Missiya başçısının öz fəaliyyətini bitirməsi

Diplomatik missiya başçısının ölkədə fəaliyyətini bitirməsinin müəyyən protokol prosedurası mövcuddur. Missiya başçısının akkreditə olduğu hökumət onun geri çağırılmasını tələb edirsə, əksər hallarda, nüfuz nöqteyi-nəzərindən, onu əvəz etməzdən öncə diplomatı məsləhətləşmələr üçün çağırır.
Geri dönən missiya başçısı məktub vasitəsilə dip­lomatik korpusun digər üzvlərini missiyasının başa çatdığı haqda məlumatlıdır. Şəxsi dostlarına o üzərində p.p.c. qeyd edilmiş vizit kartını göndərir.
Diplomatik missiya başçısı öz vəzifəsini tərk etməzdən bir az öncə (təbii ki, geri çağırılma qəbul edən dövlətin təşəbbüsü ilə edilən hallar istisna olmaqla) dip­lomat bu barədə nota ilə xarici işlər nazirini məlumatlandırır və dövlət başçısı ilə audiyensiya (görüş) üçün xahiş edir. Bu cür vida viziti fərdi xarakter daşıyır və geri dönən missiya başçısı bundan geri çağırılma sənədini təqdim etmək üçün istifadə edə bilər. Normal praktikada vəzifəsini tərk edən missiya başçısının geri çağırılma sənədi və onun varisinin etimadnaməsinin verilməsi eyni zamanda baş verir.
Diplomatik korpusun duayeni və digər diplomatik missiya başçılarına geri dönən missiya başçısı gedişi barədə, məsələn, aşağıdakı formada məlumat verə bilər:

Zati-aliləri (yaxud Cənab işlər üzrə müvəkkil),
Sizi missiyamın başa çatması ilə əlaqədar filan tarixdə filan yerə geri dönəməm barədə məlumatlandırmaqdan şərəf duyuram.
Varisim gələnə qədər səfirliyin fəaliyyətinə rəhbərliyi ad interum işlər müəvvəkili (müvəqqəti işlər üzrə müvəkkil) qismində cənab … (məsələn, səfirliyin məsləhətçisi, müşaviri) icra edəcək.
Fürsətdən istifadə edərək, Sizə ölkələrimiz və diplomatik nümayəndəliklər arasında həm rəsmi, həm də şəxsi xoş münasibətlərin qurulmasında xeyli dərəcədə yardımçı olmuş əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm.
Sizə dərin hörmət və ehtiram hissləri bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Səfirin adı (inisialları)
Zati-aliləri…
Yaxud işlər üzrə Müvəkkil …

(Feltxem R.C. Diplomatın stolüstü kitabı (rus dilində),  s. 43).

Diplomatik missiya başçısı ölkəni tərk etdikdə, yaxud onun geri çağırılması barədə notada dəqiq müddət göstərildiyi halda, öz vəzifələrinin icrasını daha da öncə dayandırır. Əgər missiya başçısı ölkəni razılaşdırılmış müddətdən gec tərk edirsə, adətən müəyyən müddətə onun və ailəsinin bütün imtiyazları və diplomatik toxunulmazlığı qüvvədə qalır. Bir qayda olaraq, geri dönən diplomatik missiya başçısını protokol şöbənin nümayəndəsi yola salır.
Diplomatik nümayəndə qəbul edən dövlətin ordeni ilə mükafatlandırıla bilər, lakin bu ordeni öz hökümətinin razılığı ilə qəbul edə bilər.

 

0 şərh