Fahişələr də insandır

Bu mövzu, bəlkə, çoxlarını qıcıqlandıracaq. Özlərini idealizə edib, dünyaya əxlaq və əxlaqsızlıq pəncərəsindən baxıb, qadınları fahişə və qeyri-fahişə deyə qruplara bölüb, heç nəyin dərininə varmadan fitva verənlər artıq sussalar yaxşıdır.

Mən hər gün qəzetlərdə oxuyuram, bu gün filan əxlaqsızlıq yuvası aşkarlandı, yaxud dünən filan körpünün ətrafında gəzişən fahişələr dağıdıldı. Tutalım, əxlaqsızlıq yuvaları dağıdıldı, bəs həmin fahişə adlandırdığınız insanlar bundan sonra nələrini satıb, necə qarınlarını doyuracaqlar? Kim onların qarnını, əynini, evini, bəlkə də, uşaqlarını sığortalayır? Onlara ictimai əngəl kimi baxmaq özü əngəl törədici bir mövzudur. Hər şeydən dəhşətli elə həmin pis baxmaqdır. Əgər pis baxırıqsa, əvvəlcə əxlaqsız kişilərə pis baxmalıyıq, qadınlara yox!

Yeri gəlmişkən, bunu da deyim ki, “İnqilabın pərdəsi arxasında” adlı bir kitabda baş terrorçulardan biri olan Hüseyn Burucerdinin etiraflarını oxuyub maraqlandım. Demək, inqilab ərəfəsində, Mehdi Bazərganın müvəqqəti dövlətə başçılıq etdiyi zaman mollaların hərəsi özünə bir bəsicçi komitə yaradıb, başlayıblar qanunsuzcasına millətin var-yoxunu talayıb, hərə bir tərəfdən müzeylərin və sarayların əmlakını mənimsəməyə. Varlıları soydular, bir çoxlarını məhkəməsiz edam etdilər və s. Nə isə, həmin edam olunanların birisi Pəri Bolənde (uzunboy Pəri) adlı bir xanım imiş. O, yetimxanadan (?) özünə bir oğulluq götürüb böyüdübmüş. Həmin oğlan gizlicə Pərini bəsicçilərə satıb. Qadını tutub məhkəməyə (!?) aparıb, bütün obyektlərini əlindən alıb, sonra edama məhkum ediblər. Pəri Bolənde “Qəsr” zindanında gözübağlı edam olunan vaxt: “Heç olmasa, mənim  bilərziklərimi, boyunbağımı oğulluğuma verin, özünə xərclik eləsin” - deyə vəsiyyət etmişdi. Sən demə, ona «xilas gülləsi» vuran elə həmən oğulluğu imiş!. Belə dəhşətli və insan ürəyini kövrəldən işlər tez-tez ittifaq düşür.

Nə isə, bunu demək istəyirdim ki, məcburiyyətdən bədənlərini satan xanımların bir çoxunun ürəyi hər kəsdən çox BAKİRƏdir. Buna arxayın olaq. Biz dəfələrlə daşqalağa məhkum olunmuş qadınların azadlığa buraxılmasına görə BƏYANAT vermək tələbi ilə müxtəlif təşkilatlara müraciət etmişik. Bəziləri soruşur: ”Onlar əxlaqsız deyildi?” Axı rəhmətliyin övladı, tutalım əxlaqsız olublar. Kim bilir, nədən bu yola düşüblər?! Kim bilir əri narkoman olan, könülsüz, zorla ərə getmiş və s. bir qadının dərdini? Qəribə, dəhşətli bir dünyada yaşayırıq!

Bir gün İsa peyğəmbər yoldan keçirmiş, görür, bir qadını daşqalaq etmək istəyirlər. Yaxınlaşıb özü də bir daş götürür. Sonra ətəklərinə daş dolduranlara baxıb deyir: ”Hər kimin etdiyi günahlar bu qadınınkından azdırsa, daşlasın”. Daşlar bircə-bircə əllərdən, ətəklərdən yerə tökülür...

Bir biletə görə özünü satan qadın
Mənbə: Bizim Yol qəzeti

 

