Sintoizm

“Tanrıların yolu” mənasını verən Sinto Yaponiyanın qədimi dinlərindəndir. Bu dinin təlimlərinə əsasən Günəş İlahəsi Amaterasu əcdadlardan qalan torpaqların qoruyucusudur və imperator ailəsinin bu Tanrının nəslindən olduğu və onun təcəssümü olduğu bildirilir.
 

1. İctimai keçmiş

Buddizmin Mahayana firqəsi təxminən eradan əvvəl 552-ci ildə Yaponiyaya daxil oldu və Sintoizm dini ilə qarşılaşdıqdan sonra Buddizmin bir çox anlamları və təlimləri Sintoizm məzhəbinə   köçürüldü. Milli Tanrılara və imperatora sitayiş etmək, ölülər üçün qurban kəsərək xüsusi əməllər həyata keçirtmək və vətənpərvərlik bu məzhə- bin adət-ənənələrindəndir. Buşido, (yəni igidlərin yolu) adlı mərdlik məktəbi də müəyyən miqdarda Zen məzhəbindən ilham almışdır və şərəfin, mənliyin, namusun qorunub saxlanılması üçün mərdliyin və müqavimətin vacib olduğunu bildirmişdir. Elə buna görə də, əsgərlər və döyüşçülər məğlub olarkən xüsusi mərasim daxilində ömür boyu özləri ilə gəzdirdikləri xəncər vasitəsilə qarınlarını yırtırdılar. Şinto məzhəbi dəfələrlə yenilənmişdir və sonda 1946-cı ildə imperatora sitayiş etmək ənənəsi imperatorun özü tərəfindən ləğv edilmişdir. Hal-hazırda bu din Buddizmlə birlikdə Yaponiyada həyatını davam etdirir.
 

2. Sintoizmin müqəddəs kitabları

Sintoizmdə əcdadların adət-ənənələrini özündə əks etdirən kitab- lar mövcuddur. Bu kitablar tarixın müxtəlif dövrlərində hazırlanmış- dır. Onlardan biri 806-cı ildə qələmə alınmışdır və bu kitab ruhani təbəqəsinin müdafiə olunması barədə yazılmış hekayələrdən ibarət- dir. Kitablardan digəri 10-cu əsrdə qələmə alınmışdır və bu kitabda Sintoizmin ibadətləri, adət-ənənələri və xüsusən də imperatora sitayiş adətləri barəsində geniş məlumat verilmişdir.
 

3. Riyobo

Buddizm 8-ci əsrdə Yaponiyada tam formada genişləndi və öl- kənin yüksək çinli məmurları belə bu dini rəsmən qəbul etdilər. Elə bu səbəbdən də, həmən zamanlar yerli və qədimi din olan Sinto ilə yeni meydana çıxmış, əcnəbi din olan Buddizm arasında uyğunluğun yaradılması ehtiyacı meydana çıxdı. O zaman Buddizmin bəzi ruhaniləri araşdırmalarını elan edərək bildirdilər ki, Yaponiyanın qə- dim Tanrıları hər birisi ayrı-ayrılıqda Budi Satva olublar və elə orada zühur ediblər. Eləcə də, günəş Tanrısı olan Amaterasunun Buddanın Yaponiyadakı tam zühuru olduğunu bildirdilər. Bu firqəni Riyobo, yəni  qarışıq  Sintoizmizm  adlandırdılar  və  onun   genişləndirməyə, yaymağa başladılar. Beləliklə, Sintoizmizm yeniləşdi və yenidən dirildi.
 sintoizm məbəsi Kioto şəhərində

4. Rəsmi din

Təxminən doqquz əsr sonra 17-ci əsrdə bəzi dini liderlər qədimi Şinto dininin yenidən dirildilməsi nəzərini irəli sürdülər və sonda 1768-ci ildə Yaponiya xalqının ictimai həyatında yeni dəyişiklik baş verdi. Bir müddət sonra imperator Sintoizmi rəsmi din elan etdi və Buddizmə aid bütün nişanələrin məhv edilməsini əmr etdi. Bu iş başlanğıcda güc yolu ilə həyata keçirilirdi, çünki hələ insanların bir hissəsi Buddizmi sevirdilər və bu dinə inanırdılar. Sonda 1889-cu ildə ölkə konistitusiyasında tam dini azadlıq hüququnun bütün yaponi- yalılara aid olması bəndinin əlavə edilməsindən sonra din seçimi azad buraxıldı, amma Yaponiya hökuməti yenə də Sintoizmi dəstəklədi.
Hökumət dini olan Sintoizm 1945-ci ildə Amerikanın Yaponiyaya atom bombası atdığı və ölkənin Amerikalılar tərəfindən işğal edildiyi vaxta qədər davam edirək yaşayırdı. Bu dinin təlimləri gəncləri qərb mədəniyyətinin hücumları müqabilində müqavimət et-məyə dəstəkləyirdi. 1945-ci ildən sora bu dinə aid mərasimlərin keçirilməsi ixtiyarı xarakter daşımağa başladı.
 
 
Müəllif: Hüseyn Tövfiqi
Mənbə: "Böyük dinlərlə tanışlıq" kitabı, 2013
ISBN 978-9952-20-080-5
 
 

0 şərh