3.Tamah və günaha batma

Səmada üsyan alovlandırmaq imkanından məhrum olmuş iblis öz Allaha qarşı düşmənçilik planını həyata keçirmək üçün yeni fəaliyyət sahəsi tapdı; insan nəslini məhv etmək qərarəna gəldi. Mə`sum cütün Ədəmdəki ülvi xoşbəxtliyi ona əbədi olaraq itirdiyi bəxtiyarlığını xatırladırdı. Nifrətdən alışaraq o qərara gəldi ki, Adəm və Həvvanı itaətsizliyə təhrik etsin və onları bu günahlarına görə cəzaya mə`ruz qoysun, onda onların Rəbbə olan məhəbbəti anlaşılmazlığa, vəsf nəğmələri Yaradana qarşı şikayətə çevrilə bilərdi. Bu yolla iblis yalnız mə`sum varlıqları özünün düşdüyü iztirab uçurumuna sürükləməyi düşünmürdü, həm də Allahın şərəfinə qəsd edərək Səmanı dərinkədərə düçar etmək istəyirdi.
 
Bizim əcdadlarımız onları hədələyən təhlükə barədə xəbərdar edilmişdilər. Səma müjdəçiləri onları xəbərdar edilmişdilər. Səma müjdəçiləri onları iblisin günaha batma tarixi ilə tanış etmişdilər, iblisin onları məhv etmək üçün məkrli haqqında onları xəbərbar etmişdilər və iblisin devirmək istədiyi Ilahi idarənin təbiətini onların qarşısında tam açmışdılar. Allahın ədalətli tələblərinə itaətsizlik — bu idi iblisi və onun tərəfdarlarını gunaha sövq edən. Buna görə də Adəm və Həvvanın qayda və ədalətin yeganə me`yarı olan Allah Qanununa itaət etməsi bu qədər vacib idi.
 
Allahın Qanunu Allahın Özü kimi müqəddəsdir. Bu Qanun Onun iradəsinin təzahürüdür, Onun mahiyyətinin təcəssümüdür, Ilahi məhəbbətin və müdrikliyin ifadəsidir. Bütün məxluqların ahəngdarlığı dünyada mövcud olan hər şeyin Yaradıcısınan qoyduğu qanuna tam tabe olmaqdın asılıdır. Allahın qoyduğu qanunlar yalnız canlı varlıqları deyil, təbiətdə baş verən bütün prosesləri idarə edir. Hər şey dəyişməz qanuna tabedir. Yer üzündə mövcud olan hər şey təbiət qanunlarına tabe olduqları halda, insan həm də mə`nəvi qanunlara riayət edilməsinə məs`uliyyət daşıyır. Insan məxluqların tacıdır, Allah ona Öz tələblərini, Öz qanununun ədalət və mərhəmətliliyini dərk etmək qabiliyyəti bəxş etmişdir və ondan şərtsiz olaraq itaət etməsini gözləyir.

 
Ədəmin sakinləri mələklər kimi sınağa mə`ruz qalmışdılar: onlar Yaradanın qanununa riayət etmək şərti ilə xoşbəxt ola bilərdilər. Onlar itaət edərək yaşaya və itaət etməyərək isə bilərdilər. Allah onları Öz zəngin xeyir-dualarının mirasçısı etdi, lakin Onun iradəsini pozanlara O rəhm etməyəcəkdir, necə ki günah edən mələklərə rəhm etməmişdi. Günah Ilahi xeyir-dualara olan haqdan məhrum edirdi və iztirablara, ölümə düçar edirdi.
Mələklər Adəm və Həvvanı olduqca ehtiyatlı olmağa çağırırdılar, çünki iblis bütün gücü ilə onları yoldan çıxartmağa çalışacaqdı. Lakin nə qədər ki onlar Allaha sadiq qalacaqlar, yoldan çıxaran onlara bir zərər toxundura bilməyəcəkdir, çünki lazım olarsa bütün Səma mələkləri onlara köməyə gələcəkdilər. Əgər Adəm və Həvva şeytanın şirnikləndirmələrinə mərdiklə dözsələr, onda onlar səma elçiləri kimi təhlükəsizlikdə olacaqlar. Lakin yalnız bircə dəfə də olsa tamaha uysular, onda onların günahla yoluxan təbiəti şeytana müqavimət göstərmək gücünü və istəyini itirəcəkdir.
Tanıma ağacının köməyi ilə onların Allaha olan imanı və məhəbbəti sınandı. Bağda çoxlu ağaçlar boy atırdı, Rəbb isə bunlardan yalnız birinin meyvəsini dadmağı qadağan etməyi lazım bilərək xəbərdar etdi ki, əgər onlar Onun iradəsini pozsalar, onda cinayətin günahını daşıyacaqlar. Adəm və Həvva hər yerdə şeytandan təcrid edilmişdilər, şeytan onlara öz şirnikləndirmələri ilə yalnız qadağan olunmuş ağacın yanında yaxınlaşa bilərdi və onlar tanıma ağacına yaxınlaşmaq üçün etdikləri birinci cəhddən yoldan çıxaranın hiyləsinə mə`ruz qaldılar. Mələklər onlara tövsiyə edirdilər ki, Allahın xəbərdarlıqlarına xüsusi diqqət yetirsinlər və Onun etməyi lazım bildiyi məsləhətlərinə əməl etsinlər.
 
