Dedi-qodu etmək

Bu sadəcə bir ifadə yoxsa cəmiyyətimizdə olan böyük brpblemlərdən olduğunu gəlin aydınlaşdıraq. Mövzud cəmiyyətimizdə yaşanan evdar qadın xarakterində ən geniş şəkildə rast gəlinən xüsusiyyətlərdən biri "dedi-qodu"dur. Vaxtları, ya da imkanları olmasa belə bir az  dedi-qodu edə bilmək üçün mütləq fürsət tapırlar. Bəzən qapı ağzında qonşularla, bəzən saatlarla davam edən telefon danışıqlarında bu mənzərəni görmək mümkündür. Ancaq burada  əhəmiyyətli olan, bu əxlaqı yaşayan insanların dedi-qodudan dərin bir zövq almalarıdır. Çünki dedi-qodu əsnasında haqqında danışılan adam hörmətdən salınıb alçaldılarkən, dedi-qodunu edənlər özlərini üstün göstərməyə çalışırlar. Bu səbəblə rəfiqələri ilə danışa biləcəkləri faydalı, ya da zövqlü mövzular  varkən, onlar israrla dönüb-dolaşıb sözü bəzilərinin dedi-qodusunu etməyə gətirirlər. Qonşuları, dostları, qohumları,yoldaşları, televiziya ulduzları və hətta yoldan keçən yad biri belə bu dedi-qodular üçün nümunə ola bilər.

Halbuki kiminsə arxasinca eşitdiyində xoşuna gəlməyən sözlər deməkdoğru deyil. Əgər həqiqətən tənqid olunması lazım olan bir şey varsa və fayda vermək məqsədiylə danışılırsa, ediləcək ən doğru şey bu vəziyyəti əlaqədar adama bildirməkdir. Yoxsa hər kəslə danışıb, qınanan adamın vəziyyətdən xəbərdar edilməməsində  yaxşı bir niyyət və ağıllı bir məqsəd olduğu deyilə bilməz. Üstəlik dedi-qodu edən insanlar, eyni şeyin özləri üçün də şübhəsiz ediləcəyini, bunun cahiliyyənin qaydası olduğunu bilirlər. Amma bundan heç xoşları gəlmir. Başqa kəslərin özləri haqqında danışdığını eşitdiklərində böyük bir sıxıntı yaşayırlar. Amma özləri üçün bu cür narahat olarkən, başqalarının da narahat olacağını nəzərə almadan bu çirkin hərəkəti edə bilirlər.

Halbuki Allah insanları dedi-qodudan məhrum etmişdir. Allah bunun gözəl əxlaq olmadığını ayələrində bildirmiş və əgər ortada səhv bir şey varsa, bunun ayələrin ifadəsiylə "yaxşılığı əmr edib, pislikdən çəkindirməyə çağıraraq" insanların özlərinə bildirilməsini əmr etmişdir: Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!(Hucurat Surəsi, 12)

Budur,  Quranın bu əmri gərəyi, möminlər əsla bir-birlərinin arxasından danışıb bir-birlərinin eybini axtarmazlar. Həqiqi sevginin və dostluğun ən əhəmiyyətli əlamətlərindən birinin qarşılarındakı insana dünyada və axirətdə fayda verəcək şəkildə hərəkət etmək olduğunu bilirlər. Bu halda  əgər səhv bir hərəkət görürlərsə tezliklə səhvini anlaması və düzəltməsi üçün bunu əlaqədar adama bildirirlər. Həqiqi dostluq və sədaqət anlayışı da bunu tələb edir. Amma cahiliyyə cəmiyyətində evliliklər  belə möhkəm bir təmələ, qarşılıqlı sevgi və hörmətə əsaslanmadığından, ortaya çıxan bu mənfi model olduqca geniş yayılmışdır.

Oxşar məqalələr

 

0 şərh