Рейтинг
+39.24

Diplomatiyada protokol və etiket

33 üzv, 38 topik

Diplomatiyada birincilik

Ümumən qəbul edilib ki, diplomatik nümayəndəlik başçılarının birinciliyi onların ranqı – dərəcəsindən asılıdır: səfir, ali komissar yaxud apostol nunsisi; föv­qəl­adə elçi və səlahiyyətli nazir, yaxud Vatikan elçisi (nadir hallarda təsadüf edilən ranq); işlər üzrə müvəkkil en titre yaxud en pied (titulu, rütbəli).
Hər növ ranq çərçivəsində isə birincilik müvafiq diplomatik nümayəndəlik başçısının vəzifəsinə keçməsi zamanı ilə müəyyən edilir. Dövlət başçısına etimadnamələrin verilməsi tarixi, yaxud xarici işlər nazirinə gəlişi barədə bildirişin və ya xarici işlər nazirinə etimadnamənin nüsxəsinin verilməsi tarixi nəzərə alınır. Hər şey bu və ya digər dövlətin rəhbər tutduğu təcrübədən asılıdır. Əksər ölkələrdə dövlət başçısına etimadnamənin verilməsi tarixi nəzərə alınır, bəzi dövlətlər etimadnamənin nüsxəsinin verilməsi anını qəbul edirlər.
Əgər eyni zamanda bir neçə diplomatik nümayəndəlik başçısı etimadnamələrini təqdim edirsə, birincilik onların təmsil etdiyi dövlətin adının birinci hərfinin fransız yaxud ingilis əlifbasında yerindən, yaxud onların öz vəzifələrini icra etməsi anından keçdiyi müddətdən asılı olaraq müəyyən edilir.
Ardı →

Hərbi mərasimlər

Hərbi mərasimlərin keçirilməsi qaydaları həmişə yerli xüsusiyyətlərə malikdir, buna görə qəbul edən ölkənin protokol xidmətinə əsaslanmaq daha yaxşı olardı. Bir qayda olaraq, parad zamanı kütləvi yerişin birinci sırasında, yaxud tribunada beş nəfərdən çox olmamalıdır; əgər say təkdirsə, fəxri yer mərkəzdədir (5-3-1-2-4), cütdürsə, sağdadır (4-3-2-1).

Diplomatik nümayəndəlik başçıları kimi səfirlərə hərbi ehtiramlar yalnız bir halda — onlara etimadnamələrin verilməsi mərasimi zamanı nümayiş etdirilir. Bu zaman lazım olan müddəaları hər dövlətin öz protokolu tənzimləyir. Milli bayramlarla əlaqədar rəsmi mərasimlər və təntənəli tədbirlərdə diplomatik korpus bilavasitə mərasimə başçılıq edənin arxasında, diplomatik korpusda böyüklük qaydasını təsbit edən prinsiplərə müvafiq olaraq yer tutur. Rəsmi görüşlərdə səfirlər, elçilər və işlər üzrə müvəkkillər bölgüsünə imkan verilmir. Fərdi böyüklük qaydası aşağıdakı şəkildədir: papa nunsisi, səfirlər və ali komissarlar, fövqəladə və səlahiyyətli elçilər, dövlət başçısı yanında akkreditə olunmuş nazirlər, işlər üzrə daimi müvəkkillər, öz funksiyalarının icrasına keçdikləri ana müvafiq şəkildə səfirliklərin işlər üzvə müvəqqəti müvəkkilləri, öz funksiyalarının icrasına keçdikləri ana müvafiq şəkildə missiyaların işlər üzvə müvəqqəti müvəkkilləri, səfirliklərin müşavirləri, səfirliklərin birinci katibləri, səfirliklərin ikinci katibləri, digər katiblər, attaşe və s.
Davamı →

Diplomatik missiya başçısının gəlişi

Təyinat ölkəsinə yollanmazdan öncə diplomatik nümayəndəliyin yeni başçısı adətən xarici işlər nazirliyində xüsusi hazırlıqdan keçir. O, öz ölkəsi və təyinat ölkəsi arasında bağlanmış bütün müqavilələr, razılıqlar və digər ikitərəfli sənədlərlə, diplomatik münasibətlərin tarixçəsi, siyasi, iqtisadi, mədəni və digər əlaqələrin vəziyyəti, diplomatik nümayəndəliyin ümumiləşdirilmiş və cari (gündəlik) informasiyası ilə tanış olmalıdır. Beynəlxalq ünsiyyətə aid olan mərkəzi qurum və təşkilatlarda görüşlər keçirilir və gələcək fəaliyyət ölkə ilə işlərin vəziyyəti müzakirə edilir. Həmin ölkənin tarixi, tanınmış incəsənət xadimləri, təsviri incəsənəti və ədəbiyyatı barədə bilikləri artırmaq da önəmlidir. Gedişindən 7-10 gün öncə səfirin təyinat ölkəsinin öz ölkəsindəki diplomatik nümayəndəliyinin başçısına protokol vizit (görüş) etməsi arzuolunandır.