Öz qarşısına qoyduğu məqsədə nəzərə çarpmadan nail olmaq üçün şeytan öz məkrli niyyətinin həyata keçirilməsinə ən yaxşı maska olacaq ilandan vasitə kimi istifadə etmək qərarına gəldi. Ilan yerdəki ən müdrik və gözəl heyvanlardan biri idi. Onun heyrətli dərəcədə gözəl olan qanadları uçuş zamanı qızıl kimi parıldayırdı. O, qadağan olunmuş ağacın meyvələrinin ağırlığından əyilən budaqlarında yerini rahatladı və bu gözəl meyvələrdən ləzzətlə yeyərək diqqətləri özünə cəlb etməyə çalışırdı. Bu sakit bağda beləcə gizlənərək yalançı öz ovunu izləyirdi.
 
Mələklər Həvvanı xəbərdar edirdilər ki, bağdakı gündəlik məşğuliyyətliri zamanı ərindən ayrılmasın, çünki Adəmlə birlikdə onu təhlükə az hədələyirdi. Lakin bir dəfə o, xəyal içində özü də hiss etmədən Adəmdən ayrı düşdü. Həvva tək qaldığını görəndə, onun qəlbini hansısa yaxınlaşan təhlükənin vahiməsi bürüdü, lakin o tezliklə bu qorxu hissini özündən uzaqlaşdırdı və qərara gəldi ki, şəri ayırmaq və ona qarşı durmaq üçün kifayət qədər ağıllı və güclüdür. O, mələklərin xəbərdarlıqlarını unutdu və tezliklə qadağan olunmuş ağacın  yanında olduğunu gördü, heyrət və maraq qarışıq hisslərlə ona tamaşa etdi. Ağacdan sallanan meyvələr çox gözəl idilər və Həvva anlamırdı ki, nə üçün Allah onları dərməyi qadağan etmişdir. Tamahlandırıcı üçün münasib an çatmışdı. Özünü elə göstərdi ki, guya onu narahat edən suallardan xəbərdardır və ondan soruşdu:

«Doğrudanmı, Allah sizə «bağda olan heç bir ağacın bəhrələrindən yeməyin» deyib?» Ilanın sözlərindən heyrətə düşmüş və qorxmuş Həvva, elə bil ki, öz düşüncələrinin əks- sədasını eşidirdi. Lakin ilan xoş ahəngli səslə öz nitqini davam etdirərək məharətlə onun qeyri-adi gözəlliyini tə`rif edirdi. Həvva onu heç də həvəssiz dinləşirdi. Oradan qaçmaq əvəzinə, o heyrətlə ilanın sözlərini dinləyərək ləngiyirdi. Əgər Həvva bu cür nitqləri mələyə bənzəyən bir varlıqdan eşitsəydi, ola bilsin ki, o qorxardı, lakin onun heç ağlına da gəlmirdi ki, bu cür füsunkar ilan günaha batmış dyşmənin vasitəçisi ola bilər.
O, ilani azdırıcı sözlərinə cavab verdi: «Cənnətin ağaclarının meyvəsindən yeyə bilərik, lakin cənnətin ortasında olan ağacın meyvəsi haqqında Allah: Ondan yeməyin və ona toxunmayın ki, ölməyəsiniz — dedi. Ilan isə qadına dedi: Qətiyyən ölməzsiniz; çünki Allah bilir ki, ondan yediyiniz gün həmin vaxt gözləriniz açılacaq, xeyiri və şəri bilərək Allah kimi olacaqsınız».
 
