Ayrılıqdan sonra

ayrılıqSevgi insanoğlunun hiss etdiyi ən gözəl duyğulardan biridir.  Onunla bərabər keçirdiyiniz zamanlar sizin həyatınızda yaşadığınız ən gözəl və ən xoşbəxt anlardır. Lakin işlər biz istədiyimiz kimi getməyə də bilər.

Fırtına ilə başlayan sevgilər qasırğa ilə də bitə bilər. Onunla yaşadığınız anlar sizin üçün bir kabusa çevrilə bilər. Bu vəziyyətdə yaşanan gözəllikərin ardından hər şeyin sona çatdığına inamaq əlbəttə, çox çətindir. Lakin həyatda ölümdən başqa hər şeyə çarə var! Bu çətin anları da aşmağın bir çox yolları var. Yetər ki, özünüzü yaxşı hiss etməkdən vaz keçirməyin. Unutmayın özünüzə əzab və iztirab verərək heç nəyə nail ola bilmərsiniz.  Mütəxsislər, bu çətin anları ən yaxşı şəkildə sovuşdurmağınız üçün aşağıdakıları məsləhət görür.

Sosial mühutdən uzaqlaşmayın.
Bu vaxt yalnız qalmaq istəyə bilərsiniz, ancaq yalnızlıq, özünüzü yaxşı hiss etməyinizi təmin etməyəcək, sizi daha çox depressiyaya salacaq.
Ailəniz və distlarınzla daha çox vaxt keçirməyə çalışın. Çünki ola bilər ki, uzun zamandır onlarla sıx əlaqədə olmursunuz.
Onunla birlikdə ikən etmək və görmək  istədiyiniz, lakin heç cürə edə bilmədiyiniz şeyləri edin Onu sizə xatırladan əşyaları gizlədin, ən yaxşısı tullayın.

İmkanınız varsa, özünüzə yaxın hiss etdiyiniz  insanla kiçik bir tətil edin. Özünüzə gəlmək üçün bu çox faydalı olar. Kiçik şeylərdən zövq almağa çalışın, xoşbəxt olmaq sizin əlinizdədir. Güclü olun və onun sizə layiq olmadığını düşünün. Bütün bunlardan sonra onu unutmaq üçün özünüzü yenidən aşiq olmağa məcbur etməyin.

Siz ondan əvvəl necə şad və sevincli olurdunuzsa, indi də elə olmağa çalışın.

Müəllif: Aytən
 

1 şərh

seyidova
Olmur axı.Demek asanddı elemek çetin