9. Hərfi həftə

Şənbə kimi həftə də öz başlanğıcını dünyanın yaranmasından götürür; o, Müqəddəs Kitab tarixi vasitəsi ilə bizə qədər dəyişməz qalaraq gəlib çatmışdır. Allah Özü birinci həftəni dövrlərin sonuna qədər bütün gələcək həftələr üçün nümunə kimi ölçmüşdür. Hər bir həftə yeddi gündən ibarətdir. Altı gün ərzində Allah yaradılış işlərini yerinə yetirmişdir, yeddinci gün isə istirahət etmişdir və bundan sonra bu günə xeyir-dua verərək, onu insan üçün istirahət günü kimi ayırmışdır.

Sina dağında verilən qanunda Allah həftənin və onun əsaslandığı prinsiplərin mövcudluğunu təsdiq etmişdir. Altı gündə hansı işin yerinə yetirilməli olduğunu və yeddinci gündə nəyin edilməməsini qərara alaraq, «müqəddəs tutmaq üçün şənbə gününü yadda saxla» hökmünü verdikdən sonra O Özünü nümunə göstərərək həftəyə riayət etməyin səbəbini müəyyən etdi: «Şənbə gününü yadda saxlayıb təsdiq et. Altı gün çalışıb bütün işlərini gör, lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qaravaşın, heyvanların yanında qalan yadellin də heç bir iş görməsin. Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kahinatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı» (Çıxış 20:8,11). Biz yaradılış günlərini sözün hərfi mənasında qəbul edəndə bu səbəb bizim üçün kifayət qədər inandırıcı və uca görünür. Həftənin hər altı günü iş günüdür, çünki Allah bu zaman hissələrindən Öz yaradıcı əməyi üçün istifadə etmişdir. Yeddinci gün isə Yaradanın istirahəti haqqında xatirəyə hörmət edərək insan işləməməlidir.
 
At creation, God Himself measured off the first week as a sample for successive weeks to the close of time. Like every other, it consisted of seven literal days.Lakin birinci həftə ərzində baş verən bütün hadisələrin guya bir çox minilliklər ərzində inkişaf etməsi fərziyyəsi dördüncü hökmün əsasına birbaşa zərbədir. Bu, düşünməyə məcbur edir ki, Yaradan genişləndirilmiş, nəhayətsiz zaman dövrləri haqqında xatirə olaraq, yeddigünlük həftəni qorumağı insanlara əmr etmişdir. Bu, Onun Öz məxluqlarına münasibətinə kökündən ziddir. Bu, Onun çox aydın surətdə etdiklərini qeyri-adi və müəmmalı edir. Bu, imansızlığın ən məkrli və təhlükəli formasıdır; onun əsl xarakteri elə müvəffəqiyyətlə maskalanmışdır ki, Müqəddəs Kitaba inananların bir çoxu bu fərziyyəyə əsaslanırlar və başqalarına da bu cür öyrədirlər.

«Göylər Rəbbin sözü ilə, səma cisimləri Onun hökmü ilə yarandı… Çünki nə söylədi, mövcud oldu, nə əmr etdi, quruldu» (Zəbur 33:6-9). Müqəddəs Kitab yerin uzun yüzilliklər boyunca yavaş-yavaş inkişaf edərək qarışıq qaydasızlıqdan əmələ gəlməsini qəbul etmir. Yaradılışın hər yeni günü haqqında Müqəddəs Yazı deyir ki, o, bütün sonrakılar kimi gecədən və gündüzdən ibarət olmuşdur. Hər bir günün sonunda Yaradanın işlərinin nəticələri xəbər verilir. Birinci həftənin sonunda isə deyilmişdir: «Rəbb Allahın göyləri və yeri yaratmasının tarixçəsi belədir» (Yaradılış 2:4). Lakin bu, o demək deyildir ki, yaradılış günləri əsl günlərdən fərqlənmişlər. Hər bir gün yenisinin gəlməsi ilə tə`yin edilir, çünki həmin gün Allah Öz işinin yeni hissəsini yerinə yetirmişdir.

Geoloqlar təsdiq edirlər ki, tapılmış sübutlara əsasən yerin yaşı Musanın kitablarında bu barədə deyildiyindən daha çoxdur. Insanların və heyvanların sümükləri, həmçinin silah, daşlaşmış ağaclar və sairə bu kimi şeylərin öz ölçüləri ilə bu gün bizə məlum olan şeylərdən və min il bundan öncə mövcud olan şeylərdən ölçücə daha böyük olması, alimləri bu nəticəyə gətirir ki, dünyanın yaradılması haqqında yazılmış dövrdən çox-çox əvvəllər yer üzündə fiziki inkişaf cəhətcə insan nəslinin müasir nümayəndələrindən çox üstün olan insanlar yaşamışlar. Bu cür nəticələr Müqəddəs Kitaba iman edən adlanan bir çoxlarını düşünməyə məcbur edir ki, yaradılış günləri zamanın uzun, qeyri-müəyyən hissəsindən ibarət olmuşdur.