Ilan deyirdi ki, bu ağacın meyvəsindən dadmaqla siz varlığın ali səviyyələrinə çata bilərsiniz və daha çox biliklər əldə edə bilərsiniz. Sonra, sanki öz sözlərini təsdiq edirmiş kimi, qeyd etdi ki, o da qadağan olunmuş meyvələrin dadına baxmışdır və bunun sayəsində ona nitq bəxş edilmişdir. O hiss olunmadan Həvvayə təlqin edirdi ki, Allah qısqanclıqdan bu ağacın meyvələrini onlara qadağan edibdir ki, onlar Ona bərabər olmasınlar. Allah yalnız ona görə bu meyvələri nəinki yeməyi, hətta onlara toxunmağı da onlara qadağan etmişdi ki, bu meyvələr müdriklik və güc vermək kimi heyrətamiz xüsusiyyətə malikdirlər. Yoldan çıxardan sanki ötəri olaraq qeyd etdi ki, Rəbb Öz hədəsini yerinə yetirməyəcəkdir, O yalnız onları qorxumaq istəmişdir. Necə ola bilər ki, onlar ölsünlər? Məgər onlar həyat ağacının meyvəsindən yeməmişdirlərmi? Allah sadəcə olaraq onların daha yüksək inkişaf səviyyəsinə çatmalarına və daha böyük xoşbəxtlik  əldə etmələrinə mane olmaq istəmişdir.
 
Adəmin günlərindən indiki vaxta qədər şeytan beləcə fəaliyyət göstərir və onun sə`yləri böyük müvəffəqiyyət qazanır. O, insanları Allahın məhəbbətinə e`tibarsız yanaşmağa tamahlandırır və Onun müdrikliyini şübhəyə mə`ruz qoymağı öyrədir. O daim insanlarda yersiz maraq ruhu oyatmağa, Ilahi müdrikliyin və gücün sirlərinə daxil olmaq üçün narahat və üzücü istək yaratmağa çalışır; çoxları Allahın gizli saxlamağı lazım bildiyi şeyləri dərk etməyə can atmaqla Onun onların xilası üçün açdığı həqiqətlərə e`tinasızlıq göstərirlər. Insanları itaətsizliyə şirnikləndirməklə şeytan onlara bu fikri təlqin etməyə çalışır ki, onlar bununla heyrətamiz dərk etmə sahəsinə daxil olurlar. Lakin bunlar hamısı yalandır. Öz keçici müvaffəqiyyətlərindən sehrlənən insanlar Ilahi qanunları tapdalamaqla onları cırlaşmaya və ölümə aparan yola qədəm qoyurlar.

 
Şeytan mə`sum cütü inandırırdı ki, Allah Qanununu pozmaqla onlar çox şey əldə edəcəklər. Məgər bu gün biz belə mühakimələri eşitmirikmi? Çoxları özünü geniş dünya görüşünə və azad fəaliyyətə malik inman hesab edərək Allah iradəsinə itaət edənlərin məhdudluqlarını söyləyirlər. Bu, Ədəmdə danışan səsin əks-sədası deyilmi: «Dadacağınız gün» (Ilahi qanunlardan kənara çıxacaqsınız), «Allah kimi olacaqsınız». Şeytan təsdiq edirdi ki, guya qadağan olunmuş meyvələrdən yeməklə çox şey əldə etmişdir, lakin Allah iradəsini pozduğu üçün qovulduğu hər cəhdlə gizlədirdi. O, günahın əvəzsiz ziyan gətirdiyinə əmin olmuşdusa da, öz acıqacaqlı və vəziyyətini gizlədirdi.
 
Çoxları özünü geniş dünyagörüşünə və azad fəaliyyətə malik inasan hesab edərək Allah iradəsinə itaət edənlərin məhdudluqlarını söyləyirlər. Bu, Ədəmdə danışan səsin əks- sədası deyilmi: «Dadacağınız gün» ( Ilahi qanunlardan kənara çıxacağsınız), «Allah kimi olacaqsınız». Şeytan təsdiq edirdi ki, guya qadağan olunmuş meyvələrdən yeməklə çox şey əldə etmişdir, lakin Allah iradəsini pozduğu üçün qovulduğunu hər cəhdlə gizlədirdi. O, günahın əvəzsiz ziyan gətirdiyinə əmin olmuşdusa da, öz acınacaqlı vəziyyətini gizlədirdi ki, başqalarını da uçuruma sürükləsin. Bizim günlərdə olduğu kimi, qanunu pozub öz həqiqi varlığını gizlətməyə çalışaraq müqəddəs görünə bilsə də, bu ona daha təhlükəli azdırıcı edir. O, Allah Qanunun pozan və başqalarını da buna məcbur edərək onları əbədi ölümə sürükləyən şeytanla əlbirdir.
 
Həvva şeytanın sözlərinə səmimi-qəlbən inandı, lakin bu inam onu qazandığı cəzadan xilas etmədi. O, Allahın sözlərinə şübhə etdi və bu onun günaha batmasına səbəb oldu. Məhkəmədə insanlar ona görə mühakimə olunmayacaqlar ki, səmimi-qəlbdən yalana inanmışlar, yox, ona görə mühakimə olunacağlar ki, həqiqətə inanmamışlar və onu dərk etmək imkanına e`tinasızlıq göstərmişlər. Şeytanın ziddiyyətir dəlilərinə baxmayaraq, Allah iradəsinə itaətsizlik həmişə faciəvi nəticələrə gətirib çıxarır. Biz bütün qəlbimizlə həqiqəti dərk etməıyə çalışmalıyıq. Rəbbin Sözündə olan tövsiyələr bizə xəbərdarlıq və məsləhət kimi verilmişdir. Onlar bizə yanılmalardan xilas olmaq üçün verilmişdir. Onlara e`tinasızlıq göstərməklə biz özümüzü ölümvəı mə`luz qoyuruq. Heç bir şübhə yoxdur ki, Allah Sözünə zidd olan hər şey şeytandan gəlir.
 
