Manilik haqda

Manilik xristiyanlıqla islam dininin zühur etdiyi dövrlər arasın- dakı zaman kəsiyində meydana çıxmışdır və qısa müddət ərzində güclü şəkildə yayılmış, sıralarına imanlı davamçılar əlavə edə bil- mişdir. Bu din Buddizmlə Sabiliyin təlimlərini və düşüncə tərzini nəzərə almaqla Zərdüştlük ilə Xristiyanlığın qarışığından əmələ gələn dindir. Bu dinin irfani və insani prinsipləri onun güclü şəkildə yayıl- ması üçün münbit şərait yaratdı, şərqdə Çinə və qərbdə mərkəzi Av- ropaya qədər genişlənmişdi. İran və Roma dövlətlərinin şahları Mani- lərlə düşmənçiliyə başladılar və onları dəstə-dəstə qətliam etdilər. Sonda Avropanın dini təftiş məhkəməsi (İnkivizasiya) 13-cü əsrdə Manilərin sonuncu dəstəsini də yer üzərindən sildi.
 

1. Maninin həyatı


Mani 216-cı ildə Babilistanda iranlı ailəsində dünyaya gəldi. Atasının adı Patek idi və o Həmədandan Babilistana köçmüşdür. O Sabi dininin davamçılarından idi.
Mani 228-ci ildə peyğəmbərlik iddiasını irəli sürdü və öz dinini təbliğ etmək məqsədilə müxtəlif ölkələrə səfər etdi. O, 243-cü ildə Birinci Şapurun tacqoyma mərasimində onun yanına gəldi və onu öz dininə dəvət etdi. Birinci Şapur onun bu dəvətini qəbul etdi. Mani Sa- sani Pəhləvi dilində bir kitab qələmə aldı və adınl Şapurqan qoydu. O, öz dinini təbliğ etmək məqsədilə orta Asiyaya da səfər etdi və iyirmi ildən sonra Birinci Bəhram şahın zamanında İrana qayıtdı. Bu şah Mani ilə düşmənçilik apardı və 274-cü ildə onu qətlə yetirdi.
Maninin davamçıları onun qətlə yetirilməsindən sonra Manəvi- lik dinini yaymağa başladılar və Avropanın bəzi bölgələrinə, Çinə qədər genişləndirə bildilər. Manəvilərin əksəriyyəti orta Asiyada məskunlaşmışdılar. Bu din Zərdüştlük və Xristiyanlıq dinlərinin təz- yiqi nəticəsində zəiflədi və daha sonra İslam dininin genişlənməsin- dən sonra demək olar ki məhv oldu. Manilərin qalıqları bir neçə əsr Bosniya-Hersoqovinada qaldılar və sonda təmamilə tarix səhifələrin- dən silindilər. İslam dininin yayıldığı ilk illərdə İranın milli hərəkat- larının bəziləri manəvilikdən ilham almışdır. Bunu da qeyd etmək la- zımdır ki, İslam dininin ilk illərində zındıqların bəziləri Manilik di- ninin davamçıları idilər.
 

2. Maniliyin mənbələri


Manəviliyin əksər mənbələri İslam dininin meydana çıxmasın- dan sonra da mövcud idi və həmin kitablardan olan bəzi mətləblər qə- dim tarix kitablarında əks olunmuşdur. Bu kitablar yavaş-yavaş ara- dan getdi. Amma bir müddət bundan öncə Çinin Türküstan əyalətin- dəki Turfan şəhərində Maniliyə aid bir çox yazılı əsərlər torpağın altından aşkar edilmişdir və manəviyyət barədəki məlumatların artı- rılması üçün gözəl fürsət yaranmışdır.
Maninin meydana çıxartdığı yeniliklərdən biri bu idi ki, o insan- ların arasında savadsızlığın mövcud olmasını nəzərə alaraq rəssam- lıqdan istifadə edirdi və dini mətləbləri yazmaqdan əlavə onları rəsm edirdi. Onun bu işinin nəticəsi olaraq “Ərjəng” adlı kitab meydana çıxdı və həmin kitabın qalıqları son zamanlar aşkar edilmişdir. Onun bəzi rəsm əsərlərində davamçıları da qələmə alınmışdır. Aşağıda qeyd edəcəyimiz altı kitab dəqiqliklə Maniyə məxsusdur:
  1. Şapurqan: Bu kitab Pəhləvi dilində qələmə alınmışdır və həmin kitabın qalıqları Turfan şəhərində aşkar edilmişdir.
  2. Əngeliyun (İncil): Bu kitab rəsm əsərlərindən ibarətdir və böyük ehtimala əsasən “Ərjəng” elə bu əsərdir.
  3. Həyatın xəzinəsi: Dini hökümlərdən təşkil edilmişdir.
  4. Pəraqəmatya
  5. Sirlər kitabı
  6. Divlər (Şeytanlar) kitabı
 

3. Təlimləri və əsas prinsipləri


Mani deyirdi: “İlahi hikməti və həqiqəti peyğəmbərlər müxtəlif zamanlarda və müxtəlif məkanlarda yaymışdırlar. Bir zaman Hindis- tanda Budda, İranda Zərdüşt, Fələstində İsa və indi də mən Mani Al- lahın peyğəmbəriyəm. Mənim vəzifəm Babilistanda həqiqətləri yay- maqdan ibarətdir.” Maninin dini təlimlərinin əksər hissəsi Xristi- yanlıq və Zərdüştlük təlimləri üzərində yaranmışdı. Bu dinin təlimlə- rində Nurla zülmət arasındakı müharibə böyük əhəmiyyət kəsb edir. Manilər cəmiyyəti beş dini təbəqə bölürdülər:
  1. Feristeqan yaxud ferişteqan: On iki nəfərdirlər və onlar Maninin canişinləri hesab edilridilər.
  2. İspasaqan yaxud Yepiskoplar: Yetmiş iki nəfər idilər
  3. Mehişteqan yaxud Keşişlər: Üç yüz altmış nəfər idilər
  4. Vizideqan yaxud Qozideqan (Seçilmişlər): Bu təbəqəyə aid insanların sayı çox idi və onlar Manəviliyi yaymaqla məşğul olurdula.
  5. Nəğuşakan yaxud Niyuşəndeqan: Bu təbəqəyə Manəviliyin davamçılarının əksəriyyəti daxil idi və onların sayı bütün başqa təbəqələrdən daha çox
Manəvilər Zərdüştliyin dini təlimləri altına düşərək üç əsas əxlaqı prinsipə riayət edirdilər və bu prinsipləri “Üç möhür” adlandırırdılar:
  1. Ağız möhürü (Pis sözlərdən və danışıqlardan uzaqlaşmaq)
  2. Əl möhürü (Pis əməllərdən uzaqlaşmaq)
  3. Ürək möhürü (Pis və səhv təsəvvürlərdən uzaqlaşmaq)
Maninin davamçıları vegeterian idilər və birinci təbəqədən sonuncu təbəqəyə qədər heç kimin evlənməyə, var-dövlət toplamağa ixtiyarı tox idi. Manilər namaz qılırdılar və oruc tuturdular, öz məbədlərini xanegah adlandırırdılar. Onların bu xahegahları İslam dinindəki Sufilərin ibadət üçün toplaşdığı məkanla eynidir.
 
 
Müəllif: Hüseyn Tövfiqi
Mənbə: "Böyük dinlərlə tanışlıq" kitabı, 2013
ISBN 978-9952-20-080-5
 

0 şərh