Kökəlmək üçün nə etməli?

Yeməklərin yanında buğdadan bişirilmiş çörək yeyin(kəpəkli olmasın)
Hər günorta yeməyində mütləq təzə qaynadılmış kartof yeyin.
Hər gün 1 ay boyunca 10-15 ədəd püstə yeyin. 
Meyvələrdən daha çox təzə ağ üzüm və banan yeyin.
1 həftə boyunca səhər yeməyi ilə günorta yeməyi arasında yarım stəkan su ilə çeynəmədən 3-4 ədəd mixək udulur.7 gün tamamlandıqdan sonra aşağıdakı qaydalara başlanır.
Yeyəcəyiniz hər növ ətlə birlikdə( qoyun,dana,balıq və ya toyuq) mütləq orta boyda bişmiş pomidor yeyilməlidir.
ye,cana gəlAcı olmamaq şərtilə salatınızdan bolqar bibərini əskik etməyin.
Hər axşam yeməyindən sonra bir fincan melissa çayı için. 
Hansı meyvəni yesəniz mütləq bir kasa qatığın içərisinə doğrayıb yeyin. 
Hansı südlü şirniyyatlardan yesəniz üzərinə darçın səpin.
İş yerinizdə və ya evinizdə çalışın süfrəyə tək oturmayın. 
Hər gün 20 dəqiqə mütləq gəzin.Hər gün bir ay boyu eyni saatlarda yürüməyə çalışın.  

Sağlam şəkildə kökəlmək üçün nə etmək lazımdır?
Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.
Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.
Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.
Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin.
Qəbul edilən karbohidratın miqdarını artırın.
Südə bal, bəhməz, mürəbbə əlavə edərək için.
İçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için.
Təzə meyvə sularına üstünlük verin.
Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz.
Yeməkdən sonra şirniyyat qəbul edin.
Fındıq, fıstıq, badam, qoz və s yeyin.
Hər gün yumurta qəbul edin.
Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin.
Unutmayın ki, kökəlmək xatirinə çox yağlı yemək yeməyin. Çünki yağ ilə artan çəki sağlamlıq üçün ziyandır.
Qeyd edək ki, ayda 2 kq çəki artırmaq uğurlu nəticə hesab edilir.

Qadağalar:
Gündə 2 stəkandan artıq çay içmək olmaz.
Turşu,istiot və süddən uzaq durun. 
Yuxarıda yazılanlara əməl edərkən,qorox,noxud,ispanaq,kələm yeyilməməlidir.

Sürətlə yemək kökəlməyə səbəb olur

Britaniyanın tibb jurnalı üç min nəfərin yemək yeyən zaman davranışını analiz edən Osaka Universitetindən olan yaponiyalı alimlərin hesabatını dərc etmişdir. Alınmış nəticələrə əsasən, yeməyi daim sürətlə udmaq vərdişi və nəzarətdənkənar çəki yığmağa meyllilik arasında birbaşa əlaqə müşahidə olunmuşdur. Beləliklə, yemək yeyən zaman tələsən kişilər asta yeyən kişilərlə müqayisədə 84 faiz, qadınlar isə iki dəfə çox kökəlmə riskinə məruz qalırlar. Eksperimentin təkcə yeməyə tələsməyən, eyni zamanda tam doyduqlarını hiss edən zaman dayanma vərdişini nümayiş etdirən iştirakçıları üç dəfə çox kökəlmə riskinə məruz qalırlar.
İngiltərəli mütəxəsis-dietoloqların fikrincə, yemək yeyən zaman tələsmək doymaq haqqında beyinə xəbər verən siqnal sisteminin işini pozur. Nottinqem Universitetindən olan professor Yen Makdonald hesab edir ki, mədənin sistemin fəaliyyətə başlamasından daha tez doldurmaq vərdişi hələ uşaqlıq dövründən formalaşır.

