Barnaba incili

Həzrəti İsanın ölümündən 300 il sonra İznikdə (indiki Türkiyə ərazisində), kilsə tərəfindən çağırılmış şurada bəzi İncillərlə birlikdə Barnaba İncilinin də oxunması qadağan olundu və bu İncili oxuyanların ağır cəzalandırılacağı elan edildi. Görəsən, ruhani təbəqənin tam hökmdarlıq etdiyi bir cəmiyyətdə İncilin oxunması niyə qadağan olunurdu? Bar­naba İncilinin nəyi təhlükəli idi?
Həzrəti İsanın ölümündən çox keçməmiş xristian dünyasında İncil yazmaq yarışı başlandı. Ruhani təbəqədə hər bir rahib öz İncilini yazırdı. Sayı yüzlərə çatan və bir-birindən fərqli olan İncillərə hər gün yenisi əlavə olunur­du. Nəhayət, yazan şəxslərin adıyla tanınan İncillərin sayı о qədər artdı ki, ali ruhani təbəqəsi bu haqda tədbir görməyə məcbur oldu.
325-ci ildə Iznikdə (o vaxtkı adı Nikeya) toplanan heyət Roma imperatoru I Konstantindən (285-377) və əqidə etibarı ilə ona yaxın olan 300 ruhanidən ibarət idi. Uzun müddət davam edən müzakirələrdən sonra, о vaxta qədər yazılmış olan İncillərdən 396-sının oxunması qadağan edildi. Qalan 4 İncil — Markın, Matveyin, Lukanın və İohannın İncili xristianlığın rəsmi kitabı oldu. Ancaq qadağan olunmuş kitabların bi­ri xüsusilə qeyd olundu və bu kitabı oxuyanların şiddətli cəzalandırılacağı elan edildi.
492-ci ildə Papalıq kürsüsünə seçilən I Kalasyus tərəfindən də qadağan edilən bu İncil, Havarilərin ən sadiq tələbələrindən biri olan Bar­naba tərəfindən yazılmışdı və görünür, başqa kitablarda olmayan bəzi xüsusiyyətlərə sahib idi.
Qadağan olunmuş kitabların əksəriyyəti sürətlə yığışdırıldı, bir qismi isə cəzalardan qorxan xalq tərəfindən məhv edildi. Ancaq, dindar bir rahib, mövcud təhlükələrə baxmayaraq, Barna­ba İncilinin bir nüsxəsini gizlədib saxladı. Sonradan bu kitab Vyanadakı İmperatorluq Kitabxanasına aparıldı və burada İngilis dilinə tərcümə edildi.

Çox keçmədi ki, kilsə Barnaba incilinin varlığından xəbər tutdu. Bir həftə ərzində kitabın bütün nüsxələri yandırmaq məqsədi ilə keşişlər tərəfindən toplandı. Amma kilsə yenə məqsədinə nail ola bilmədi. Çünki, bu dəfə də iki Bar­naba İncili" tonqaldan xilas edildi. Kitablardan bi­ri Britaniya muzeyinə göndərildi. Digəri isə sonradan Amerika Konqresi Kitabxanasına gedib çıxdı.
Hər iki İncil olduqları yerdə hərbi sirlər kimi xüsusi diqqətlə qorunur, ictimaiyyətdən gizli saxlanılırdı. Lakin bütün bu maneələrə baxma­yaraq, Pakistanın Amerikadakı hərbi ataşşesi ge­neral Abdurcahim kitabın mikrofilmlərini gizlincə çəkib Pakistana göndərməyə nail oldu. Mikrofilmlər Karaçidə yerləşən Bequm Aişa Bavani vəqfi tərəfindən kitab şəklində dərc olundu. Beləliklə də, Barnaba İncilinin sirri ortaya çıxdı. Məsələ bunda idi ki, bu kitabda hələ dünyaya gəlməsinə bir neçə əsr qalmış İslam peyğəmbəri Hz.Məhəmməd haqqında məlumat verilir, Hz.İsanın diliylə Onun sonuncu peyğəmbər olduğu bildirilirdi. Üstəlik, Barnaba İncilində, başqa İncillərdən fərqli olaraq, H.İsanın tanrı olması və çarmıxa çəkilməsi barədə heç bir şey yazılmamışdı. Bu isə, özlüyündə, mövcud xristi­an dünyasında yayılmış inancların tam əksi idi.
Barnaba İncilinin 96-cı fəslinin 8-ci cümləsində Hz.İsa bir qadının «gözlənilən xilaskar sən deyilsənmi?» sualına belə cavab verir:
Mən sadəcə İsrail oğullarına göndərilmiş bir xilaskar, bir peyğəmbərəm. Lakin məndən son­ra Allah tərəfindən bütün aləmə Məhəmməd adında bir rəsul (elçi) göndəriləcək. Allah bu kainatı onun üçün yaratmışdır.
Başqa bir yerdə isə «Ey müəllim, dünyaya gələcəyini dediyiniz о şəxs kimdir?» sualına Hz.İsa «О Məhəmməd Rəsulallahdır» cavabını vermişdir.
Görünür, Barnaba İncili digər İncillərə nisbətən daha az dəyişikliyə məruz qalmışdı. Bəlkə də Barnabanın havarilərə olan sədaqəti və ya şəxsi vicdan hissi nəticəsində onun kitabında orijinal İncil mətnləri olduğu kimi saxlanmışdır. Belə qənaətə gəlmək olar ki, İslamiyyətin ortaya çıxdığı andan etibarən müsəlmanların «kafir», Hz.Məhəmmədin isə «yalançı peyğəmbər» olduğunu elan edən kilsənin Barnaba İncilinə və onu oxuyanlara qarşı həddindən artıq amansız olmasının səbəbi də məhz bu mətnlər olmuşdur.
1947-ci ildə Qüdsdən 10 mil aralı, Qurman adlanan yerdə, mağaraların birində, yerli çobanlar tarixi 2000 il olan lülə halında bükülmüş kağızlar tapdılar. Bu, İncilin əl ilə yazılmış səhifələri idi ki, ya Isanın özü, ya da əshabələri tərəfindən yazıldığı güman edilə bilərdi. Tapıntı ilə əlaqədar dərhal tədqiqat başlandı. Amma aradan yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, mövcud İncillərə zidd olmayan səhifələr dərc olundu. Kağızların böyük hissəsinin bu vaxta
qədər dərc olunmaması, elm adamlarında böyük narazılıq yaratmışdı.
Oksford Universitetinin professoru Q.Vermes bu məsələni «akademik qalmaqal» adlandırır. «US and Vorld Report» jurnalının məlumatlarının birində deyilir ki, bu yazılar qədim yunan və yəhudi dillərindədir, bunun tərcüməsinə müəyyən vaxt tələb olunur, amma belə uzun müddət yox.
Güman olunur ki, Qüdsün kənarında tapılan kağızlarda da Barnaba İncili kimi kilsənin mənafeyinə toxunan məqamlar var. Buna görə də, Bar­naba İncilinin başına gələnlər onu da gözləyir.
Internet materialları və «Gerçeye Doğru» jurnalı, № 1, Istanbul 1983.

 

0 şərh