Lakin Müqəddəs Kitabın verdiyi xəbərlərə geologiya heç nə əlavə edə bilmir. Müxtəlif cür kəşflərə bu cür kor-koranə inananlar böyük daşqına qədərki insanların və heyvanların fiziki vəziyyətləri haqqında, ağacların nəhəngliyi və yaxud o vaxtdan bəri baş verən böyük dəyişikliklər haqqında müəyyən təsəvvürə malik deyildirlər. Yerdə tapılan qalıqlar indiki şəraitdən kəskin surətdə fərqlənən tamamilə başqa şəraitlərə dəlalət edirlər. Lakin yalnız Müqəddəs Yazı həmin şəraitlərin mövcudluq dövrlərini işıqlandıra bilər. Böyük daşqının tarixində vəhy Sözü geologiyanın da heç vaxt aça bilməyəcəyi şeyləri izah edir. Nuhun günlərində insanlar, heyvanlar, ağaclar ölçücə müasir dövrdəkindən çox böyük idilər və onlar yerin altında basdırılıb orada saxlandılar ki, qədim dünyanın böyük daşqın vasitəsilə məhv edilməsi haqqında gələcək nəsillərə şəhadət etsinlər. Allah istəyirdi ki, qədim keçmişin açılması insanların müqəddəs tarixə imanını möhkəmləndirsin, lakin insanlar öz şöhrətpərəst nəticələri ilə böyük daşqına qədərki dünyanın sakinləri kimi yanlış yola düşdülər, onlar da Allahın bəxşişlərindən düzgün istifadə etməyərək, onları lənətə çevirmişdilər.

Şeytanın fəndlərindən biri də budur ki, o, imansızlıq nağılları ilə xalqın başını qatmağa çalışır, çünki bu yolla o, aydın ifadə edilmiş Allah Qanununu təhrif edə bilir və insanları Allah idarəsinə qarşı üsyana qızışdırır. Yaşar Allahın yerin və göyün Yaradanı olduğunu aydın surətdə göstərən dördüncü hökmə onun qəzəbi xüsusilə çox tutur.

Insanlar zəifləmiş enerji ilə izah etməyə çalışırlar ki, məxluq təbiət proseslərinin nəticəsidir və bu cür əqli nəticələr, Müqəddəs Yazıdakı aydın dəlillərin ziddinə olaraq, hətta məsihçi adlananlar tərəfindən də qəbul edilirlər. Çoxları peyğəmbərlikləri, xüsusilə Danielin və Vəhy kitablarındakıları öyrənməkdən imtina edirlər, onlar təsdiq edirlər ki, guya bunlar ağlabatan deyildirlər və onları dərk etmək mümkün deyildir; bununla yanaşı elə həmin bu insanlar Musanın kitablarına zidd olan geoloqların fərziyyələrini həvəslə qəbul edirlər. Lakin Allahın bizə açdıqları başa düşülmək üçün bu qədər çətindirlərsə, onda Onun açmadığı fərziyyələri qəbul etmək də bir qədər düzgün deyildir!

«Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu Tövratın bütün sözlərinə əməl edək» (Təsniyə 29:29). Allah yaradılış işinin məhz hansı yolla yerinə yetirildiyini insanlara açmamışdır. Insan elmi Uca Olanın sirlərinə daxil ola bilməz. Onun yaradıcılıq qüdrəti Onun varlığı kimi əlçatmazdır.

Allah həm elm, həm də incəsənət sahəsində dünyanı işığa qərq etmişdir, lakin əgər alimlər bu sahələrə yalnız insan nöqtəyi-nəzərindən baxsalar, onlar yanlış nəticələrə gəlib çıxacaqlar. Əlbəttə, Allah Sözündə açıldığından əlavə də biz müxtəlif növ fərziyyələr qura bilərik, lakin yalnız bu şərtlə ki, bizim baxışlarımız Müqəddəs Kitabdaki faktlara zidd olmasın. Lakin Yazıları buraxıb yaradılış işini elmi nöqteyi-nəzərdən izah etməyə çalışanlar xəritəsiz və kompassız olaraq sahilsiz, okeanın namə`lum sularında azırlar. Əgər dahi ərlər öz tədqiqatlarında Allah Sözünü rəhbər tutmasalar, elm və Allah Vəhyi arasındakı əlaqəni müəyyən etmək cəhdlərində çıxılmaz yola düşəcəklər. Yaradanın Özü, Onun işləri, onların idrakı üçün əlçatmaz olduğuna görə və təbii qanunlar nöqteyi- nəzərindən izah edilmədiyinə görə alimlər Müqəddəs Kitab tarixini qeyri-həqiqi kimi sadəcə olaraq inkar edirlər. Qədim və Yeni Əhdlərin həqiqiliyinə şübhə edənlər daha uzağa gedəcəklər və Allahın Özünün varlığına şübhə edəcəklər, beləliklə də lövbəri itirərək imansızlıq qayalarında parçalanana qədər onlar dalğalar üzərində sərgərdan olacaqlar.

