Bloq haqda
Daim inkişaf etməyimizə,uğur qazanmağa mane olan amillər,problemlər,çətinliklərin həlli yolları
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (20)
IDEAL Dior bahar MaksiMuS ORIGINAL cahandar Nailə Qasarayeva Samir012 Xrizoberil yravil Dr Həkim Aristotel AykaJackson Abdulyar DiplomatkA Aysel218 _BUMERANQ_ SÜSən_Mehrəliyeva Bakılı Ali_AliyevDərd olmayan "DƏRDİMİZ"
Belə bir fikir var ki, hər kəs dünyaya göz açdığı gündən öz dərdlərinə ağlayır. Körpə hələ gələcəkdə başına gələcəkləri hiss edir və göz yaşlarına qərq edir göz görməyən al yanaqlarını. Coşub ətrafa səs salmağıyla sanki ətrafındakılara “məni gələcəkdə bu dərdlər gözləyir” demək istəyir. Ancaq onun nə demək istədiyini heç kim anlamır. Kimisi acdır deyir, kimisi də yuxusuzluğunu əsas gətirir. Nəticədə körpə ya yemək verilərək, ya da ağzına əmzik qoyularaq sakitləşdirilir. Bu minvalla dərdləri hiss etdiyimiz anlarda bir yolla özümüzü sakitləşdirməyə çalışırıq. Dərdlərin çoxluğunu unutmaq və ya düşüncələrimizi bulandırmaq üçün bəlkə də fərqli yollara və vasitələrə əl atırıq. Kimisi dərdlərinin bir neçə yüz qram spirtli içkiylə azalacağını zənn edir. Mən bu vasitələrin nə qədər doğru olub-olmaması haqqında danışmaq istəmirəm. Bunu siz məndən daha yaxşı bilirsiniz. Buradan keçid almaq istəyirəm mövzumuzun əsas hissəsinə.
Ardı
- ?
- 30 aprel 2012, 12:58
- HeRa_Queen
- 3
Ailə qayğısından məhrum günahsızlar
Bu sözləri küçələrdə maşın yumağı özünə peşə seçən 16 yaşlı Əli Ağaquliyev deyir. İnsan həyatının ən qayğısız anları uşaqlıq dövrüdür. Problemlərdən uzaq, saf, təmiz uşaqlıq illərini çoxlarımız həmişə nostalji hisslərlə xatırlayırıq.
Ardı
- ?
- 10 mart 2012, 12:29
- Ali_Aliyev
- şərh əlavə et
Gəlin Birlikdə Gülək - Öldürək !
Əminəm ki, bir çoxlarınız bu filmi seyr etmisiniz. Etməyənlərə də məsləhət görərdim. Məqsədim film haqqında danışmaq deyil. Filmin ana məğzinə toxunmaq istərdim. Filmdə cərəyan edən hadisələr İnternet dünyasının nə qədər acımasız olmasından bəhs edir. Müəyyən mənada acı həqiqətləri ortaya çıxarır. Belə ki, real həyatda baş verən bir çox hadisələrin web dünyasında yayımlanması, anti-reklam edilməsi həmin videoda bəhs edilən şəxsdə nə dərəcədə pis və ağır psixoloji təsir buraxdığını məhz bu filmdə görə bilərik.
Ardı
Xəyanət dəbə çevrilir
Ailəli bir qadın tanıyırdım. Sovet sistemi dağılana qədər zavodların birində fəhlə işləyirdi. Zavod fəaliyyətini dayandırandan sonra isə işsiz qaldığı üçün ailəsinə qazanc gətirmək adı ilə Türkiyəyə üz tutdu. Əri və uşaqları Azərbaycanda qalan qadından bir ilə yaxın səs-soraq eşidilmədi.
Haqqında cürbəcür şayiələr gəzməyə başladı. Kimi dedi ailəsini tamam atıb, kimi dedi Türkiyədə öldürülüb. Nəhayət, uzun müddət evindən və ailəsindən ayrı düşən qadın günlərin birində tapılaraq Azərbaycana döndü. Özünü təmizə çıxarmaq üçün «daşdan keçən» bir arayış da gətirdi. Bu arayış heç bir sənət sahibi olmayan qadının yoxa çıxdığı müddətdə Türkiyədə hansısa qurumda "çalışdığını təsdiqləyirdi". Əslində arayış onun ərinə və uşaqlarına lazım deyildi, o, yalnız ətrafdakı insanların gözündən pərdə asmaq üçün alınmışdı.
Ardı
Gənclik və ölüm
Başqaları üçün yaşamaq...
