Arzularımızın gerçəkləşməmə səbəbləri

Müəllim və psixoloq olan Carol Morgan oxuyucularına uşaqlıqda seçmək istədikləri peşənin nə olması və aruzlarının gerçəkləşib gerçəkləşmədiyi haqqında sual vermişdir. Bu suala neqativ cavab verənlər üçün həyatlarının və arzularının onlardan yan keçməsinin 13 səbəbini göstərmişdir.

1. Sizə gərəkməyən işlərə həddindən artıq vaxt sərf edirsiniz
Video oyunlar. Televizor. İnternet. Yemək. İçki. Siyahını istədiyiniz qədər davam etmək olar. Həyatınıza ciddi nəzər salın. Vaxtınızın çoxunu harada və necə keçirirsiniz? Etdikləriniz sizə faydalıdır? Bu suallara mənfi cavab verirsinizsə, gündəlik həyatınızı gözdən keçirməli və bir sıra dəyişikliklər etməli olacaqsınız.

2. Çox şikayətlənirsiniz
Hər zaman deyinən bir sıra insan mövcuddur. Siz də onlardan birisiniz? Təhsilinizdən, işinizdən, müdirinizdən, maaşınızdan, qonşularınızdan daima şikayətlənirsiniz. Əgər belədirsə, ətrafınıza ancaq mənfi enerji saçacaqsınız. Şikayətlənmələr sizi çıxmaza sürükləyəcək. Çalışın sevmədiklərinizi deyil, daima sevdiklərinizi düşünəsiniz.

3. Ağlınızı qidalandırmırsınız
Bir şəxsiyyət kimi inkişaf etmirsinizsə, axın olmayanda lillə örtülən sakit bir hovuza bənzəyəcəksiniz. Bu hal ağlınızla da baş verir. Problemlər, sınaqlar, yeni informasiyalar ağlınızı məşq etdirəcək.

4. Daxilinizdə mənfi fikirli dialoqlar qurursunuz
Daxili dialoqlar bəzən həyatınızı həll edə bilir. Henry Ford demişkən: “Düşüncənizdən asılı olmayaraq siz hər zaman haqlısınız.” Əgər özünüzü yüksəlməyə, yaxşı həyata layiq görmürsünüzsə, deməli bu həqiqətdir. Özünüzə dediyiniz hər bir şey əvvəl önəmsəməsəniz də, sonralar sizin həqiqətinizə çevrilir. Fikirlərinizi nəzarət altında saxlayın və həyat özü sizə qarşılıq verməyə başlayacaq.

5. Motivasiya hiss etmirsiniz
Bəziləri həyatdan heç nə istəmədiyini, arzularının olmadığını iddia edir. Bu həqiqətdən çox uzaqdır. Mütləq etməyi sevdiyiniz bir şey olmalıdır. Yeniliklər kəşf edin.

6. Gələcəyinizi planlaşdırın
Əlbəttə “anı yaşamaq” və “həyatdan zövq almaq” çox gözəldir, lakin hərdən gələcəyi də düşünmək lazımdır. Əgər hədəfiniz və ona çatmaq üçün planlarınız yoxdursa, siz öz-özünə dreyf edən qayığa bənzəyəcəksiniz. Qayıq ətrafındakı qüvvələrə arxalanaraq harasa yaxşı yerə çatacağını zənn edir. Razılaşın ki, bu axmaqlıqdır. Tanımadığınız yollarda GPS köməyinizə gəldiyi kimi həyatınızın da buna ehtiyacı var.

7. Özünüzə uyğun olmayan insanlarla çox vaxt keçirirsiniz
Sizi yaxşı etməyən, fayda gəlməyən insanlarla söhbətlərdə itmək çox asandır. Lakin onlarla birlikdə vaxt keçirməklə səviyyəniz, biliyiniz qətiyyən yüksəlməyəcək. Belə dostları “energetik vampirlər” adlandırmaq olar. Onlar sizdən həyatınızı çəkir və əvəzində heç nə vermirlər. Sizə uyğun insanlarla əhatələnməyə çalışın.

8. Telefondan çox asılısınız
Şübhəsiz müasir telefonlar hamımızı əfsunlaya bilər. Amma bir anlıq düşünün: siz sevimli oyuncağınıza nə qədər vaxt sərf edirsiniz? Sırf bu səbəbdən neçə münasibətiniz zərər görüb? Ailənizlə nahar edərkən belə internetdə vaxt keçirirsinizsə, deməli həyatınızın ən gözəl anlarını itirmisiniz.

9. Gərəksiz əşyalara çox pul xərcləyirsiniz
“Lazımdır” və “istəyirəm” anlayışları arasında böyük fərq var. Çoxumuz kredit içində “üzən”, lakin həmişə ən son model əşyalar istifadə edən insanları tanıyırıq. Əslində isə bizə yaşamaq üçün çox şey lazım deyil: yemək, su, başımız üstdə damımız və yanımızda sevdiklərimiz. Geri qalanlar sadəcə bonuslardır. Xərclərinizə diqqət yetirin.

10. Yuxunuzu almırsınız
Həkim olmasaq da, yuxunun gücü haqqında çoxlu məlumatımız var. Sağlamlıq üçün yuxu həlledici rol oynayır. Məşğul olmağınızı bəhanə etmədən normal yatmağa başlayın.

11. Bədəninizin qayğısına qalmırsınız
Sağlamlığınız üçün yemək və idman çox vacibdir. Bəli, yeni bir şey demədiyimin fərqindəyəm. Lakin müxtəlif pəhrizlər və idman təkcə çəki itirmək üçün deyil. Həmçinin psixoloji durumunuz və vəziyyətiniz yaxşılaşır. Qida rasionunuzda dəyişiklilər edin və idmanla məşğul olun. İrəliləyişləri qısa müddətə hiss edəcəksiniz.

12. Komfort zonanızı tərk etmirsiniz
Komfort zonasında yaşamaq çox asandır. Nahar etməyə həmişə eyni restorana gedir və eyni yeməyi sifariş edirik. Bu yenilikdən qorxduğumuz üçün deyil, sadəcə bu yeməyi sevdiyimiz üçündür. Lakin komfort zonası dediyimiz bu deyil. Bəzən həyatınızı yaxşıya doğru dəyişmək üçün riskləri gözə almaq lazımdır. Lakin “risk” və “düşünülmüş risk” arasında böyük fərq vardır. Risklər ölümcül də ola bilər. “Düşünülmüş risk”lər isə məntiqi planlardır.

13. Xoşlamadığınız həyatı yaşayırsınız
Uğuru hər zaman xoşbəxtlik dərəcəsi ilə ölçmək lazımdır. Həqiqətən xoşbəxtsiniz? Cavabınız “yox”dursa, deməli bir sıra dəyişikliklər etməlisiniz. Məmnuniyyət hissi belə sizin tamın tamına yaşadığınız anlamına gəlmir. Maraqlı həyat yaşamaq üçün əlinizdən gələni əsirgəməyin.

13 əlamətdən hər hansı biri sizdə varsa, narahat olmayın. Dəyişiklik etmək üçün heç vaxt gec deyil. Lakin əvvəlcə “heç nəyi dəyişə bilmərəm” və “çox gecdir” fikirlərini özünüzdən uzaqlaşdırın. Çox zaman ən böyük maneə elə bu fikirlər olur. Həyatınızı düşüncələrinizin istiqamətini döndərərək dəyişin…
 

0 şərh