Hipo və Avitaminoz

Vitaminlər-insanın qida rasionunun əsas hissəsinə təsir edir.İnsan onları bitki, heyvan mənşəli qidalarla alırlar.Vitaminlər yüksək bioloji avitaminliyə malikdirlər

Vitaminlərin çatmamazlığı ilə gedən xəstəliklərə hipo və ya avitaminozlar deyilir, hipo və avitaminoz həmçinin hamiləlik və döşlə əmizdirmə zamanıda baş verir

Avitaminoz A

Bu xəstəliyin əsas əlaməti görmənin pozulmasıdır.Bundan əzab çəkən şəxslərdə hava qaralan zaman görmə itiliyi kəskin aşağı düşür və bu "toyuq korluğu" adlanır.Vaxtında müalicə aparılmazsa tam korluq baş verə bilər.Konyuktivanın quruluğu, bəzi hallarda isə buynuz qişanın yarası baş verir.Avitaminoz A zamanı selikli qişalar, dəri örtükləri dəyişikliyə uğrayır : traxeya, bronx, mədə-bağırsaq sisteminin selikli qişasının  zədələnməsi baş verir.Çox hgallarda  dəri örtüklərinin quruluğu, qabıqlanması, dəri örtüklərinin qalınlaşması baş verir Müalicəsi: tərkibində vitamin A olan qida məhsulları (kərə yağı, yumurta, süd, kök, pomidor, qara qarağat və.s) ilə zəngin olunmalıdır

Avitaminoz B

B qrupu vitaminləri orqanizmin həyat fəaliyyətində böyük rol oynayır. Vitamin B1 çatmamazlığı beri-beri xəstəliyinin əmələ gəlməsinə səbəb olur (ətraflarda ağrı və zəiflik bəzi hallarda ifliclər, bağırsaq fəaliyyətinin pozulması dərialtı toxumanın ödemi) B1 avitaminozunun profilaktikası üçün qida qara çörək, portağal, üzümlə zəngin olunmalıdır Müalicə məqsədilə 3-5%-li vitamin B1 əzələ daxilinə 1ml-dən 2-3 həftə müddətində təyin edilir

Avitaminoz C

Vitamin C- askorbin turşusu itburnuda, qara qarağatda , limonda, göy soğanda, təzə kələmdə çoxlu miqdarda rast gəlinir Vitamin C-nin çatmamazlığı zamanı xəstələr zəiflikdən, baldır əzələlərində ağrıdan, diş dibi ətinin qanaxmadan, dəriyə qansızmalardan şikayətlənirlər Avitaminiz C-sinqa və ya skorbut xəstəliyidə adlanır Müalicəsində 1ml 5%-li askorbin turşusu 2 həftə müddətində təyin edilir Profilaktikası üçün tam dəyərli qidalar, vitamin C ilə zəngin olunmalıdır

Müəllif: Əhmədova Zeynəb

 

3 şərh

Cavid
Yazını həvəslə sona kimi oxudum, çox gözəl alinib, və sizə 2 sualim var, əgər mümkündürsə cavablandirasınız, zınnimcə bu sualların cavabları çoxlarının maraq dairəsindədir. 
1) tez xestelenme, məsələn tez soyuq dəymə və krip halları səhv etmirəmsə immunitetin zəif olmasından irəli gəlir, bəs bu halı aradan qadirmaq üçün nə etmək lazımdır, daha sadə desək immuniteti nece gücləndirmək olar?
2) Yaddaş problemlərinə görə konkret olaraq hansı dərman yaxud vasitələrdən istifadə etmək lazımdır?
Çox sağ olun.
Zeyneb_Ehmedova

bəyəndiyiniz üçün çox sağ olun.


İmmuniteti gücləndirmək üçün ilk növbədə gün ərzində bir dəfə stəkanın yarısıəna limon suyu əlavə edib için bu həm immuniteti gücləndirir həmdə iştah artırır, qatığa sarımsaq qatıb içmək, və əgər bunu bedə bilmirsizsə immunal dərmanını qəbul edin


yaddaşı gücləndirmək üçün qoz, fındıq, bala qoz qatıb hər səhər ac qarına qəbul etmək, Aktivresitil

Zeyneb_Ehmedova

bəyəndiyiniz üçün çox sağ olun.


İmmuniteti gücləndirmək üçün ilk növbədə gün ərzində bir dəfə stəkanın yarısıəna limon suyu əlavə edib için bu həm immuniteti gücləndirir həmdə iştah artırır, qatığa sarımsaq qatıb içmək, və əgər bunu bedə bilmirsizsə immunal dərmanını qəbul edin


yaddaşı gücləndirmək üçün qoz, fındıq, bala qoz qatıb hər səhər ac qarına qəbul etmək, Aktivresitil, Notropil