Beş zərərli səhər vərdişi

Siz artıq uzun müddətdir ki, “fast food” yemirsiniz, müntəzəm olaraq idmanla məşğul olursunuz, amma buna baxmayaraq çəkiniz artır. Ola bilər ki, bəzi adət edilən səhər ritualları sizə artıq çəkidən qurtulmağa mane olur.

Həddindən çox yatırsınız
Yuxu çatışmazlığı orqanizmdə “kortizol” adlı hormonun yaranmasına gətirib çıxarır ki, bu da normadan artıq yeməyə səbəb olur. Lakin həddindən çox yatmaq ən yaxşı variant deyil. “PLOS One” jurnalının tədqiqatlarına görə, 10 saaatdan artıq davam edən yuxu artıq çəkinin yaranmasına səbəb ola bilər. Təsadüfi deyil ki, həkimlər 7-9 saat yatmağı məsləhət görürlər.


Yuxudan durandan sonra pəncərələri açmırsınız 
Yuxudan duran kimi pərdələri və jalüzləri açın. “PLOS One” jurnalının araşdırmalarına əsasən səhər günəşinin şüaları orqanizmdə metobolizmin güclü işləməsinə kömək edir. Hətta 20-30 dəqiqəlik günəş işığı immunitetə kömək edir.


Yerinizi yığmırsınız 
Bu parodoksal səslənsə də, belədir. ABŞ-ın Beynəlxalq Assosiasiyasının araşdırmalarına görə hər gün yerinizi yığıb yatmazdan əvvəl açsanız, daha yaxşı yatarsınız. Sağlam yuxu isə sağlam çəkiyə gedən ilk yoldur.


Siz tərəzidə özünüzü çəkməyi unudursunuz 
Kornel Universitetinin araşdırmalarına görə gündəlik özünü tərəzidə çəkmək artıq çəkidən qurtulmağa kömək edir. Çəkilmək üçün ən yaxşı vaxt- səhərdir: bu vaxt bədəndə az su olduğuna görə, dəyişikliklər daha dəqiq olacaq.


Səhər yeməyini az yeyirsiniz
Aviva universitetinin araşdırmaları deməyə əsas verir ki, səhər yeməyi yemək müləqdir. Pəhriz zülalından, karbohidratlardan və kiçik dessertdən təşkil olunmuş 600 kalorilik səhər yeməyi sizə gündəlik yemək rejiminizi nəzarətdə saxlamağa kömək edəcək.
 

0 şərh