Sakitləşmək üçün 5 dəqiqə

Sakitləşmək üçün apardığınız uzunmüddətli  seansları sizə unutduracaq, stressinizi nəzarət altına ala bilmək üçün aşağıdakı məsləhətləri təqdim edirik. Bu məsləhətlər sizə özünüzü daha yaxşı hiss etməyə imkan verəcək.

1.Addım: 2 dəqiqə
sakitləşmək ucun 5 dəqiqə yetərSəssiz bir yerdə saatlarla seanslar etməyinizə ehtiyac yoxdur. Bunu istədiyiniz zaman hər yerdə edə bilərsiniz. Bir yerdə oturub dərin nəfəs alın,  bədəninizin nə hiss etdiyini anlamağa çalışın. Kürəyinizi oturacağa söykəyin, ayaqlarınızı isə yerə qoyun və qollarınızı sərbəst şəkildə yanlara doğru buraxın. Gicgahdan başlayaraq gərginliyi bədəninizin hansı tərəfində hiss etdiyinizi anlamağa çalışın. Başqa şeylər haqqında düşünməyin.

2.Addım: 30 saniyə
Özünüzü ən stressli hiss etdiyiniz dəqiqələr, eyni vaxtda bütün problemlərinizi düşündüyünüz anlardır. Belə zamanlarda əhatənizdəki insanların sizi əsəbləşdirdiyini düşünməyiniz son dərəcə normaldır. Seans edərkən “çox stressliyəm və daha az stress sahibi olmaq istəyirəm” deyib bunu təkrar etmək əvəzinə ,özünüzü toplayıb beyninizdə olan bütün fikirləri atmağa cəhd edin. Bundan sonra daha tez və asan sakitləşərsiniz.

3.Addım: 2 dəqiqə
İndi isə dərin nəfəs alıb-verdikcə hisslərinizdə nəyin artıb nəyin azaldığını düşünün. Bədəninizi rahatlamağa məcbur etməyin, sadəcə nə hiss etdiyinizi anlamağa çalışın. Dərin nəfəs alın, 10 – a qədər sayın və yavaşca nəfəs verin. Bunu bir neçə dəfə təkrarlayın.

4.Addım: 30 saniyə
Son 30 saniyə ərzində isə beyninizi rahat buraxın. Nəfəs alıb-verməyi də bir kənara qoyun və nə etmək istədiyinizi düşünün. Bunun nəticəsində təbii şəkildə rahatlandığınızı  və bütün problemlərdən uzaqlaşdığınızı hiss edəcəksiniz. Demək, sakitləşmək üçün sadəcə, 5 dəqiqə kifayət edirmiş.

0 şərh