 

18 şərh

Leyla
Gündə 3000-3500 kkal qida qəbul etmək lazımdır. Mayonezi salatda bol edin.Əlbəttə ki yumurta!Onsuz kökəlmək çətin məsələdir.
Qətiyyən özünü acdırmaq olmaz.bəziləri deyir ki,qoy acım,sonra yaxşıca yeyim.Kökəlmək istəyənlərə olmaz.
Elvin85
Arıqlamaq istəyənlər də burda yazılanların tərsini edər də yəqin. :)
Dior
Arıqlamaq istəyənlər ümumiyyətlə xəmir xorəklərdən uzaq durmalı,çörəyi qida rasionundan çıxarmalıdı.Əsasən də axşam 6 dan sonra heç nə yeməməlidir.
Erudit
əməl eliyəcəm hamısına Əgər alınsa "+" verəcəm)
Kleopatra
bunları həkım məsləhəti olmadan atmək olar?daha doğrusu bircə mixək məsələsi məni çaşdırır bəlkə ziyanı var
2ral
Siz edin,əgər alınmasa Diorun profilində ona minus yazın.Öz kiçik intiqamınızı belə alın:)
Freddie
Çay söhbətindən xoşum gəlmədi. Çay içə-içə kökəlmək mümkündür?
təpəgöz
Əgər çayı tortla,yağlı pirojna ilə yesən kökəlmək olur.
Dior
Çay çox içəndə kökəlmək olmur.Yəni iki stəkandan çox.Təpəgözün sözünə qüvvət,əgət,tortla,kekslə,pirojna ilə içəndə yaxşıca kökəlmək olar.
Birdə xəmir xorəklərini bol yemək lazımdır.Əsasən də xəngəli.bəh-bəh.Ləzzət!
Dr_Həkim
iştah açan qida məhsulları aşağıdakılardır:
• Duz – çünki duzlu bir qidadan sonra ürəyiniz şirin qida istəyə bilər ki, bunun da səbəbi qan şəkərindəki dəyişiklikdir.
• Acı bibər – acı bibər yeyərkən insan doyduğunu hiss etmir.
• Kartof, kök və qarğıdalı – Qlikemik göstəricisi ən yüksək qida məhsullarındandırlar.
• Noxud – Mədəni təmizləyir iştahı açır.

İnsanı tox saxlayan qidalar:
• Balıq – tərkibində yüksək miqdarda yod olan balıq aclıq duyğusunu əngəlləyir.
• Yumurta- zülalla zəngin olan yumurta insanı uzun muddət tox saxlayır.
• Makaron, düyü, alma, badam kimi qida məhsulları da insanı tox saxlayan qidalardır.
bloqçu
«Gündə 2 stəkandan artıq çay içmək olmaz»   — evdə bir nəfəri kökəltmək istəyirəm, amma çətin ki o çaydan əl çəkə və bir də ki yumurta yeyə))
Cavid
Onda işin çox çətindir) uğurlar.
xedice

Kökəlmək üçün sevişmək lazımdır.Rus mətbuatında və day.az saytında belə yazıblar.


Professor Moris Levinin rəhbərlik etdiyi ekspert qrupu 1000 ailə üzərində 3 il aparılan araşdırma nəticəsində belə qənaətə gəlib ki, mütəmadi seks qadınlarda artıq çəki yaradır. Eksperiment zamanı cütlüklərə həftədə 2-5 dəfə sekslə məşğul olmaq tapşırılıb. Məlum olub ki, intim münasibət qadınların düz 62%-də kökəlməyə səbəb olub. Onların çəkisi təxminən 15% artıb. Mütəxəssislər bunun əsas səbəbi kimi, seksdən sonra iştahın artmasını göstərir.
Kişilərdə bu halın qeydə alınmamasına gəlincə, alimlər bunu zərif cinsin nümayəndələrinin kişilərlə müqayisədə artıq çəkini daha tez yığması ilə əlaqələndirir.

Əliyev
Gop. Başqa heç nə.
Silen_ce
Maraqlıdır görəsən indi kökəlmək istəyən var.Çünki indi çoxsu arıqlamaq istəyir.
almaq istədiyi paltar yaraşmayanda arıqlar köklərə həsəd aparır — buna əminəm
Admin 2010-10-08 09:31:43 redakte edib
Tomris
Şəxsi təcrübə?
:)
Silen_ce
yaxınların təcrübəsi :) onlara paltar almağa gedəndə mənim fikrimdən bu keçib))
şərh silinmişdir