7 şərh

cahandar
Məqaləni sona qədər oxuya bilmədim psixoloji baxımdan əsəblərimə hakim ola bilmərəm.Xahiş edirəm Fahişələrə namussuz qadınlara bəraət qazandıran heç bir məqaləni gündəmə çıxarmayasınız.Bu məqaləyə minus verməyəcəm çünki burla xatun gözəl məqalələr və mənim hər zaman + verdiyim istifadəçilərdəndir ancaq bu mövzularda məni sinirdən çıxaran yeganə mövzulardı..Qadın təmiz saf olmalıdır heç bir məcburiyyət qarşısında nəyin bahasına olursa olsun fahişəliyə yönlənməməlidirlər.Metroda gözəl bədən quruluşuna malik o qədər dilənçi gəzir ki onlara hörmətim daha çoxdu nəinki «yazıq»adlandırdığınız «insan fahişələrə».Allah onların hər birinə Lənət etsin.Kişiləri günahlandırırsınız.Kişilərdə az yoxdu ancaq onların ətrafı namuslu qadınlarla olsa kimlə xəyanət edəcəklər xanımlarına????Dilənçi qadınlara,süpürgəçilər,qulluqçulara iyrənər kimi baxır yazıq namussuzlara isə evdəki XANIMLARINI alçaldırlar.Onların hər biri diri diri yandırılmağa layiqdirlər!!!
cahandar
Şəkildə əks olunmuş 5 qadından heç biri nə yazığa nə də insan oxşamırlar baxmaq belə ürəkbulandırıcıdır
ayxansevda
ona görə də oxumaq oxumaq yenə də oxumaq. sənət sahibi ixtisası peşəsi olan qadın niyə nəyinisə xüsusən bədənini satmalıdır ki? ola bilsin valideynsiz böyüksüz qadınlar var ya məcbur edilənlər nə deyim hərdən bunlar da adama bəhanə kimi görünür düşünürəm ki, Allah insana belə həyatı bəxş etməz heç kimə narkomanlıq qismət etməz insan öz yolunu özü seçir cahandarın bu fikri mübahisə olunmazdır ki, süpürgəçilər quluqçulardan iyrənirik halbuki onlar zəhmətləri ilə çörək pulu qazanır bir topik oxumuşdum adı deyəsən iyrənc xalalar idi səhv etmirəmsə demək ki, onlar iyrəncdirlər bu topik isə fahişələr insandır adlanır? nəticə budur ki, tər iy verən xalalar iyrəncdirlər baxmayaraq ki, zina etmirlər əziyyətlə zülümlə əlləri qabarla çörək pulu arxasınca düşürlər fahişələr isə qazanmağın asan yolunu seçib və yazıqlar onlar da insandırlar hörmətə layiqdirlər nə deyim. mən belə düşünmürəm. eşq olsun namuslu qeyrətli xanımlarımıza yaxşı ki, siz varsınız! indi belədir də hicabı aç gerilikdi, fahişə ol qabağa get müasirlikdi məşhur ol! zəmanə belələrinindi. əgər televiziya kanalları qeylərlə doludursa… nə isə…
cahandar
Alqışlayıram!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Və bir əlavə:Hicablı XANIMLARI heç bir işə qəbul etmirləri ancaq bu «yazıq»fahişələri nəinki xanım hətta qadın adına layiq olmayan iyrənc məxluqları asanlıqla işə götürürlər.Onların mənəvi dünyası da göründükləri kimi olur heç bir təhqirdən çəkinməz,yalandan and içməyə qadir,utanmayan arsız,ən əsası da ALLAHdan qorxusuz dinsiz islamsız olarlar.Bu kimi qadınlarla sorğu keçirdikdə hər biri özlərini yazıq adlandırır və məcburiyyət qarşısında bu yola qurşandıqlarını iddia edirlər.Onların hamısının həyat hekayələri eynidir.Nə isə…
Xrizoberil
mən də sizlərlə razıyam…
Old_Baku_

ayxansevda və cahandar artıq mənə söz buraxmadınız nə deyim? demək olar ki,bütün fikirlərimi siz şərhlərinizdə bildirmisiniz.Məndə bu topikə (-) verməyəcəyəm çünki,bu saytda məqalələrini həvəslə oxuduğum istifadəçilərdən biri də burla-xatundur.(çoxu qadın mövzuları olsada :))nəisə məndə bu iyrənc məxluqlara (qadın desəm məncə qadınların hüquqlarını tapdalamış kimi olaram) islami nəzərdən yaxımlaşaq bu mövzuya.


Allah müqəddəs kitabında belə buyurur:
Zinaya yaxınlaşmayın, cünkü o fahişəlik və çox pis bir yoldur. (Bəni-İsrail, ayə 34)


Ayənin ərəbcəsində belə buyurulur: İnnəhu kanə fahişətən, yəni həqiqətən o fahişəlikdir.Bizim çirkin dediyimiz kəlməyə Quran fahişəlik deyir ki, bu da bizim dilimizdə də işlənir. Əxlaqsızlıq edib bu çirkin işi görənə cəmiyyətimizdə də fahişə deyilir. Qurandan fərqli olaraq cəmiyyət, yalnız qadınlar bu işi gördükdə ona fahişə deyir, amma Qurani-kərim heç bir fərq qoymadan həm qadın, həm də kişi bu işi gördükdə onu fahişə adlandırır. Çünki zina təkcə qadınlara qadağan edilməyib.Əgər bu eyni əməli kişi də törətmiş olsa ona da bu ad şamil olur. Fahişə sözü ifşa, afişa sözündəndir ki, hansısa bir çirkin əməli cəmiyyətdə yaymağa deyilir. Allah-təala da zina etməyi bizlərə qadağan etmiş və bu əməli yaymamağa bizləri cağırır. İmam Rza (ə. s) buyurur: “Zina bu fəsadlara səbəb olduğuna görə haram edilmişdir: İnsan qətli,əsl-nəcabətin aradan getməsi,uşaqların tərbiyəsizləşməsi, irs-miras məsələsinin pozulması və bu kimi fəsadlar. Biharul-ənvar c. 79, səh 24, hədis 19.


Yəni əziz kayzen istifadəçiləri ALLAH (c.c) bu iyrənc məxluqlları Qurani-Kərimdə belə izah edib.Çalışın özünüzü qoruyasınız.İnanın fahişələr insan deyil.Bu məqalə onları müdafiədən başqa bir şey deyildir.Mətndə belə qeyd olunub:


Tutalım, əxlaqsızlıq yuvaları dağıdıldı, bəs həmin fahişə adlandırdığınız insanlar bundan sonra nələrini satıb, necə qarınlarını doyuracaqlar? Kim onların qarnını, əynini, evini, bəlkə də, uşaqlarını sığortalayır?


Onuda biz fikirləşək?????

Old_Baku_

Mən o sualı cəvab verəsi olsam gərək 4-5 məqalə yazım......inanın artıq səbr kəsam dözmür belə məqaləyə şərh yazmağa.məncə qeyd ettiklərim  kifayətdi.