ağacına dırmaşaraq alma yeməyimdən söz açım. Bu hadisə o vədə baş tutmuşdu ki, yorucu sərasər gəzintilərdən sonra mədəm ac, xurcunum boş idi. Halım xarablayıb, başım az qala gicəllənirdi ki, gördüm bir gözəl alma ağacı yolun kənarında ucalıb və mənə gəl-gəl deyir. Dərhal xurcunumu və əsamı ağacın böyründəki kolluğun dibinə qoyub, qalxdım onun başına. Yerimi ehmalca rahatladım, meyvələrdən aram-aram nuş eləməyə başladım. Bir azacıq keçmişdi, gördüm, yuxu mənə güc gəlir, mənim isə aşağı enməyə bilmərrə həvəsim qalmayıb. Beləcə, budaqların arasında uzandığım yerdə yuxuladım. Bir hovur mürgü döymüşdüm ki, bir dişlək alıb unudaraq əlimdə saxladığım alma diyirlənib budaqlardan atlana-atlana düşdü aşağı. Mən nəsə qiymətli bir şeydən mərhum olmuş kimi dərhal onun arxasınca boylandım və gördüm ki, tappıltı ilə meyvə ağacın dibində peyda olmuş bir gəncin başına dəydi. Cəld aşağı endim və bu cavan oğlanın halına acıya-acıya üzrxahlıq elədim:

Ardı →

Molla Nəsrəddinin Avropa sərgüzəştləri | Müqəddimə

Mənim əzizlərim, xeyli vaxt idi ki, bir arzu qəlbimə hakim kəsilmişdi, əqlimi heç cürə  tərk edə bilməyirdi. O, bəzən soyuq gecələrdə şirin yuxuma girib dincimi pozur, mənə əzab verirdi. Mən inadla nəfsimə müqavimət göstərir, onunla mübarizə aparmağa cəhd edirdim, amma hər dəfə məğlub ayrıldığım o səylərimin bir nəticəsinin olmadığını anlayanda nəhayət, arzumun ruhum üzərindəki qələbəsilə əlacsızlıqla barışmalı olurdum.


Hamınız çox yaxşı xəbərdarsınız ki, mən bu qoca ömrümdə şərq dünyasını xeyli gəzmiş, Ərəbistanda, İraqda, Osmaniyyədə, Həştərxanda, Türküstanda və neçə-neçə başqa diyarlarda səfərlərdə olmuşam. Amma və lakin bu ahıl yaşıma, dərin elmimə rəğmən, daha uzaqlara səyahət etmək, yəni geniş dəryaların sonundakı, uca dağların dalındakı, keçilməz meşələrin çəpər çəkdiyi, günəşin batdığı, şaxtalı rüzgarın əsdiyi o yad Avropa torpağını görmək mən biçarəyə  qismət olmamışdı. 


Ardı →

Rok, İsa və Con Lenon

“Hazırda “Beatles” İsadan daha məhşurdu”

1964 — cü ilə qədər Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Star adi insan idilər. Bir-birini tələbəlik illərindən tanıyan bu “dördlük” musiqi ilə çılğınlıq etmək istəyirdilər. Rok musiqisi dəyişkənliyi və dinamikanı sevdiyindən “Beatles” qrupunu yaratmaqla qısa vaxtda milyonlarla fanat ordusu qazana bildilər. Mahnılarında ictimai duruma qarşı protesto, insanların mənəvi azadlığı uğrunda ehtiraslı çağırışları ilə diqqəti çəkən “Beatles” 60-ci illərdə 1 milyondan çox diski satılan qrup kimi məşhurlaşır. Lakin çox keçmir ki, 1970-ci ildə qrup üzvləri dünyanı heyrət içində buraxacaq qərar qəbul edirlər.  Mətbuat “Beatles” üzvlərinin ayrılması xəbərini yayır. Sonradan Con Lenon qrupun dağılmasının səbəbi haqda mətbuata açıqlamasında qeyd edir: «Biz bu dünyada nələrisə dəyişməyi arzulayırdıq. Amma hər şey olduğu kimi qaldı. Afrikada silah satılır, “qaraları” küçədə öldürürlər, insanlar kasıbçılıq çəkir, üstlərindən siçanlar qaçır. Yalnız bir dəstə avaralar Londonda dəbli cındırlarda gəzirlər. Mən daha Bitlz barəsindəki əfsanəyə inanmıram”. Bundan sonar qrup bir daha birləşmədi. Ancaq…