Ilan qadağan olunmuş ağacın meyvəsini dərərək, demək olar ki, heç bir müqavimət gömtərməyən Həvvanın ovcuna qoydu. Sonra o, Allahın bu meyvələrə toxunmağı ölüm hədəsi ilə qadağan etdiyini xatırlatdı. Armıq indi, meyvə Həvvanın əlində olarkən, şeytan ona təlqin etməyə çalışırdı ki, bu meyvəni yemək ona toxunmaq kimi zərərsizdir. Həvva görəndə ki, ona qorxulu heç bir şey olmamışdır, cəsarətləndi. O görəndə ki, «ağacın meyvəsai yemək üçün yaxşıdır, gözə xoş görünün və bu ağac insana dərrakə verməyi və`d edir. Buna görə o həmin meyvədən dərib yedi». O, meyvələri yeyəndə ona elə gəldi ki, ona nəsə canlandırıcı bir qüvvə axır və o varlığın yüksək səviyyəsinə daxil olur. Həvva qorxusuz olaraq meyvələri dərdi və  yedi. Beləliklə, günah etmiş Həvva onun ərini məhv etmək istəyən şeytanın əlində silaha çevrildi. Özündə nəsə qeyri-təbii qəribə oyanış hiss edən Həvva qağan olunmuş ağıcın meyvələrindən yığaraq, ərini axtarmağa getdi. Onu tapdıqda, baş verən hadisə haqqında ona danışdı.

Adəmin sifəti tutqunlaşdı. O, sanki, sarsıldı və həyəcanlandı. O, Həvvaya cavab verib dedi ki, bu, yəqin ki, haqqında onlara xəbərdarlıq edilən həmin düşməndir və indi, Allah hökmünə əsasən, o ölməlidir. Həvva cavab əvəzinə öz gətirdiyi meyvələri tə`kidlə ona təklif edirdi və ilanın sözlərini təkrar edərək deyirdi ki, ölüm onları hədələmir. Öz keçirdiyi hisslər haqqında danışaraq Həvva, nəhayət, onu inandırırdı ki, Allah narazılığının heç bir təzahürünü hiss etməmişdir, əksinə, onun bütün varlığına yayılan yüksək dərəcədə xoş gümrahlıq hiss etmişdir; onun güman etdiyinə görə, bu cür hissləri səma elçiləri də keçirirlər.
Adəm başa düşdü ki, onun həyat yoldaşı səlaqət və məhəbbət sınağının onlar üçün mövcud olan yeganə qadağanını pozsuşdur. Onun qəlbində dəhşətli mübarizə gedirdi. O, Həvvaya özündən uzaqlaşmağa icazə verdiyi üçün çox sarsılmışdı. Lakin, artıq olan olmuşdu və indi o ona bu qədər sevinc gətirən ömür yoldaşından ayrılmalı idi. Bununla necə barışmalı? Adəm Allahla və müqəddəs mələklərlə ünsiyyətdən sevinirdi. O, Yaradanın şöhrətini seyr edirdi. O başa düşürdü ki, Allaha sadiq qalsaydılar, bəşəriyyətin gələcəyi necə də xoşbəxt olarda. Lakin onun nəzərində hər şeydən qiymətli olan bəxşi itirmək qorxusu Adəmi yuxarıda sadalanan xeyir-dualara e`tinasızlıq göstərməyə sövq etdi. Yaradana olan məhəbbəti, kölgədə qoydu. Həvva onun özünün bir hisssəsi idi və onunla ayrılığı Adəm heç ağlına da gətirmirdi. O başa düşmədi ki, onu torpaqdan Yaradan və məhəbbətlə hərəkət edən Hədsiz Qüvvə həyat dostunu ona necə vermişdiasaə, eləcəə
də ona başqa ömür yoldaşı verə bilər. Adəm Həvvanın müqəddəratına şərik olmağı qərara aldı: əgər Həvva ölməlidirsə, onlar birlikdə öləcəklər. Ən nəhayət, o mühakimə edirdi ki, bəlkə müdrik ilan həqiqəti demişdir? Onun qarşımında duran Həvva gözəl idi və zahiri cəhətdən əvvəlki kimi mə`sum idi. Onun Adəmə olan məhəbbəti daha hərarətli olmuşdu. Adəm onda heç bir ölüm əlaməti görmürdü və nəhayət qərara gəldi — meyvəni götürdü və tezcə onu yedi.
 
