Konfusizm

Konfutsi Çinli Filosof və siyasətçi idi. O, Çin xalqı üçün yeni  din yaratdı. Bu din çoxları tərəfindən qəbul olunmasına baxmayaraq bir müddətdən sonra hörmətdən düşdü və öz yerini Buddizmə verdi.

1. Konfutsinin həyatı

Eradan əvvəl təxminən 551-ci ildə Çinin Lu əyalətində Tsuvun hakimi olan Kunq ailəsində Çiu adlı oğlan dünyaya gəldi. O, hələ üç yaşında atasını itirdi və həmin hakim nə yoldaşı, nə də övladı üçün heç bir miras qoymadan bu dünyadan köçdü. Uşaq öz anasının yanın- da böyüməyə başladı. Müəllimlər uşaqda olan zəkaya heyran olmuş- dular və onu parlaq gələcəyin gözləyəcəyini proqnoz verirdilər. Hələ on doqquz yaşında olanda baş vəzir həmin bölgənin əkin sahələrinin idarəsini ona tapşırır. O, belə yüksək dövlət vəzifəsində işləməklə ya- naşı incəsənət sahəsindəki mütaliələrini və təhsilini davam etdirdi və bir çox alimlər elm almaq üçün onun yanına gəlirdilər. Xalq onu Konq Futze (Kung-Futze), yəni Filosof Konq çağırırdı və biz bu sözü Konfutsi kimi tələffüz edirik.
Konfutsinin macəralarla dolu həyatı olmuşdur və şagirdlərə dərs deməklə yanaşı dövlət işində də çalışırdı. Əlli yaşında vəzir  vəzifəsinə yüksəldi və qısa müddət ərzində vəzifəsi daha da yüksələrək baş vəzir seçildi. Onun ölkə idarəçiliyi sahəsindəki bacarığı bir çoxlarının paxıllıq hissini alovlandırdı. Elə bu səbəbdən də, bir müddətdən  sonra öz vəzifəsindən uzaqlaşdı və şagirdlərin təlim-tərbiyəsi ilə məş- ğul olmağa başladı.
Eradan əvvəl 479-cu ildə həyatının sona çatdığını hiss etdi və tam müvəffəqiyyət qazanmadığı üçün qüssələndi. Amma onun şagirdləri və dostları Konfutsinin təlimlərini bütün insanlara çatdıra bildilər.
 

2. Əsərləri

Konfutsinin ömrünün son illərində Çinin klassik ədəbiyyatı incilərindən biri hesab edilən kitablar qələmə almışdır. Həmin kitab- lar aşağıdakılardır:
  1. Şu Çinq (Tarix kitabı)
  2. Şi Çinq (Şeir kitabı)
  3. Li Çi (Adət-ənənələr kitabı)
  4. Ey Çinq (Mübadilələr kitabı)
  5. Çun Çiu (Bahar və payız təqvimi)
İlk dörd kitabda əcdadların sözlərindən seçilmiş hissələr də yer tapmışdır, amma beşinci kitab təmamilə onun özünə aiddir.
 

3. Təlimləri

Konfutsinin təlimləri əxlaq elminin əsaslarının, siyasətin və bəzi dini mövzuların birləşməsindən meydana çıxan təlimlərdir. Onun nəzərincə insanların əcdadları “Li” qanun-qaydasına uyğun olaraq ya- şayırdılar və elə buna görə də, xoşbəxtliyə və müxtəlif nemət-bərə- kətlərə malik idilər. Amma, onun dövrünün insanları həmin həyat dərslərini və yaşamaq metodlarından uzaqlaşdıqları üçün həmin ne- mət və bərəkətlərdən məhrum olmuşlar. Konfutsinin nəzərincə “Li”- nin müxtəlif mənaları var idi və paklıq, ədəb qaydaları, adət-ənənə və ibadət sahələrində istifadə edilirdi. Onun nəzərincə “Li”-dən yararlanmaqla hər bir iş yoluna düşər və utopik cəmiyyətə qovuşmaq mümkün olar.
 

4. Əxlaq prinsipləri

O, beş növ əlaqəni sadalayaraq həmin əlaqələrin düzgün qurul- duğu təqdirdə bütün işlərin düz axarla inkişaf edəcəyini bildirirdi. Həmin əlaqələr bunlardır:
  1. Ata-oğul əlaqələrində mehribanlığın mövcud olması
  2. Böyük qardaşın özündən balaca qardaşa nəzakət və mehriban- lıq göstərməsi və kiçik qardaşın özündən böyük qardaşa itaətini nümayiş etdirməsi
  3. Ərin öz həyat yoldaşı ilə ədalətlə davranması və qadının da öz ərinə itaət etməsi
  1. Aşağı mənsəbli insanların bir-birinə mehribanlıq nümayiş et- dirməsi və onların yüksək mənsəb sahiblərinə itaət etməsi
  2. Hakimiyyət başında dayananların rəiyyətlə mehriban davran- ması və rəiyyətin də öz növbəsində hökümdarlarına sədaqətli olması
Konfutsi utopiya və hökümdarla rəiyyət arasında əlaqə sahəsində təlimlər keçirdi. Onun təlimlərinə əsasən hökümdarların qanunlara sadiq qalacağı və bu qanunları həyata keçirəcəyi təqdirdə bütün insan- lar, yüksək mənsəb sahiblərindən tutmuş ölkənin ən zavallı şəxsinə qədər hamı bu qanuna riayət edəcəkdir. O, kamil insan və şəxsiyyət barəsində də söz açaraq kamil insanın malik olduğu beş xislət barədə belə demişdir: “Mənəvi böyüklük və izzət, İlahilik, Niyyətin paklığı və saflığı, Əmələ göstərilən şövq və istək, Xoş rəftara malik olmaq.”
 