Ardı →

Saxta millətcilərin SAXTA HƏDİSLƏRİ : Atatürk Rəsulzadə haqqında nə demişdir ?

     

Yəqin ki saxta hədislər haqqında eşitmisiniz. Bəzi din lotuları avvam camaatı barmağına dolamaq istəyəndə başlayırlar özlərindən hədis qayırmağa, sonrada bu saxta hədisləri yedirirlər binəva avvam camaata. Siz elə bilməyin ki, belə lotular ancaq şeyxlər, mollalar arasında olur, əsla bu tip lotulara özünü “ millətci”, “ türkcü “ adlandıran əslində isə işləri peşələri böyük millətləri təqlid etmək olan psevdo yəni yalancı millətcilər arasındada rast gəlmək olar. Saxta siyasi hədislər düzüb qoşmaq cox qədim peşədir. Bu metoddan istifadə edən bir cox ülkücü türk ocaqları ilk əvvəl başladılar Atatürkün cıxışlarını, nitqlərini saxtalaşdırmağa. Saxtalaşdırma işinin mexanizmi cox bəsit idi: götürürdülər Atatürkün 15- 20 il əvvəl hansısa cıxışını və bilərəkdən cıxışın icinə bir necə saxda cümlə “calaq” edirdilər və bu saxta hədisləri başlayırdılar hər yerdə, özlərinə məxsus dərgilərdə, qəzetlərdə təbliğ etməyə. 


Ardı →

Mixail Bulqakov

Mixail Afanaseviç Bulqakov İ.V.Stalinə ünvanladığı məktubda belə yazırdı: «Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən yox, görünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmazdı, o lap çoxdan artıq məhv edilmiş olardı...».
İosif Stalin məktubda yazılan bu cümlələrin altından qırmızı qələmlə xətt çəkərək, dərkənarda yazır: «Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M.Bulqakovla dərindən və ciddi şəkildə maraqlanmalı».
Bu dərkənardan sonra Bulqakovun özünün sağ qalma şansının sıfır həddinə enməsini yəqin ki, anlamaq çətin deyil. Bolşeviklərin 29-30-cu illərdən başladıqları qırğından Bulqakovu onun inandığı ilahi qüvvəmi xilas etdi? Bəlkə elə dünyanın ən sərt diktatoruna yazdığı məktubda onun varlığına görə inamını dilə gətirdiyinə görə göyüzü mərhəmətini ondan əsirgəmədi?


Ardı →

Dahilərin dəliliyi

Məşhur psixiatr Lambrozo iddia edir ki, dahilik və dəlilik həmişə yanaşı addımlayırlar. Aşağıda göstərilən faktları nəzərə alsaq, bu iddianın yanlış olmadığı qənaətinə gəlmək olar…

Ölüm ayağında olan Malerb baxıcının nitqindəki qrammatik səhvləri düzəldirdi. O, səlis danışa bilməyən keşişin vida duasından da imtina etmişdi.

Kornel, Dekart, Virgili, Addison, Lafonten, Drayden, Nyuton, Mansoni auditoriya qarşısında, demək olar, danışa bilmirdilər.

Dalamber və Menaj ən əzablı cərrahi əməliyyatları sakit qarşıladıqları halda yüngülcə tənqiddən dəhşətə gəlirdilər. Ayağı kəsilərkən Lüçio de Lanseval gülürdü, ancaq Jofruanın tənqidini oxuyub ağlayırdı.
Ardı →