Diplomatiyada birincilik

Ümumən qəbul edilib ki, diplomatik nümayəndəlik başçılarının birinciliyi onların ranqı – dərəcəsindən asılıdır: səfir, ali komissar yaxud apostol nunsisi; föv­qəl­adə elçi və səlahiyyətli nazir, yaxud Vatikan elçisi (nadir hallarda təsadüf edilən ranq); işlər üzrə müvəkkil en titre yaxud en pied (titulu, rütbəli).
Hər növ ranq çərçivəsində isə birincilik müvafiq diplomatik nümayəndəlik başçısının vəzifəsinə keçməsi zamanı ilə müəyyən edilir. Dövlət başçısına etimadnamələrin verilməsi tarixi, yaxud xarici işlər nazirinə gəlişi barədə bildirişin və ya xarici işlər nazirinə etimadnamənin nüsxəsinin verilməsi tarixi nəzərə alınır. Hər şey bu və ya digər dövlətin rəhbər tutduğu təcrübədən asılıdır. Əksər ölkələrdə dövlət başçısına etimadnamənin verilməsi tarixi nəzərə alınır, bəzi dövlətlər etimadnamənin nüsxəsinin verilməsi anını qəbul edirlər.
Əgər eyni zamanda bir neçə diplomatik nümayəndəlik başçısı etimadnamələrini təqdim edirsə, birincilik onların təmsil etdiyi dövlətin adının birinci hərfinin fransız yaxud ingilis əlifbasında yerindən, yaxud onların öz vəzifələrini icra etməsi anından keçdiyi müddətdən asılı olaraq müəyyən edilir.
Katolik dini üstünlük təşkil edən dövlətlərin bir qismində, məsələn, Italiya, Polşa, Ispaniyada eyni ranqlı diplomatik nümayəndəlik başçıları arasında üstünlük  müqəddəs taxtın (Vatikanın) diplomatik nümayəndəsinə verilir.
Diplomatik nümayəndəlik başçılarının iştirak etdiyi tədbirlərdə işlər üzrə müvəkkil en titre ranqca səfir ranqında olan diplomatik missiya başçılarında ardınca gedir. Birincilik üzrə üçüncülər işlər üzrə müvəkkil ad interim (müvəqqəti) tanınır və bu zaman onların hər birini münasibətdə öz üzərinə səlahiyyətləri götürməsi tarixi nəzərə alınır. Diplomatik nümayəndəliyin digər üzvlərinin (o cümlədən diplomatların xanımlarının) də iştirakı halında sonun­cular nümayəndəlik başçısı, yaxud işlər üzrə müvək­kil üçün qəbul edilmiş birincilik dərəcəsinə müvafiq yer tuturlar.
Diplomatik nümayəndəlik başçısının etimadnaməsinin onu imzalayanın, yaxud qəbul etmiş dövlət başçısının ölümü ilə bağlı müvəqqəti olaraq etibarsız sayılması birinciliyə təsir etmir.
Formal yaxud diplomatik qəbullar zamanı fərdi birincilik müvafiq şəxsin ranqından asılı olur və aşağıdakı qaydada müəyyən edilir:

Apostol nunsisi (vəzifəsinə görə duayen ex offisio (lat. tutduğu vəzifəsinə görə) kimi tanındığı dövlətlərdə);

səfir, ali komissar, apostol nunsisi;
fövqəladə elçi və səlahiyyətli nazir;
işlər üzrə müvəkkil (en titre);
işlər üzrə müvəkkil (ad interim);
səlahiyyətli nazir;
elsi-məsləhətçi;
məsləhətçi;
birinci katib;
ikinci katib;
üçüncü katib.

Səfirliklərdə çalışan diplomatların fərdi birinciliyi aşağıdakı qaydada müəyyən edilir:

Səlahiyyətli elçi;
elçi-məsləhətçi;
məsləhətçi;
birinci katib;
ikinci katib;
üçüncü katib
hərbi və xüsusi attaşelərin birinciliyi hər nümayəndəlik tərəfindən fərdi qaydada müəyyən edilir. Bir qayda olaraq, onlar birinci katibdən öndə olsalar da, daha yüksək ranqlı diplomatlardan nadir hallarda üstün sayılırlar.  Birinciliyə riayət olunmanın dəqiq qaydası adətən diplomatik korpus siyahısında göstərilir. Bu siyahı diplomatik nümayəndələri qəbul edən dövlət tərəfindən təqdim edilir. Diplomatik nümayəndəlik başçısının səlahiyyətlərinə xarici işlər nazirini ona tabe olan işçilərin birincilik qaydası barədə bildiriş daxildir.

0 şərh