Bundan sonra Adəmə elə gəldi ki, o da varlığın daha yüksək səviyyəsinə daxil olur, lakıin tezliklə baş vermiş cinayət haqqında fikir onun qəlbini dəhşətlə doldurdu. Günahkar cütə elə gəlirdi ki, hətta, hava da dəyişmişdir: əvvəlcə dəyişməz mülayim olsa da, o, soyuq və tutqun olmuşdu. Əvvəllər onların qəlbini dolduran məhəbbət və sülh günahkarlıq, gələcək üçün qorşu hissləri və qəlb boşluğu ilə əvəz olundu. Onları bürüyən parlaq işıq itdi və onla öz bədənlərini örtmək üçün nəsə axtarmağa məcbur oldular. Onlar Rəbbin və müqəddəs mələklərin gözləri ölnündə çılpaq dura bilməzdilər ki!
Baş vermiş hadisənin əsl mə`nasını onlar getdikcə dərk etməyə başlayırdılar. Adəm Həvvanı danlayırdı ki, o, Adəmi tərk edərək ilanın hiyləsinə uymuşdur. Onların hər ikisi özlərini sakitləşdirməyə çalışırdılar ki, öz məhəbbətinin sübutlarını onlara bu qədər Bəxş Edən onların bu yeganə günahını bağışlayacaqdır və onlar bu qədər qorxduqları dəhşətli cəzaya mə`ruz qalmayacaqlar.

 
Iblis sevincindən şənlənirdi. O, qadını yoldan çıxararaq onda Allahın məhəbbətinə, müdrikliyinə şübhə yaratdı və onu Allahın qanununu pozmağa təhrik etdi, sonra da onun vasitəsi ilə Adəmi günah etməyə sövq etdi.
Lakin Böyük Qanunverici itaətsizliklərinin nəticələrini Adəmə və Həvvaya göstərməyə hazırlaşmışdı. Ilahi hüzur bağda göründü. Əvvəllər, mə`sum və müqəddəs olduqları vaxt, onlar öz Yaradanını sevinclə salamlayırdılar, lakin indi dəhşət içində Ondan qaçaraq bağın dərinliyində gizləndilər. «Rəbb Allah, Adəmi səsləyib ona dedi: Haradasan? O cavab  verdi: «Bağda səsini eşidib qorxdum: axı mən çılpağam, ona görə də gizlənmişəm. Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»
 
Adəm nə inkar edə bilirdi ki, nə də öz günahına haqq qazandıra bilirdi, lakin tövbə etmək əvəzinə, o təqsiri arvadının üstünə, bununla isə Allahın Özünün üstünə yıxmağa cəhd edirdi: «Sənin mənə verdiyin qadın o ağacın meyvəsindən verdi və mən də yedim». Həvvaya məhəbbəti üzündən Allahın xeyir-dualarından, öz vətəni və cənnətdən, əbədi sevincdən könüllü olaraq məhrum olmağı üstün tutan Adəm indi, günaha batmağından sonra, baş vermiş cinayətin məs`uliyyətini öz arvadının və hətta, Yaradanın Özünün üstünə qoymağa cəhd edirdi. Günahın gücü bu qədər dəhşətlidir.
 
Allah qadından soruşanda: «Sən niyə belə etdin?», o cavab verdi: «Ilan məni yoldan çıxartdı, mən də yedim». Bu cavabda şikayət gizlənirdi: «Sən nə üçün ilanı yaratdın? Nə üçün ona Ədəmə girməyə icazə verdin». Bu öz günahına haqq qazandırmaq cəhdi idi. Beləliklə, Adəm kimi, Həvva da öz cinayətini məs`uliyyətini Allahın üzərinə qoymağa cəhd edirdi. Özünə haqq qazandırma ruhu öz başlanğıcını yalanın atasından götürür. Günah edən kimi, əcdadlarımızda bir andaca özünü göstərən bu cür ruh Adəmin oğul və qızlarında da görünün. Günahlarını səmimi e`tiraf etmək əvəzinə, təqsiri öz yaxınlarının, şəraitin və hətta, Rəbbin xeyir-dualarını şikayət üçün əsasa çevirərək, Onun üzərinə yıxmaqla onlar özlərini təmizə çıxarmağa çalışırlar.
 
