Рейтинг
+27.90

Dietologiya

34 üzv, 233 topik

Ulduz pəhrizi | Cameron Diaz

Cameron Diaz
Ulduzların bədən quruluşunu qorumaq üçün istifadə etdiyi bir çox üsullar var. Tanınmış aktrisa Cameron Diaz da, formada qalmağı üçün bir çox ülullardan istifadə edir. 

Onlardan biri də  aşağıdakı pəhrizdir:

5 stəkan su, 
4 yaşıl alma (qabıqları ilə birlikdə 8-ə bölünmüş), 
2 limon (qabıqları ilə birlikdə 8-ə bölünmüş), darçın, mixək
5-6 ədəd döyülməmiş istiot, 
3 paket yaşıl çay

Bunların hamısını qarışdırdıqdan sonra qaynadın və süzün. Soyuduqdan sonra termosda saxlayın və bir gün içində istədiyiniz qədər için. Bu pəhriz sizin formada qalmağınıza kömək edəcək.
Davamı →

Qreypfrut


Vanderbilt Universitetinin (Nyu-York, ABŞ) tədqiqatçıları belə hesab edirlər ki, qreypfrut
və ya təzəçəkilmiş qreypfrutun şirəsi artıq çəkini yığmağa mane olur və hətta arıqlamağa kömək edir.

Alimlər çəkisi artıq olan insanların iştiraki ilə tədqiqatlar apardılar.
Nahardan əvvəl qreypfrutun yarısını yeyən və ya onun şirəsinin ½ stəkan içən insanlar çəkisini azalda bildilər. Tədqiqatın 14 həftəsindən sonra iştirakçılar təxminən 7 kq çəki azaltdılar.   


Davamı →

Çörək pəhrizi


Çörək yeməklə 3 günə 2 kiloqram çəki itirmək mümkündür.
Qida rejimindən yalnız çörəkdən istifadə edərək, üç günə 2 kiloqram arıqlaya bilərsiniz.
Üç günlük pəhrizin hədəfi üç günə 1,5-2 kiloqram çəki itirməkdir.

Bu üç gün boyunca gündə 10-12 dilim qızarmış, üzərinə çox az kərə yağı çəkilmiş qara çörək yemək məqsədə uyğun sayılır. 10-12 dilim çörəkdən əlavə gün boyunca istəndikcə də çörək yeyə bilərsiniz, lakin tez bir zamanda istənilən nəticəni almaq üçün pəhrizdə göstərilən miqdara riayət etmək daha doğru sayılır.
 Bu pəhrizdə istədiyiniz qədər şəkərsiz çay və ya qəhvə içə bilərsiniz.

 Pəhrizin gündəlik menyusu:

3 gün boyunca

Səhər: 2-3 dilim çörək.

Günorta: 3-4 dilim çörək.

Axşam: 3-4 dilim çörək.

Həmçinin baxın:
-Alma pəhrizi 
-Süd pəhrizi
-Qrabaşaq pəhrizi
Davamı →

Arıqladan və gözəlləşdirən meyvə

Tərkibi sizə faydalı elementlərlə zəngin olan Ananas həm dadı  ilə həm də orqanizminizə təsiri ilə əlaqədar sizin favori meyvələrinizdən biri olmalıdır. Bromelin ilə zəngindir. Bu ferment həzm sistemində bir çox problemlərin həll edilməsinə kömək etməsi ilə yanaşı orqanizmdən artıq maddələrin (şlakların) və toksinlərin uzaqlaşdırılmasında əhəmiyyətli rol oynayır.
Ardı →

“Pivə qarın” öldürür

“Pivə qarın” sahibləri normal bədən kütləsi indeksinə malik olsalar belə piylənmədən əziyyət çəkənlərə nisbətən daha çox,hətta 2 dəfədən artıq ölüm riski ilə üzbəüzdür.Bu tədqiqatdan əvvəl mütəxəssislər hesab edirdilər ki,sadəcə bədən kütləsi indeksi normal olan insanlar bu riskdən sığortalanmışlar.
Mərkəzi qaydada inkişaf edən piylənmə xəstəliyindən əziyyət çəkənlər isə ölümün bir addımlığındadırlar.Lakin aparılan təcrübələr əksini düşünməyə vadar edir.
Ardı →

