Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Bəşəriyyəti öz zəkası ilə heyrətləndirən 10 gənc dahi

Motsart
Klassik musiqinin dahilərindən biri. 35 illik ömrünə 626 əsər sığdırmışdır. 15 yaşından operaları ilə hər kəsin qəlbində taxt qurmuşdur.

Artur Rembo
37 il yaşayıb. Qısa həyatı kasıblıqla keçib. Cəmi 3 il şeir yazıb. 20 yaşından sonra səyahətlərə çıxıb. Dünya bu 3 illik yaradıcılığına görə ona hər zaman minnətdardır.

Evaris Qalua
Müasir cəbrin və qrup nəzəriyyəsinin banisidir. Özü də bu kəşfi gənc yaşlarında edib. Qaluanın qrup nəzəriyyəsi müasir kvant mexanikasında, kristalloqrafiyada və təbiətşünaslıqda öz tətbiqlərini tapmışdır. Son yüzillikdə riyaziyyatın bütün sahələrində Qaluanın ideyaları bu və ya digər şəkildə tətbiqini tapmışdır. 20 yaşında dueldə öldürülüb.
Davamı →

Enşteynin Freydə məktubu

Tarixdə iz qoymuş bu iki insan məktublaşmalarından beş il öncə 1926-cı ildə Berlində tanış olublar. Enşteynin bu yazışmalarla bağlı təəssüratlarını bilmirik, lakin Ziqmund Freyd dostlarına yazdığı məktublarda Enşteyndən tez-tez söz edib. Ondan özündən əmin və sevimli bir insan olaraq bəhs edib. «Mən nə qədər fizikadan anlayıramsa, o da elə o qədər psixologiyadan anlayır, lakin söhbətimiz çox xoş idi» deyir. Enşteynlə olan məktublaşma dövrü isə 1931-1932-ci illəri əhatə edib. Yayımladığımız məktub «Why war?» («Niyə müharibə?») kitabından götürülüb.

Davamı →

Uşinski - rus pedaqoji məktəbinin banisi

Rus pedaqoji məktəbinin banisi
«Möcüzəvi binanın tikintisi üzərində işləyəcəyik, onu öz adlarını verəcək nəvələrimizə verəcəyik, lakin əsl qurucuları heç kim və heç vaxt tanımayacaq». Bu sözlər rus pedaqoji məktəbinin, müasir pedaqogikanın banilərindən biri, jurnalist, yazıçı, maarifçi Konstantin Uşinskiyə məxsusdur. K.Uşinski bəhs etdiyi möcüzəvi binanın — məktəbin təməlini qoyanlardan biridir. Onun bəhs etdiyi məktəb uzun illərdir ki, milyonlarla insanlara bilik öyrədir, onları müstəqil həyata hazırlayır.

Bu möcüzəvi binanın sakinləri isə bu gün elm, bilik məbədgahının banilərindən biri kimi Konstantin Uşinski və digər maarifpərvər pedaqoqları hörmət və ehtiramla xatırlayır və onların qoyduğu mədəni, mənəvi, ruhi qidadan bəhrələnirlər. Konstantin Uşinskinin məktəb həyatına həsr olunmuş ömrü olduqca maraqlı və ibrətamizdir.
Davamı →

Duelə "yox" deyən böyük "Əkinçi”

XX əsrin əvvəlləri...
Bakıda su qıtlığı var. Şəhərə suyu iri çənlərdə gətirirlər. Su kəməri çəkmək məsələsi gündəmdədir. Həsən bəy Dumanın iclaslarında şəhərə təmiz dağ suyu çəkmək məsələsini qaldırır. Şəhər Dumasındakı bir başqa deputat — Ambarsum Məlikov şəhərə suyun onun Zuğulbada olan malikanəsindəki çeşmədən çəkilməsini istəyir. Bu, ona böyük gəlir gətirəcək.