Onda Allah hökmünü ilana söylədi: «Bunu etdiyin üçün sən bütün ev heyvanları və çöl heyvanları arasında lə`nət qazanırsan. Qarnın üsütündə sürünəcəksən, bütün ömrün boyu torpaq yeyəcəksən». Ilan şeytanın vasitəçisi olduğuna görə Ilahi cəzanı çəkməli idi. O, füsunkar və qeyri-adi dərəcədə gözəl məxluqdan ən murdar sürünənlərdən birinə çevrildi və həm insanda, həm də heyvanlarda özünə qarşı qorxu və nifrət oyatdı. Bunun ardınca ilana deyilən sözlər bilavasitə şeytana aid idi və onun gələcəkdəki tam məğlubiyyətini və ölümünü göstərirdi: «Mən səninlə qadın  arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başını əzəcək, sən də onu dabanından sancacaqsan».

 
Həvvaya deyildi ki, bundan sonra onun qisməti iztirab və kədər olacaqdır. Allah dedi:«Boylu olanda sənə ağır əziyyət verəcəyəm, uşaqlarını ağrı içində doğacaqsan. Ərinə ehtiyacın olacaq, o sənə ağalıq edəcək». Allah yaratdığı zaman Həvvanı Adəmə bərabər yaratmışdı. Əgər onlar Allahın böyük məhəbbət qanunu ilə ahəngdarlıqda yaşayaraq Onun iradəsinə itaətkar qalsa idilər, onlar bir-birləri ilə də ahəngdarlıqda olardılar; lakin günah ayrılıq saldı və indi onların ittifaqı, artıq, bərabər hüquqluların ittifaqı ola bilməzdi: Həvva birinci olaraq günah etdi, Allahın əmrinə zidd olaraq öz ərindən uzaq düşməsi sayəsində o tamaha uydu. Adəmi günaha təhrik etdiyi üçün Həvva indi ona itaət etməli idi. Əgər günaha batmış insan nəsli Allah Qanununda həkk olunan prinsipləri əsas tutsaydılar, onda hətta günahın nəticəsində meydana çıxan bu hökm həm kişilər, həm də qadınlar üçün xeyir-dua olardı. Lakin kişilər onlara verilən üstünlükdən sui-istifadə edərək çox vaxt qadınların həyatını olduqca acı və ağır edirdilər.
Həvva Ədəmdə öz ərilə tamamilə xoşbəxt idi, lakin, bizim dövrün narahat Həvvaları kimi, Allahın onun üçün müəyyən etdiyindən daha yüksək fəaliyyət dairəsinə daxil olmaq ümidi ilə özünü azdırırdı. Öz tutduğu mövqedən yüksəyə qalxmağa çalışarkən, o daha aşağı səviyyəyə enmiş oldu. Öz həyat vəzifələrini Allahın planına uyğun surətdə könüllü olaraq yerinə yetirmk imstəyənlərin hamısının qisməti belədir. Allah tərəfindən onlar üçün tə`yin edilməyən mövqeni tutmaq istərkən, bir çox qadınlar çalışdıqları zamanı öz
yaxınları üçün xeyir-dua ola biləcək sahəni tərk edirlər. Öz yüksəlmək cəhdləri ilə çoxları qadınlıq ləyaqətini, xarakter alicənablığını qurban verir və Göylər tərəfindən onların üzərinə qoyulmuş tapşırığı yerinə yetirilməmiş saxlayırlar.
 
Allah, Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, qadağan etdiyim,«meyvəsini yemə» dediyim ağacdan yediyin üçün, sənə görə torpaq lə`nətlənir. Ömryn boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək, sən də çöldəki ot-əncəri yeyəcəksən; alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki ondan götürülmüsən; ona görə ki yerin torpaöısan, torpağa da çevriləcəksən».
 Rəbb mə`sum cütü günahdan qorumaq niyyəıtində idi. O, səxavətlə onları bütün ne`mətlərlə tə`min etmişdi və eyni zamanda şəri onlardan gizlətmişdi. Lakin Onun əmrinə zidd olaraq onlar qadağan olunmuş meyvələri yedilər və bu vaxtdan e`tibarən bütün ömürləri boyu şəri tanıyatanıya onlardan dadmalı idilər. Bu vaxtdan e`tibarən insan nəsli şeytanın tamahlandırmalarından iztirab çəkəcəkdilər. Əvvəllər insan üçün tə`yin olunmuş ağır olmayan xoş işlərin əvəzinə, indi onların qisməti qayğılar və ağır zəhmət olacaqdı. Onları mə`yusluq, kədər, iztirab və nəhayət ölüm gözləyirdi.
 Bütün təbiət günahın lə`nəti altında olaraq insana şəhadət etməli idi ki, Allaha qarşı çıxmaq nə deməkdir və bu nəyə gətirib çıxarır. Allah insanı yaradarkən, onu bütün yer üzünə və bütün canlılara hökmdar etdi. Nə qədər ki Adəm Göylərin prinsiplərinə sadiq idi, təbiət ona tabe edilmişdi. Lakin o, Ilahi qanunu pozanda, onun hakimiyyəti altında olan heyvanlar aləmi onun hakimiyyətinə və idarə etməsinə qarşı üsyan etdi. Beləliklə, Allah Öz böyük canıyananlığı sayəsində insanlara Öz qanununun müqəddəsliyini, onun hətta xırdaca bir pozulmasının məhvediciliyini əyani şəkildə gəstərmək istəyirdi.

