Missiya başçısı-səfir
E.Satou «Diplomatik praktika üzrə dərslik» kitabında qeyd edir ki, «səfir» sözü (ingil. «ambassador», frans. «ambassadeur»), çox güman ki, «vassal», «tərəfdar» anlayışlarından əmələ gəlib. Tədricən bu söz müxtəlif dillərdə dövlət başçısının təmsilçisinin ifadəedilməsi kimi bərqərar oldu.
____________________________________
Səfir rütbəsinin müasir adı, məsələn, fövqəladə və səlahiyyətli səfir, daimi akkreditə olunmuş səlahiyyətli səfirlərin ölkəyə xüsusi tapşırıqla (misal üçün, tacqoyma mərasiminə) gəlmiş və bunun əsasında xüsusi ehtirama iddia edən fövqəladə səfirliklərin fövqəladə səfirləri ilə protokol birincilik uğrunda mübarizə nəticəsində yaranıb.
_____________________________________
Zaman keçdikcə diplomatik iyerarxiya bərqərar oldu, ənənələr formalaşdı.
Birinciliyi fövqəladə səfirlərə verməmək üçün XVII əsrin ikinci yarısında səlahiyyətli səfirlərin etimadnamələrində «fövqəladə» sözü əlavə etməyə başladılar və bununla protokol cəhətdən daimi səfirləri fövqəladə səfirlərlə bərabərləşdirdilər. Müasir beynəlxalq praktikada qəbul edilmiş diplomatik nümayəndəlik başçılarının tam rəsmi adları aşağıdakılardır:
Ardı →