Həsən bəyin qızı Qəribsoltan xanım xatirələrində yazırki, bir dəfə atasının öz dostları ilə söhbətinin şahidi olur. Həsən bəy həyəcanla deyirmiş: “Bu dələduz şəhərə özü ilə bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz!..”.
Davamı →

8 dollarla başlayan səyahət - Tomas Conston Lipton

Tomas Conston Lipton (Thomas Johnstone Lipton) 1848-ci ilin 10 may tarixində Şotlandiyanın Qlazqo şəhərində anadan olub. 8 yaşında evlərinin zirzəmisində yerləşən baqqal mağazasında işləməyə başlayır. 10 yaşında o, köynək satışı ilə məşğul olan mağazada satıcının köməkçisi kimi işə başlayır. Daha sonra gəmidə işə düzəlir və biznesdən uzaqlaşır. Əslində bu onun həyatında dönüş nöqtəsi olur. Tomas uzaq səyahətə çıxmaq haqqında düşünməyə başlayır. 1965-ci ildə 14 yaşında cibindəki 8 dollarla gəmiyə əyləşib Amerikaya yola düşür. İlk vaxtlar Amerikada özünə iş tapa bilmir. Bu arada qeyd edək ki, o zaman Amerikada yaxşı həyat axtaran şotland və irlandların sayı çox idi.

O, Vircin adalarında tütün plantasiyalarında işləməyə yollanır. Burdan da Cənubi Karolinadakı düyü plantasiyalarına keçir. Beləliklə də o ən aşağı işlərdə işləyib gündəlik çörəkpulunu qazanır. 4 ildən sonra şansı üzünə gülməyə başlayır. Belə ki, Nyu-Yorkda mağazalardan birində kargüzar vəzifəsinə işə düzəlir. Məhz burada o gələcək biznesini qurmaq üçün məktəb keçir. 1869-cu ildə evlərinə qaydır.
Davamı →

Albert Eynşteynlə Rabindranat Taqorun söhbətləri

Bu danışıqlar Eynşteynin Berlin yaxınlığındakı bağ evində, 14 iyul, 1930-cu ildə baş tutub. Onlar arasındakı söhbət qeydə alınıb və 1931-ci ilin yanvarında «Modern Review» dərgisində çap olunub.

Birinci danışıq.
14 iyul 1930-cu il.
Eynşteyn: Siz Dünyaya qaynayıb-qarışmayan, ondan ayrı olan tanrının varlığına inanırsınızmı?

Taqor: Dünyadan qıraqda olan tanrı yoxdur. İnsanın özlüyü–mahiyyəti tükənməz, ölümsüz olduğu üçün də o, Dünyanı qavramağı bacarır.

İnsan kimliyinin qavraya bilməyəcəyi bir nəsnə də ola bilməz. Bu isə elə Dünyanın bütün gercəklərinin də özündə insanilik daşıması deməkdir.

Dediklərimi aydınlaşdırmaq üçün bir elmi faktı örnək olaraq göstərmək istəyirəm.
Davamı →

Sürrealizm və Salvador Dali

XX əsr avanqard cərəyanlarının ən sonuncusu olan sürrealizm fransız dilində “realizmdən üstün» anlamındadır. Bu cərəyan Avstriya psixiatrı Ziqmund Freydin nəzəriyyəsi, irrasionalizm (duyğuları idrakın əsas özəlliyi kimi qəbul edən fəlsəfi təlim) və alogizmə (məntiqsizlik, idrakı inkar edən düşüncə tərzi) söykənir. Adıçəkilən cərəyan ötən yüzilin 20-ci illərində Fransada ədəbiyyatçılar arasında yaranıb. Ədəbiyyatda Luis Araqon, Pol Elüar və başqaları bu cərəyanın ilk nümayəndələri sayılırlar.

Z.Freydin “şüurdan instinktə keçid üçün azad assosiasiya nəzəriyyəsi” üzərində qurulan sürrealizm XX yüzildə ən məşhur və uzunömürlü sənət cərəyanlarından biridir. Bu cərəyan I Dünya müharibəsi illərində psixiatriya sahəsində işləyən və Freydin düşüncələriylə yaxından tanış olan Andre Breton tərəfindən sistemləşdirilib.