 
Insana olan məhəbbət sayəsində ona zəhmət və qayğəlarla dolu həyyat müəyyən edildi. Günaha batdığına görə vacib olan bu cür məktəb insana özünü və öz ehtiraslarını cilovlamağı, özünü ələ almaq qabiliyyətini inkişaf etdirməyi öyrətməlidir. Bu, insanın günah uçurumundan və günah bataqlığından çıxaraq dircəlməsi üçün nəzərdə tutulan böyük Allah niyyətinin bir hissəsi idi.
 
Bizim əcdadlarımıza edilən xəbardarlıq: «Fəqət xeyir və şəri tanıma ağacından yeməyəcəksən; çünki ondan yediyin gündə mütləq öləcəksən» (Yaradılış 2:17), o demək deyildi ki, onlar qadağan olunmuş ağacın meyvələrindən yedikləri elə həmin öləcəkləri, lakin elə həmin gün onların öləcəkləri haqqında qəti hökm çıxarıldı. Ölməzlik onlara yalnız itaətkar olmaq şərti ilə və`d edilmişdi. Qanunu pozmaqla onlar əbədi həyat hüququndan məhrum oldular. Elə həmin gün onlar ölümə məhkum edildilər.
 
Əbədi yaşamaq üçün insan həyat ağacının meyvələrindən yeməli idi. Bu üstünlükdən məhrum olan insan həyatı tam sönənə kimi tədricən gücünü itirir. Şeytan çalışırdı ki, Adəm və Həvva itaətsizlik edərək Allahın qəzəbinə düçar olsunlar, bununla da o ümid edirdi ki, onlar əfv olunmağa macal tapmamış həyat ağacının meyvələrindən yeyəcəklər və beləliklə də iztirabları və günahı yer üzərində əbədiləşdirəcəklər. Lakin insan günaha batan kimi həyat ağacını qorumaq üçün mələklər göndərildi, bu mələkləri odlu qılınca bənzəyən parlaq işıq şüaları əhatə edirdi. Adəmin ailəsindən heç kim həyat ağacının meyvələrindən dadmaq üçün ona yaxınlaşa bilməzdi, buna görə də bütün günahkarlar fanidirlər, öləcəklər. Başlanğıcı bizim əcdadlarımızın günaha batması ilə qoyulan kədər axını çoxları üçün bu qədər kiçik günah müqabilində həddindən ağır cəza kimi görünür. Insanlar Allahın insana qarşı ədalətliliyinə və müdrikliyinə şübhə edirdilər. Allah insanı Özünə bənzər, günahsız yaratmışdır. Yer ləyaqətcə mələklərdən lap az dərəcədə aşağı olan varlıqlarla məskunlaşmalı idi, lakin əvvəlcə onların sədaqəti sınanılmalı idi, çünki Rəbb  yol verə bilməzdi ki, Onun qanununa itaət etməyənlər yerdə məskunlaşsınlar. Bununla belə, Allah Öz böyük canıyananlığı sayəsində Adəmi həddindən ağır sınağa çəkmədi. Məhz qadağının çox kiçik olması günahı qeyri-adi dərəcədə böyük etmişdi. Çünki Adəm xırdaca bir tamahdan özünü saxlaya bilmədiyi üçün daha ciddi və məs`uliyyətli sınaqlardan da çıxa bilməzdi.
 
Əgər Adəm daha sərt bir sınağa mə`ruz qalmış olsaydı, onda şər törətməyə meyilli olan adamlar özlərinə qəbahətlərinin xırdalığı ilə haqq qazandırardılar: «Belə xırda bir şeyə Rəbb fikir verməz». Əgər söhbət, onların fikrincə, az əhəmiyyətli işlərdən gedrdisə, beləliklə insanlar Allah Qanununu pozmaqda öz günahsızlıqlarını sübut edərdilər. Lakin

 
Rəbb aydın göstərdi ki, dərəcəsində asılı olmayaraq hər bir günah Onun üçün ikraha layiqdir.Qadağan olunmuş meyvələri yeyərək Allaha itaətsizlik etməyi və ərini də yoldan çıxararaq buna təhrik etməyi Həvva ciddi qəbahət hesab etmirdi. Lakin buna baxmayaraq onların günahı dünyanı bürüyən iztirab axınlarının qapısını açdı. Həmin tamahlandırma anında bircə düzgün olmayan addımın nəticələrinin dəhşətini qabaqcadan kim görə bilərdi?
 