Belə insanlar imanın sadəliyini itirirlər. Allahın Müqəddəs Sözünün Ilahi nüfuzuna möhkəm inanmaq vacibdir. Müqəddəs Kitab insanların elmi baxışları ilə yoxlanıla bilməz. Insan biliyi e`tibarsız bələdçidir. Nəyə isə irad tutmaq üçün Müqəddəs Kitabı oxuyan skeptiklər elm və yaxud Allah Sözü sahəsində kifayət qədər bilikləri olmadığına görə, ola bilsin, təsdiq edəcəklər ki, elm və Müqəddəs Kitab bir-birinə ziddir. Lakin düzgün dərk
 
edilərkən aydın olur ki, onların arasında mükəmməl ahəngdarlıq mövcuddur. Musa Allahın Ruhundan ilham alaraq yazırdı və geologiyanın həqiqi nəzəriyyəsi onun mə`lumatına zidd olan kəşflərin doğruluğunu heç vaxt təsdiq etməmişdir. Təbiətdə və Allah Sözündə olan hər bir həqiqət özünün bütün təzahürlərində öz-özünə qanunauyğundur.

Müqəddəs Yazıda elə suallara toxunulur ki, hətta ən məşhur alimlər də onlara heç vaxt cavab verə bilməzlər. Onlar üzərində düşünərkən biz anlayırıq ki, hətta gündəlik həyatın adi təzahürlərində də elə çoxlu şeylər vardır ki, insan şüuru öz lovğa müdrikliyi ilə onları heç vaxt dərk etməyəcəkdir.

Alimlər isə hesab edirlər ki, onlar Allahın yaratdıqlarında və yarada biləcəklərində Onun müdrikliyini dərk etməyə qadirdirlər. Allahın Öz qanunları ilə məhdudlaşması ideyası geniş yayılmışdır. Insanlar ya Allahın varlığını inkar edirlər, ya Onun haqqında nə isə bilməkdən inadla imtina edirlər, ya da hər şeyi, hətta Müqəddəs Ruhun insan ürəyinə tə`sirini də izah etməyə çalışırlar. Onlarda Onun adı önündə pərəstiş, Onun gücü önündə qorxu yoxdur. Onlar fövqəladə olana inanmırlar, nə Allah Qanunlarını, nə də Onun iradəsini yerinə yetirmək üçün onlarda fəaliyyət göstərən hədsiz Allah gücünü başa düşmürlər. Adətən «təbiət qanunları» anlayışı altında o qanunlar nəzərdə tutulur ki, insanlar onları açmağa qadir olmuşlar və onlar fiziki dünyanı idarə edirlər. Lakin onların bilikləri necə də məhduddur və fani varlıqların idrak və şüur sərhədlərindən çox-çox kənara çıxaraq, Yaradanın Öz xüsusi qanunları ilə fəaliyyət göstərə bildiyi şeydən necə də nəhayətsizdir!

Çoxları öyrədirlər ki, materiya həyat qüvvəsinə malikdir, bu onun dəyişməz xüsusiyyətidir, o, öz xüsusi enerjisi sayəsində də fəaliyyət göstərir, təbiət hadisələri Allahın Özünün də hakim olmadığı dəyişməz qanunlar tərəfindən idarə olunur və bu qanunlara da tabedirlər. Bu, yalançı elmdir və o, Allah Sözü tərəfindən təsdiq edilmir. Təbiət Yaradanın xidmətçisidir. Allah Öz qanunlarını dəyişmir və onların ziddinə olaraq fəaliyyət göstərmir, lakin O, həmişə onlardan alət kimi istifadə edir. Təbiət həm öz qanunlarında, həm də bu qanunlar vasitəsilə təzahür edən şüurlu, daim fəaliyyət göstərən qüvvəyə şəhadət edir. Ata və Oğul yorulmadan təbiətdə fəaliyyət göstərirlər. Məsih deyir: «Atam indiyədək işləməkdədir və Mən də işləyirəm.» (Yəhya 5:17).