5. Dini və şəri qanun-qaydalar

Konfutsinin hər şeydən öncə əxlaq müəllimi olmasına və bundan daha çoxuna iddia etməməsinə baxmayaraq insanlar onun təlimlərin- də böyük mənəvi ruhun mövcudluğu müşahidə etdilər və onu dindar- lığın ən yüksək mərtəbəsi kimi qəbul etdilər. Onun təbliğ etdiyi din olduqca sadə və fövqəltəbii məsələlərdən kənar idi. Onun üzərində ən çox dayandığı məsələ özünü ibadətə və dini adət-ənənələrə bağla- maqdan ibarət idi. O, həmişə deyərdi ki, keçmiş zamanların xaqanları və hökümdarları xoşbəxt insanlar idilər. Çünki, onlardan qalan  övladların bəziləri qurban mərasimlərini, ibadəti və onlara ehtiramı tam diqqətlə yerinə yetirirdilər.
 

6. Davamçıları və rəqibləri

Konfutsinin yetmiş nəfərdən ibarət olan şagirdləri Çinin bütün bölgələrinə səfər etdilər və hökümdarların, yüksək mənsəb sahiblə- rinin təlimi ilə məşğul olmağa başladılar. Onlardan bəziləri də xəlvət guşəyə çəkilərək təklikdə ibadətə üz tutdular. Bu filosofun təlimləri ondan iki nəsil sonrakı dövrədək şagirdləri tərəfindən yayıldı. Feoda- lizmin zəifləməsindən və müxtəlif rəqib fəlsəfə məktəblərinin meyda- na çıxması ilə Konfutsinin fikirlərinin və təlimlərinin yayımı müxtəlif problemlərlə üzləşməyə başladı. Bu fəlsəfi məktəblərin hər birisi ayrılıqda Konfutsinin fəlsəfi düşüncələrinə hücum edirdi. Belə qar- şıdurmalarda qələbə bəzi vaxtlar Konfutsinin davamçılarının, bəzən də digər fəlsəfi məktəblərin davamçılarını olurdu. Amma sonda Bud- dizmin Çinə daxil olması ilə düşüncə savaşı Buddizmin qələbəsi ilə başa çatdı və Konfutsinin düşüncələri müəyyən qədər kənarda qaldı. Buna baxmayaraq onun şöhrəti və əzəməti daim Çinlilər arasında mövcud olmuşdur və hal-hazırda da mövcud olmaqdadır.
 Konfusicilik

7. Rəsmi din

Çin hökümdarları müxtəlif dövürlərdə həmişə Konfutsiyə və onun fəlsəfi məktəbinə ehtiram göstərmişlər və rəsmi şəkildə onu ən böyük filosof kimi qəbul edərək onun ruhuna ehtiram göstərmişlər. Onun məqbərəsi yanında qurban kəsmək adət-ənənəsi şagirdlərinin zamanından həyata keçirilməyə başlanılmışdır, amma ilk dəfə belə addım atmış padşah Kau Tsu olmuşdur. O, eradan əvvəl 195-ci ildə hakimiyyət başında olduğu ildə Konfutsinin qəbrini ziyarət etdikdən sonra elə həmin məkanda qurban kəsmişdir. Ondan sonra digər pad- şahlar da bu adət-ənənəni davam etdirmişlər və böyük filosofun ru- huna qurbanlar kəsərək hədiyyələr əta etmişlər. 1911-ci ildən rəsmi və dövlət səviyyəsində Konfutsinin ruhuna ehtiram adəti yığışdırıl- mağa  başlanıldı.  Bir  müddətdən  sonra  Çin  hökuməti  böyük  filosofların yanında Konfutsinin düşüncələrinin də dirildilməsi məsələsi ətrafında bəzi işlər görməyə çalışdı, amma 1949-cu ildə Çində baş vermiş Kommunist inqilabından sonra onun düşüncələri ilə kəskin mübarizəyə başlanıldı. Kommunistlər onu zəhmətkeş təbəqəyə qarşı çıxdığını və zadəganları müdafiə etməsi iddiasını irəli sürməyə başladılar.
 
Müəllif: Hüseyn Tövfiqi
Mənbə: "Böyük dinlərlə tanışlıq" kitabı, 2013
ISBN 978-9952-20-080-5
 
 

0 şərh