Sürrealistlər instinktləri, xəstə əhvalları, sayıqlama, qarabasma və yuxuları bədii yaradıcılığın başlıca qaynağı və estetik prinsipi sayırdılar. Sürrealizmə əcaiblik, gerçəkliyə uyuşmayan məntiqsiz düşüncə tərzi daha xarakterikdir. Bu cərəyanın əsas istəyi instinktin idrakdan üstünlüyünü göstərməkdir.
Davamı →

Hamının dəli hesab etdiyi dahi

«Ailə həyatının uğurlu alınmasında ən vacib məsələ nədir?» sualına hər kəsin cavabı fərqlidir. Yəqin ki, çoxları sevgi, etibar və sədaqət deyəcək. Bütün bunlardan savayı bir-birinə dəstək çox mühüm amildir.

Bu adamın adı bütün dünyada tanınır. Amma onun ikinci yarısının dəstəyi olmasa idi, çətin ki, adını dahilər cərgəsinə yazdıra bilərdi. Söhbət Henri Forddan gedir. Dünyada ilk avtomobilin yaradıcısı Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-da, Miçiqan ştatında anadan olub. Henri Ford ilk təhsilini adi kənd məktəbində alıb. Henri Fordun atası fermer idi. Lakin kiçik Henrinin fermer işinə həvəsi yox idi. O, daha çox texnika ilə maraqlanırdı. Atası Henrini öz davamçısı kimi görsə də, Henri Ford özünü başqa sahədə təsəvvür edirdi. O, gənclik illərini «Mənim həyatım və nailiyyətlərim» kitabında belə təsvir edib: «Mən fermer işi ilə maraqlanmırdım, atam isə mənim texnikaya olan həvəsimi görsə də, bu fikirləri yaxın buraxmaq istəmirdi. 17 yaşımda məktəbi qurtarıb Draydok adlı qəsəbədə mexaniki emalatxanada usta yanında şagird kimi işə başladım»
Davamı →

Erix Fromm

Erix Zeliqmann Fromm (23 mart 1900 – 18 mart 1980) dindar yəhudi ailəsində doğulub yaşamışdır.
Alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biridir. Ziqmund Freyd onun həyatında mühüm rol oynamışdır, şəxsən tanımasa da şəxsiyyətini və yaradıclığını araşdırmış,yaxından tanış olmuşdur. Həmçinin də o Marksı əsas olaraq öyrənirdi. Freyd daxili, şüuraltı azadlığı, Marks isə iqtisadi azadlığı araşdırmışdır. Məsələn, “İnsan nə zaman özündə olmur? ” fikrini Marks, insan kapitalizmə xidmət edəndə özündə olmur, deyərək iqtisadi tərəfdən izah edirdi, Z. Freyd isə tamamilə süuraltı açıqlamasını verməyə çalışırdı.

İlk dəfə Erix Fromm onların ikisinin də azadlıq arayışlarını, izahlarını birləşdirərək Freydomarksizmi yaratmışdır. Bundan başqa, o Aristoteli, Spinozanı da dərindən öyrənmişdir. Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur.
Davamı →

Jiddu Krişnamurti

1895-ci il 12 mayda Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-cu uşağı kimi dünyaya göz açmışdır. 1904-cü ildə kiçik qardaşı ilə həyətdə oynayarkən “Theosophical Society”nin Hindistandakı liderlərindən birinin diqqətini çəkmişdir və fövqəladə xüsusiyyətə sahib olması, dünyagörüşü etibarı ilə yaşıdlarından fövqəladə səviyyədə seçilməsi onun ən nəhayət “Theosophical Society”nin baş lideri ilə tanış olmasına gətirib çıxardı.

15 yaşında olarkən Krişnamurti, artıq TS`nin yaratdığı “Şərq Ulduzu” təşkilatının lideri seçildi. 1919-cu ildə universitetə daxil olaraq fransız və sanskrit dillərində dərs almağa başladı. Getdikcə daha da özünü dərk edən Krishnamurti lideri olduğu təşkilatın əslində heçbir məna kəsb etmədiyini anladı, çünki hər hansısa bir təşkilat ya da bir dərnək insanı özünə çatdırmağı əngəlləyir. Buna görə 1929-cu ildə təşkilatı ləğv etdi.
Davamı →