Nehemya tərəfindən yazılmış himndə levitlər oxuyurlar: «Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü… hər şeyi Sən yaratdın və hamısına həyat verirsən» (Nehemya 9:6). Bizim yer planetinə gəldikdə isə, Allahın yaradıcı işi qurtarmışdır. Çünki «Onun işləri dünya yaradılandan bəri başa çatmışdır» (Ibranilərə 4:3). Lakin Onun qüvvəsi həmişə bütün yaradılmışların idarəsində görünür. Bir dəfə fəaliyyətə gətirilmiş mexanizm ona görə e`tirazsız işləmir ki, onda qoyulan qüvvə hərəkət edir; bütün canlıların nəbzləri də bu səbəbə görə vurmur; lakin hər
 
bir nəfəs, ürəyin hər bir döyüntüsü Yaradanın hər şeyi əhatə edən qayğısına dəlalət edir ki, biz Onun sayəsində «yaşayırıq, hərəkət edirik və mövcuduq» (Həvarilərin işləri17:28). Yer yalnız onda qoyulmuş enerji sayəsində hər il bütün canlılara həyat vermir və günəş ətrafında dövr etmir. Allahın əli planetlərin Kainatdakı ciddi hərəkətini idarə edir. «Rəbb göy cisimləri sıraya düzüb çağırar, onların hamısını adları ilə çağırar. Bol qüvvəsinə, böyük qüdrətinə görə onlardan heç biri də əksik olmaz» (Yeşaya 40:26). Yalnız Onun qüdrəti sayəsində bitkilər yaşıllaşır, yarpaqlar görünür, çiçəklər açılır… O, «dağlarda ot bitirər» (Zəbur 147:8) və Onun sayəsində çöllər məhsuldar olur. Bütün meşə heyvanlarına O, qida göndərir və ən xırda böcəkdən tutmuş insana qədər, bütün canlı varlıqlar hər gün Onun tükənməz qayğısından asılıdır. Zəbur oxuyanın sözləri necə də gözəldir: «» (Zəbur 104:27,28). Onun Sözü təbiət qüvvələrini idarə edir: «O, göyüləri buludlarla  bürüyər və yer üzünü yağışla təmin edər». «» (Zəbur 147:16). «» (Irməyə 10:13).

Allah hər şeyin əsasıdır, bünövrəsidir. Hər bir həqiqi elm Onun yaradıcılıq işləri ilə ahəngdarlıqdadır; hər bir həqiqi təhsil Onun idarəsinin qanunlarına itaətə aparır. Elm bizim baxışlarımıza yeni möcüzələr açır, o, səmanın ənginliklərinə daxil olur və yeni dərinlikləri tədqiq edir, lakin Ilahi vəhyə zidd olan heç bir şey tapmır. Allaha yanlış baxışları müdafiə etmək üçün nadanlıq elmi sübutlara əsaslana bilər, lakin təbiət kitabı və Allah Sözü bir-birlərini işığa qərq edirlər. Bu şahidlərin sayəsində biz Yaradana itaət etməyi və Onun Sözünə şüurlu surətdə inanmağı öyrənə bilərik.

Heç kimin məhdud ağlı Nəhayətsizin varlığını, qüdrətini, müdrikliyini və işlərini dərk etməyə qadir deyildir. Allahın müqəddəs xidmətçisi yazmışdır: «Allahın dərin sirlərini dərk edə bilərsənmi? Külli-Ixtiyarın sərhədlərinə çata bilərsənmi? Onlar göylər qədər ucadır, axı nə edə bilərsən? Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən? Meyarı aləmdən uzundur, dənizlərdən genişdir» (Əyyub 11:7-9). Ən görkəmli dahilər Allahı dərk edə bilmirlər. Insanlar tədqiq və kəşf edə bilərlər, lakin yenə də əlçatmazlıq sonsuzluğu qalacaqdır.

Yaradılış işləri Allahın qüdrətinə və əzəmətinə dəlalət edir. «» (Zəbur 19:1). Kim Allah Sözündən rəhbər kimi istifadə edəcəkdir, o, Allahı dərk etmək üçün elmi bir vasitə kimi əldə edəcəkdir. «Dünya yaranandan bəri Onun gözlə görülməz xüsusiyyətləri, yəni, əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür» (Romalılara  1:20).

Mənbə: Əcdadlar və Peyğəmbərlər (Patriarchs and Prophets)
Müəllif: Ellen Uayt (Ellen Gould White), Adventist xristian cərəyanının islahatçısı, 7-ci gün Adventist Kilsəsinin yaradıcısı

0 şərh