Ardı →

Yəhudi mərasimləri

Sinaqoq
Yəhudi icmasının dini və ictimai həyatının mərkəzi sina­qoqadır (synagoge yun. toplantı deməkdir). Onun mövcudluğu haqqında ilk məlumatlar e.ə. III əsrə aiddir.
Qədim zamanlarda yəhudilərin yeganə ibadət yeri hər gün ibadətlər edilən və din xadimlərinin qurban kəsdiyi Qüds məbədi idi. Məbəd dua və moizə üçün məkan rolunda çıxış edirdi; həmçinin orada dindarlar Əhdi-ətiqi öyrənir və Yəhudi qanunlarına müvafiq olaraq necə hərəkət etmək barədə izahatlar alırdılar. E.ə. IV əsrdə Babil çarı Navuxodonosor məbədi dağıtmış, yəhudi əhalisinin xeyli hissəsi zorla Babilə apa­rılmışdı.
Vətənindən ayrı düşmüş və məbəd qurbanları icra etməkdən məhrum olan sürgün edilmiş yəhudilər əsas diqqəti ibadətə və Əhdi-ətiqin öyrənilməsinə yönəltdilər. Onlar ibadət toplantılarını keçirirdi; belə toplantı məkanları «sinaqoqa» adını aldılar.
Davamı →

Pravoslav mərasimləri

Pravoslav məbədi
Qədim dövrlərdən apostol qərarlarına müvafiq olaraq, pravoslav məbədləri «uzunvari quraşdırılmış gəmiyə bənzər», «şərqə istiqamətlənmiş» səcdəgahla yaratmaq əmr edilirdi. Bir qayda olaraq, məbəd üç girişə malikdir: əsas (qərbi, səc­dəgahla üzbəüz); şimal və cənub. 
Bütün kilsə binası səcdəgah, bilavasitə məbədə və pritvora bölünür. Səcdəgahı məbəddən əksər hallarda tavana qədər çatan ikonostas ayırır. Səcdəgahda taxt və qurbangah yerləşir.


Ardı →

Milli rəmzlər

Dövlət bayrağı, gerbi və himni – dövlətin rəsmi rəmz­ləridir və müvafiq hörməti tələb edirlər. Milli qanunlara əsasən, gerb və himn ölçülərindən asılı olmayaraq həmişə təsdiqlənmiş rəngli, yaxud ağ-qara təsvirinə tam müvafiq şəkildə yaradılırlar. O cümlədən gerb möhürlərdə, rəsmi sənədlərin blanklarında, bəzi dövlət qurumlarının binalarının, xüsusi nəqliyyat vasitələrinin, poçt markalarının və ayrı-ayrı döş nişanları üzərində təsvir edilir.
Əksər ölkələrdə dövlət gerbinin təsvirinin blanklar və digər hallarda tətbiqinə dair müəyyən məhdudiyyətlər və qaydalar mövcuddur. Bu dövlət hakimiyyət orqanlarının səlahiyyətindədir.


Ardı →

Katolik mərasimlər

Katolik məbəd
Katolik məbəd ümumən pravoslav məbədlə eyni quruluşa malikdir. Gözəçarpan ən əhəmiyyətli fərq ikonostasın olmamasıdır. Onun yerinə o qədər də uca olmayan səcdəgah səddi mövcuddur. Kilsədə mərkəzi  səc­dəgah və ya presviteriy hissəsi seçilir. Burada ibadət baş verir və müqəddəs sövqatlar Isanın bədəni və qanından «hasil» olunmuş şərab və çörək saxlanılır. Bu yeri sövqat saxlanan yer qarşısında daima yanan qəndilə görə tanımaq olar.


Ardı →

Diplomat peşəsi

Diplomat peşəsinin yaranması XV əsrdə daimi missiyaların yaranması dövrünə, Avropada geniş yayılması isə 1648-ci ilin Vestfal müqavilələrindən sonrakı dövrə təsadüf edir.
Diplomatik vəzifələrə diplomat qarşısında qoyulan yüksək tələblərə cavab verməyən insanların yiyələnməsi hallarına tarixdə heç də az rast gəlinmir. Buna görə hərdən ironiya və hətta xoşagəlməz stereotiplər yaranır. Bir çoxları Henri Uotsonun «diplomat – vətənin xeyri naminə xaricə yalan söyləməyə göndərilmiş dürüst insandır» atmacalı fikrini söyləməyi xoşlayırlar. Bunu bəlkə də kardinal Rişelyenin dövrünə şamil etmək mümkün olsa da, hal-hazırda səfirin sözü diplomatik sənəd qədər dəyərli olmalıdır.


Ardı →