Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Əyyaş şair yoxsa dahi alim

İslam mədəniyyətinin 1400 illik tarixi boyunca bəlkə də Ömər Xəyyam qədər mübahisələrə səbəb olan, haqqında ziddiyyətli fikirlər irəli sürülən ikinci şəxsiyyət tapmaq mümkün deyil. Bəziləri onu az qala ulu Loğman qədər hikmət sahibi, İbn Sina qədər qüdrətli filosof, Biruni qədər bacarıqlı astronom hesab etmişlər.
Bəziləri isə tam əksinə, onu rindanə həyat sürən və bu cür həyatı təbliğ edən, axirət aləminə inanmayan və ölümdən sonra həyat olmadığını söyləyən, dünyanın puçluğunu anlamaqdan doğan peşmançılığı şərabla unutmağa çalışan, gözəllərin qıvrım saçlarından, al yanaqlarından ilham alan eyş-işrət şairi kimi təqdim etmişlər. Elə bu üzdən Ömər Xəyyamın rübailərini kef məclislərində sağlıq əvəzinə söyləmiş və bu gün də söyləməkdədirlər. Bəs həqiqət nədən ibarətdir? Doğrudanmı Ömər Xəyyam kafir, dinsiz və allahsız imiş?

Davamı →

Jeff Bezos I Daha da ağıllı olmaq üçün tez-tez səhvlər etmək lazımdır

Amazon”nun qurucusu Jeff Bezos dövrün ən uğurlu şirkətlərindən birinin rəhbəri və 104,4 mlrd. dollarlıq sərvətin sahibdir. Özü də dünyanın ən ağıllı adamlarından biri hesab olunan bu biznesmen həm də ətrafına digər ağıllı insanları toplamaq bacarığına malikdir. Onlar Bezosun baxışlarının reallığa çevrilməsində ona yardımçı olurlar.
Bəs onları necə təyin edir? O, bir neçə il bundan qabaq Basecamp şirkətinin təsisçisi Ceyson Fridlə söbətində bu suala cavab verib. Bunu şirkətin qurucusu özü  Basecamp bloqunda bildirib. Və cavab, insanların əksəriyyətinin gözlədiyinin tam əksinə olub.

Davamı →

Nikola Teslanı uğura aparan yolun hekayəsi

Nikola Tesla müasir dəyişən cərəyanda elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli ABŞ futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısıdır.
Tesla ixtiralarına görə təxminən 300 patent alıb. Teslanın patentlərinin bəziləri nəzərə alınmayıb və müxtəlif mənbələr patent arxivlərində gizli yatan bəzi patentləri aşkar ediblər. İzah üçün qeyd etmək olar ki, Teslanın 26 ölkədə buraxılmış ən azı 278 patenti var.

Davamı →

Bakı milyonçusu Ağa Musa Nağıyev

Bakı milyonçusu  Ağa Musa Nağıyev  Nobel qardaşlarından sonra, Bakının iri neft maqnatları arasında ən varlı və ən mötəbər insan kimi tanınırdı. Yük daşımaqdan (hambalçılıqdan) böyük firmanın sahibliyinə çatanadək ağır bir həyat yolu keçən Ağa Musa Nağıyev neftin və işgüzarlıq istedadının hesabına milyonçu olmuşdu.
Onun tikdirdiyi 98 bina  Bakının memarlıq möhürünə çevrilib.

Davamı →

Hüquqşünaslığı incəsənətə qurban verən məşhur

Vitali Yakovleviç Vulf 1930-cu il mayın 23-də Bakıda yəhudi ailəsində anadan olub. Atası Yakov Sergeyeviç Vulf Bakının məşhur vəkillərindən biri, anası Yelena Lvovovna isə rus dili müəlliməsi idi. Ərinin erkə vəfatından sonra oğlunu çətinliklə olsa da tək böyütmüşdü.
Vitali Vulf Bakıda 160 nömrəli məktəbdə təhsili aldığı illərdə həyatını incəsənətlə bağlamaq istəsə də, atasının “ciddi ixtisas sahibi olmalısan” təkidindən sonra 18 yaşlı Vulf Moskva Dövlət Universitetinin Hüquqşünaslıq fakultəsinə daxil olur. Bu dövrdən başlayaraq, onun həyatının Bakı dönəmini Moskva əvəzləyir. Sonradan Moskvada təkotaqlı ev aldıqdan sonra anasını da həmin evə gətirir.

