Yedikcə arıqladan 10 qida

1. Qatıq
Qatığın 100 qramında yalnız 50 kalori var və uzun müddət tox tutur. Qatığı səhər yeməyində, naharda, şam yeməyində və ara yeməklərində də yeyə bilərsiniz. İstəsəniz, meyvə, çərəz, bal, mürəbbə ya da təzə göyərtilər əlavə edərək daha fərqli dad əldə edərsiniz. Axşamüstü acdığınızda şirniyyatla çay içmək əvəzinə süzmə qatığın içinə nanə, cəfəri, şüyüd, xiyar əlavə edib, yanında da tam taxıllı bir dilim çörək yeyə bilərsiniz.

2. Meyvə
Qramında 1 kalori enerji olan meyvələr dadlı olduğu qədər tox tutmaq xüsusiyyətinə də malikdir. Xüsusilə alma, ərik kimi lif miqdarı çox olan meyvələri yeyərkən uzun müddət acmırsınız. Şirniyyat yemək istəyiniz yarandığı zaman bananı incə-incə doğrayın, üstünə bir çay qaşığı üyüdülmüş hindistan qozu və ya darçın səpib yeyin.

3. Tərəvəz
Pəhrizdə ən az sevilən qida tərəvəzdir. Ancaq arıqlamaq istəyirsinizsə, tərəvəz yemək məcburiyyətindəsiniz. Çünki, tərəvəzlər həm lifli olduqlarına görə, həm də içərisindəki vitamin və minerallarla sizin gümrah olmağınıza şərait yaradır.

4. Yağsız toyuq və hinduşka
Gündə bir pors ət yeməyi xoşlayırsınızsa, kalorisi az olan ağ ət yaxşı bir seçim olar. Ancaq toyuq və ya hinduşska əti yeyərkən yağlı olduğundan dərisini yeməməlisiniz. Bunları bişirərkən yağ, sous kimi əlavələr etməməyə diqqət yetirməlisiniz.

5. Yağsız balıq
Bir çox yağsız balıq növünü dieta saxladığınız müddətdə hər gün yeyə bilərsiniz. Lakin arıqlamaq istəyirsinizsə, balıq qızartmasından uzaq durmalısınız. Balığı yalnız tərəvəzlərlə birgə falqa kağızında sobada və ya manqalda bişirməlisiniz.

6. Kəpəkli makaron
Makaron kökəldirmi? Bu, çəki problemi olan hər kəsi maraqlandıran bir sualdır. Xeyir, makaron, xüsusilə də kəpəkli makaron kökəltmir, sadəcə makaronun yanında yeyilən sous kökəldir. Kəpəkli makaronun 100 qramında 130 kalori var. Kəpəkli makaronu qaynadılmış yaşıl mərcimək və təzə göyərtilərlə qarışdıraraq dadlı bir salat hazırlayıb yeyə bilərsiniz.

7. Kartof
Makaron kimi kartofun da hamı kökəlməyə səbəb olduğunu düşünür. Halbuki, 100 qram kartofda sadəcə 70 kalori var. Həmçinin, tərkibində bir çox vitamin və minerallar var və uzun müddət tox tutur. Ancaq vitaminlərin çoxusu qabığında olduğundan kartofu qabığı ilə bişirməlisiniz.

8. Salat
Dieta saxlayanların xoşlamadığı şeylərdən biri də salatdır. Ancaq salat tox tutduğuna görə dietlərdə mütləq istifadə olunmalıdır. Salatı yeməklə birgə deyil, yeməkdən əvvəl yeyin. Bununla doyduğunuzu hiss edəcək və yeməyin yarısını yeyəcəksiniz.

9. Su
Artıq çəkilərinizdən azad olmaq istəyirsinizsə, bol miqdarda su içməlisiniz. Çünki suyun kalorisi 0-dır. Lakin su içməyi xoşlamırsınızsa, bunun əvəzinə süni dadlandırıcılar əlavə olunmamış soyuq bitgi çayları da içə bilərsiniz. Daha az yemək üçün hər yeməkdən əvvəl bir stəkan su için.

10. Bulqur
Ağ düyü şəkəri tez yüksəltdiyinə görə tez də acdırır. Buna görə dieta saxladığınız müddətdə düyü yerinə bulqurdan istifadə etməlisiniz. Bol pomidorla bişirilən bulqur plovu və yanında doğramac yeməklə uzun müddət tox qalacaqsınız.
 

0 şərh