Allah Qanununun insan üçün məcburi olmadığını hesab edənlərin çoxusu hesab edirlər ki, Onun bütün tələblərini yerinə yetirmək mümkün deyildir. Lakin əgər bu belə olsa idi, onda bəs nə üçün Adəm günah üçün cəza çəkdi? Bizim əcdadlarımızın günahı cinayətlərin və kədərlərin başlanğıcını qoydu; əgər Allahın rəhmdilliyi və canıyananlığı olmasa idi, onda bəşəriyyətin heç bir ümid yeri qalmazdı. Qoy heç kim özünü aldatmasın: «Günahın cəzası-ölümdür» (Romalılara 6:23). Insan nəslinin atasına höki çıxarıldığı vaxt olduğu kimi, Allah Qanununu indi də cəzasız pozmaq mümkün deyildir.
 
Günaha batdıqdan sonra Adəm və Həvva daha Ədəmdə yaşaya bilmədilər. Onlar bu paklıq və xoşbəxtlik sığınacağında qalmalarına icazə verilməsini hərarətlə xahiş edirdilər. Onlar dərk edirdilər ki, bu sevinc və sülh güşəsində yaşamaq üçün hər bir hüququ itirmişlər və and içirdilər ki, gələcəkdə Allahın iradəsini ən ciddi sə`ylə yerinə yetirəcəklər. Lakin onlara deyildi ki, günahın pozğunlaşdırıcı tə`sirini hiss edərək onlar şərə qarşı müqavimət göstərmək qüvvəsini itirmişlər və şeytanın onlara tə `sir göstərə bilməsinə imkan açmışlar. Əgər mə`sum olduqları vaxt onlar tamaha uymuşdularsa, onda indi, qanunu bilərəkdən pozduqdan sonra, onlar öz şərəflərini qorumaq üçün daha az imkanlara malikdirlər.
Onlar öz gözəl vətənləri ilə itaət və təsveridilməz kədər içərisində vidalaşaraq oranı tərk etdilər ki, günahla lə`nətlənmiş yerdə yaşasınlar. Əvvəllər mülayim və sabit olan iqlim indi dəyişərək sərtləşmişdi və canıyanıcıl Rəbb onlara dəridən paltarlar düzəltdi ki, bürküdən və soyuqdan qorunsunlar.
Adəm və Həvva solmuş çiçəkdə və tökülən yarpaqlarda ölümün ilk əlamətlərini görəndə, onlar bunun üçün indi insanların öz ölmüş qohumları üçün kədərləndiklərindən də çox qəmləndilər. Zərif və kövrək güllərin məhvi onlara, həqiqətən də, iztirah verirdi, lakin əzəmətli ağaclar öz sıx yarpaqlarını tökməyə başlayanda, gec-tez hər bir canlı varlıq üçün ölüm saatının qaçılmazlığını və   reallığını onlar dərhal təsəvvürlərinə gətirdilər.
 
Ədəm bağı insanın onun hüdudlarından qovulmasından sonra yer üzündə hələ çox qaldı. Günaha batmış insan nəsli girişi mələklər tərəfindən qorunan müqəddəs vətənlərinə hələ uzun müddət nəzər yetirə bildilər. Baş mələklər tərəfindən qorunan cənnət qapıları önündə Allahın şöhrəti açılırdı. Adəm və onun oğulları oraya səcdə etməyə gedirdilər.

Burada, popzulması onların Ədəmdən qovulmasına gətirib çıxaran, qanunu itaət haqqında öz əhdlərini onlar bərpa edirdilər. Qanunsuzluq bütün yer üzünü bürüyəndə və məhv olmağa məhkum edilənlər böyük daşqının sularında ölməli olanda, Ədəm bağını salan Əl onu yer üzündən gətürdü. Lakin Yaradan «yeni səma və yeni yer» (Vəhy 21:1) yaradanda, gənnət yenidən qaytarılacaqdır, ancaq əvvəlkindən daha böyük şöhrət içərisində.
Onda Allah qanununa riayət edənlər bütün əbədiyyət boyu həyat ağacanın altında ölməzlik havasf ilə nəfəs alacaqlar. Günaha batmayan dünyaların sakinləri üçün bəxtiyarlıq bağı Allahın yaradıcılıq fəaliyyətinin kamillik nümunəsi olacaqdır. Əgər insan Yaradanın gözəl niyyətlərini həyata keçirsə idi, onda günah lə`nəti ilə ləkələnməyən yer bu cür nümunə olmalı idi.
 
Mənbə: Əcdadlar və Peyğəmbərlər (Patriarchs and Prophets)
Müəllif: Ellen Uayt (Ellen Gould White), Adventist xristian cərəyanının islahatçısı, 7-ci gün Adventist Kilsəsinin yaradıcısı

0 şərh