Həyatın ən parlaq görüntüləri gənclik dövründə yaşanır. Çünki, gənclər keçmişlə yox, gələcəklə yaşayırlar. Gənclik bir az romantik, bir az da xəyalpərəst olur.
Ardı
- ?
- 08 mart 2012, 19:59
- Ali_Aliyev
- şərh əlavə et
Emosional yorğunluq
Uzun müddət bir-birini sevən insanlara «məsum» və «şirin» görünən şıltaqlıqlar, incimələr, tez həll olan problemlər bir müddətdən sonra dözülməz bir səhnəyə çevrilir. Sözünüz bir-birinin boğazından keçmir, aralığa səbəbsiz küsüşmələr düşür, bu cür yaşayışa nifrət edirsiz. Neqativ emosiyalar artdıqca, kiçik söz-söhbətlər böyük problemlərə çevrilir. İnsan artıq həyatdan, ümidlərindən, arzularından bezib, heç bir tutunacağı yeri olmadığını görüb, sevgilinə «əlvida» deməyə vadar olursan. Amma ayrılıq da çarə deyil. Çünki arada nə qlobal problem, nə də nifrət var. Bəs nədir?
Ardı
- ?
- 06 mart 2012, 14:03
- burla xatun
- 3
Pedofiliya
Pedofiliya daha çox kişilərdə müşahidə olunur. Nadir hallarda qadınlarda rast gəlinir. Ancaq pedofillikdə cinsiyyət ayrımı yoxdur. Bütün dünyada ən ağır cinayətlərdən biri olan pedofilliya qurbanlarına çevrilmiş uşaqlar, psixoloji baxımdan müalicə olunmazlarsa, yetkinlik yaşına çatanda onlarda da pedofiliyaəlamətləri görünə bilir.
Pedofiliyaya meylli adam hər yaş qrupundan, hər bir peşədən, hər bir millətdən ola bilər. Sosial-iqtisadi təminatı çox yaxşı, çox pis də ola bilər. Araşdırmalar göstərir ki, pedofillər daha çox uzaq qohumlar və qonşulardan çıxır.
Ardı
Namus böhranı
Buna təkan verənsə bu yaxınlarda eşitdiyim rəzil bir xəbər — ölkənin şimal rayonunda 32 yaşlı birisinin 70 yaşlı nənəsinə təcavüz etməsi xəbəri oldu (?!).
Bəs daha öncə bu kimi hansı xəbərləri eşitmişdik hamılıqla? «50 yaşlı kişi 5 yaşlı qız uşağına qarşı əxlaqsız hərəkətlər etdiyinə görə 14 il azadlıqdan məhrum edilib», «Azyaşlı qızı zorlamaqda təqsirləndirilən 57 yaşlı „x“ rayon sakini saxlanıb», «Ata öz qızını zorlayıb», «x» rayonda qaynata gəlininə təcavüz edib", «Anasına sataşıb»…
Ardı
Evlənmək istəyirəm! Nə lazımdır?
Əsasən, İtaliya, Türkiyə və Dubay istehsalı olan geyimlər bir günlük kirayəyə verilir. Onların qiymətləri isə çeşidləri kimi bir-birindən fərqlənir. Belə ki, salondan adi gəlinlik paltarını 250-300 manata kirayəyə götürmək olur. Dəbdəbəni xoşlayan xanımlara isə 2500-3000 manatlıq və daha baha geyimlər məsləhət görülür. Onu da qeyd edək ki, ilk dəfə kirayəyə verilən geyimlər gələcək gəlinlərə 800-900 manata başa gəlir.
Ardı
Facebook istifadəçisi olan qızları almırlar?!
— Zibeydənin gəlini internetdə bir şəkillərini qoyub, vaxsey… inan gördüm dəli oldum!
— Hara qoyub? Kompyuterdə var?
— Yox, ağəz, internetdə. Oğlum göstərdi mənə. Dırnağına lak sürtən yerdə, xörək bişirən yerdə, bir pozalar verib ki… biabırçılıqdı vallah!
— Yaxşı?! Bütün kompyuterlərdə var o şəkillər? Mən də evdəki kompyuteri açsam, görərəm?
— Ağəz, sən də çuşkasan e, deyirəm internetdə də. Orada nəsə bir yer var, hamı ora şəklini qoyur, özlərinə kişi axtarırlar da. Utanmır e, gəlin xeylağı, tərbiyəsizliyə bax e!
— Vay, vay, vay… Biabırçılıq! Şəkillərini kompyuterdə kişilərə göstərir?! Zibeydənin xəbəri olmaz yəqin, bilsə, o gəlini bir gün də saxlamaz, iti qovan kimi qovar evindən…
Ardı