Menopauza zamanı "7"

klimaks dövründə olan xanımlarMenopauza zamanı qidalanmaya diqqət edilməli və aşağıdakı yeddiliyə mütləq şəkildə əməl edilməlidir:

1) Yağ qəbulunun məhdudlaşdırılması və yağlı qidalardan uzaq durmaq.

2) Kalsium ilə zəngin qidalara üstünlük vermək.Bu zaman sizə süd və süd məhsulları daha çox kömək edə bilər.Lakin,yağlanma dozasını mütləq gözləmək lazımdır.
Ardı →

Nəyi necə yemək lazımdır?

Düzgün qidalanma insanların həyat və fəaliyyətinə təsir edən ən mühüm amillərdən biri kimi daim diqqət mərkəzindədir. Dünyanın çoxsaylı problemləri arasında uşaq və yeniyetmələrin, ümumiyyətlə gənc nəslin qidalanmasındakı xoşagəlməz vəziyyət də özünəməxsus yer tutur. Piylənmə, düzgün seçilməyən qidanın insan orqanizmində yaratdığı fəsadlar, bəzi yemək və içkilərin çox istifadəsindən yaranan xəstəliklər, ekoloji təmiz olmayan məhsullardan istifadə ilə yanaşı, son zamanlar doğru olmayan qidalanmanın hətta xərçəng yaratma riskinin sürətlə artması narahatlıq yaradır.


Ardı →

Arıqlamaq üçün 25 məsləhət

1. Qarışdırın
Sevdiyiniz meyvə şirəsini mineral suyla qarışdırın. Bunu edərkən, normalda içdiyiniz meyvə şirəsinin yarısını istifadə edəcəyiniz üçün, aldığınız kalorini əhəmiyyətli miqdarda azaltmış olarsınız. Xüsusən meyvə sularının bolca istehlak edildiyi isti yay günlərində.

2. Telsiz telefon istifadə edin
Ən yaxın yoldaşınıza günün isti dedi-qodularını verərkən, eyni zamanda da kalori əritməyə nə deyərsiniz? Paltarları yuyun (68 kalori), masanı hazırlayın (85 kalori), ya da çiçəkləri sulayın (102 kalori). (Bunlar 68 kiloluq bir adam və yarım saat içində qüvvədədir.)

3. Saqqız çeynəyin
Yaxın zamanda edilən bəzi araşdırmalara görə bütün gün şəkərsiz saqqız çeynəmək maddələr mübadiləsi sürətinizi yüzdə 20 nisbətində artırırmış.
Ardı →

Yayda necə qidalanmalı

Hər mövsümdə olduğu kimi, yayda da sağlam qidalanmaqla bəzi sağlıq problemlərini azaltmaq mümkündür.
Yayda havanın temperaturunun yüksəlməsi ilə qidalanma vərdişlərindəki dəyişikliklərlə birlikdə yüksək təzyiq, ürək çatışmazlığı da müşahidə edilməkdədir. Bundan başqa isti havalarda tərləmə ilə ortaya çıxan su və mineral itkisi nəticəsində baş gicəllənməsi, huşunu itirmə hissi və ürək bulanma kimi sağlamlıq problemləri də ola bilər. Xüsusilə körpə və uşaqlarda ishal olma riski, qida zəhərlənmələri artır. Ancaq sağlam və balanslı bəslənmə ilə yay aylarında sıxlıqla görülən bu cür sağlamlıq problemlərinin azaldılması mümkündür.
Türkiyə mətbuatına istinadən, diyetoloq Berna Ertuğun yayda tətbiq oluna biləcək doğru qidalanma ilə əlaqədar məsləhətlərini təqdim edirik.


Ardı →