Davamı →

Emmanuel Kant - dissertasiya işini bismillahla başlayan alim

Emmanuel Kant 1724-cü il aprelin 22-də Köniqsberq şəhərində kasıb yəhərçi ailəsində doğulmuşdur. Müqəddəs Emmanuelin şərəfinə ona bu ad qoyulmuşdur. Teoloq doktor Frans Albert Şulsun təkidi ilə İmmanuel «Fridrixs-Kolleqium» gimanziyasını bitirib Könniqsberq Universitetinə daxil olmuşdur. Atasının vaxtsız vəfatı ona universiteti bitirməyə imkan verməmiş və İmmanuel 10 yaşı olarkən ev müəllimliyi etməyə başlamışdır.
1755-ci ildə Kant dissertasiya müdafiə etdiyi və doktorluq dərəcəsi aldığı üçün universitetdə müəllim kimi dərs demək ixtiyarı qazanmışdır.
Davamı →

Lev Trotski - Stalinin ən çox qorxduğu sirli adamın dəhşəti

Son günlər keyfiyyətli film həvəskarları dərin maraqla rus kinematoqraflarının ərsəyə gətirdikləri “Trotski” serialını izləyirlər. Bu ekran əsərində tanınmış inqilabçı Lev Trotski ilə yanaşı Vladimir Leninin, İosif Stalinin, Feliks Derjinskinin və bu kimi digər tarixi şəxsiyyətlərin də həyatından qaranlıq qalan məqamlara aydınlıq gətirilir. Serialda həmçinin tarixdə Vətəndaş müharibəsinin yaradıcılıarından biri kimi qalan Trotskinin siyasi fəaliyyətilə birgə, şəxsi həyatı da önə çəkilib, tamaşaçıya çılpaqlığı ilə təqdim edilir. “Trotski” çoxserialı bədii filmini izləmək imkanı olmayanlar üçün bir neçə mənbəyə əsaslanıb, bu yəhudiəsilli inqilabçının həyat və fəaliyyətindən yazmaq qərarına gəldim.

Davamı →

Yaponiyada edam olunan bakılı kəşfiyyatçı

Dünya kəşfiyyat tarixində adı hər zaman hörmətlə anılan kəşfiyyatçılardan biri də əslən bakılı olan Riçard Bakıda doğulan və Yaponiyada edam olunan bu məşhur sovet kəşfiyyatçı haqqında məqaləni təqdim edir.
Riçard Zorge 1895-ci ildə Bakıda anadan olub. Zorgenin atası alman, anası rus olub. 13 yaşında ailəsi ilə birlikdə Bakıdan Almaniyaya köç edib. Almaniyada orta təbəqənin nümayəndələrinə xas həyat tərzi sürüb. Birinci Dünya Müharibəsi zamanı alman ordusuna çağırılan Zorge savaşların birində sol ayağından yaralanıb və nəticədə ömür boyu sol ayağını çəkməli olub.

Davamı →

Qulluqçusu ilə eşq yaşayan, 14 yaşlı qızı yoldan çıxaran SSRİ lideri

Otuz ildən çox SSRİ-ni “dəmir yumruq”la idarə edən İosif Stalin dünya tarixinə öz möhrünü vurmuş bir şəxsiyyətdir. Tarixə adını qanla yazdıran Stalin bu gün də, ən çox müzakirə olunan siyasi liderlərdən biridir.
Əsl adı İosif Vissarionoviç Çuqaşvili olan olan Stalin əslən gürcü idi. Yaşıdlarından boyca daha kiçik olan SSRİ-nin gələcək lideri ağır uşaqlıq dövründən keçmişdi. Yeddi yaşında yoluxduğu “çiçək” xəstəliyi üzündə və qolunda qalıcı izlər qoymuşdu. Buna görə də, ətrafdakı uşaqlar onu sevmirdi. Bəlkə də özü ilə birlikdə içində böyüyən bu nifrətin səbəbi idi ki, hakimiyyətdə olduğu illər ərzində SSRİ-də 20 milyondan çox insanın ölümünə səbəb olmuşdu. Stalin təkcə əmək düşərgələrində 1 milyona yaxın insanın ölümündə əsas günahkar idi. Rejim düşməni hesab etdiyi hər kəsi mühakiməsiz bu qayıtmaz yolu olan QULAQ-lara göndərirdi.
Davamı →

Əsl insan, alim və həkim ömrü

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün akademikin əbədiyyətə qovuşmasından 35 il keçir. Ömür vəfa etsəydi, dünya elmi, ictimai fikir tarixi, insanlıq bu parlaq alimin yaradıcı istedadından, nəcib şəxsiyyətindən hələ nələri əxz edərdi. Onun şəfalı əlləri nə qədər insana dünya işığını yenidən bağışlayardı.
Davamı →