Ümumdünya ticarət təşkilatı

Tariflər və ticarət üzrə Baş müqaviləni əvəz edən (QATT, GATT — General Argement on Tariffs and Trade-dən ixtisarla. — Red.qeydi) Ümumdünya ticarət təşkilatı (ÜTT) 1 yanvar 1995-ci ildə yaradılmışdır, qurum çoxtərəfli ticarət sisteminin qanunverici və təşkilati bazasıdır. O, hökumətin, bazasında öz daxili ticarət qanunvericiliyini formalaşdırdığı və reallaşdırdığı əsas müqavilə qanunlarını hazırlayır habelə kollektiv mübahisələr şəraitində, danışıqlarda və qarşılıqlı iddialar zamanı ölkələr arasında ticarət münasibətlərinin qurulması üzrə platformadır. ÜTT-nin əsas funksiyaları bunlardır: ÜTT-nin əsasını təşkil edən çoxtərəfli və müxtəliftərəfli ticarət müqavilələrinin hazırlanması və reallaşdırılması; ticarət sahəsində çoxtərəfli danışıqlar üçün şəraitin yaradılması; ticarət sahəsində mübahisələrin həll edilməsi; dövlətlər tərəfindən aparılan ticarət siyasəti və dünya iqtisadiyyatının problemlərinin həlli ilə məşğul olan digər beynəlxalq institutlarla əməkdaşlıq üzərində nəzarətin həyata keçirilməsi.
ÜTT loqosuDövlətə "ən əlverişli şərait yaratma" rejimi vermək haqqında qanuna müvafiq olaraq, ÜTT-yə daxil olan dövlətlər ÜTT xətti üzrə müqavilələrlə əlaqəli ölkələrdə istehsal edilən mallara da hər hansı digər ölkənin mallarına tətbiq edilən standartları tətbiq etməlidirlər. Həmin qanun başqa ölkələrdən bazara gətirilmiş mallara da həmin ölkədə istehsal olunmuş mallar kimi münasibət göstərilməsini tələb edir. ÜTT çərçivəsində adətən normalar ləğv edilir, bu zaman gömrük tarifləri və rüsumlar saxlanılır. ÜTT-nin işləmələrinin bir hissəsi olan, tarif dərəcələri üzrə milli sənədlərdə qeyd olunan, QATT xətti üzrə Uruqvay raundu danışıqlarında iştirak edən 120 ölkə tarif dərəcələrinin aşağı salınmasını qəbul etmişdir. Beş illik müddət ərzində demək olar ki, hər yerdə qüvvəyə minən tarif dərəcələrinin aşağı salınması, inkişaf etmiş sənaye ölkələrinə idxal edilmiş sənaye mallarında tariflərin 40 faizlik azalmasına səbəb olmuşdur. Tariflər orta hesabla 6,3%-dən 3,8%-ə qədər aşağı düşür.
ÜTT-nin üzvləri həm də xidmət sahəsində fəaliyyəti nizamlayan, milli normativ aktlardan irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Bu öhdəliklər tarif dərəcələri kimi müvafiq milli sənədlərə qeyd edilmişdir, bununla belə ÜTT hökumətin «yalançı» rəqabət qabiliyyətli kimi adlandırılan kateqoriyaya aid olan iki növ mallara kompensasiya rüsumu tətbiq edə bildiyi QATT-nin bu qanunlarının genişləndirilməsi və dəqiqləşdirilməsi işlərini aparır. ÜTT çərçivəsində bağlanmış kənd təsərrüfatı məhsulları üzrə müqavilə bu sahədə ticarət əlaqələrinə daha ədalətlə yanaşılmasına yönəldilmişdir. Əqli mülkiyyət sahəsində müqavilə elm və ixtira sahəsində müsabiqə şəraitinin təşkil edilməsinə yönəldilmişdir. Oxşar müqavilə xidmət göstərmə sahəsində də fəaliyyət göstərir. QATT çərçivəsində fəaliyyətdə olan, inkişaf etməkdə olan ölkələrdə əlverişli şəraitin yaradılmasına yönəldilmiş bütün qanunlar ÜTT çərçivəsində saxlanmışdır və əsas diqqət bu qanunlara ayrılmışdır, hansı ki, inkişaf etmiş ölkələrə göstəriş verilmişdir ki, ticarət əlaqələrini qurmaqda inkişaf etməkdə olan ölkələrə kömək etsinlər. İnkişaf etməkdə olan ölkələrə müəyyən vaxt verilmişdir ki, ÜTT-nin daha ciddi tələblərinə uyğunlaşsınlar. Ən az inkişaf etmiş ölkələrə tez uyğunlaşan yaxınlaşma tətbiq olunur və onlar qazanclarını mallarının kapitalist ölkələrinin bazarlarına ən asan daxil olması ilə təminatından götürmək imkanına malikdirlər.
ÜTT-nin ali orqanı iki ildən bir çağırılan nazirlər Konfransıdır, o zaman bir sıra işçi orqanların, əsas etibarilə arbitraj komitə kimi və ticarət qanunvericiliyinin reallaşdırılmasına müşahidə üzrə komitə kimi Ümumi şuranın yalnız gündəlik fəaliyyəti həyata keçirilir. Ümumi şura səlahiyyətlərini digər üç baş orqana verir: əmtəə ilə ticarət üzrə Şura, xidmətlə ticarət üzrə Şura və müəllif hüquqlarının müdafiəsi üzrə Şura. Ümumi şuranın tabeçiliyində nazirlər Konfransı tərəfindən yaradılmış daha dörd orqan vardır: İnkişaf və ticarət üzrə Komitə, ödəmə üzrə Komitə, ekologiya və ticarət üzrə komitə və büdcə, maliyyə və inzibatçılıq üzrə Komitə. Mülki aviasiya sahəsində, hökumət təchizatlarında, süd məhsulları və mal əti ilə ticarətdə, ÜTT çərçivəsində çoxtərəfli sazişlərin icra edilməsində Ümumi şuraya hesabat verməli olan başqa strukturlar nəzarət edirlər.
ÜTT-nin rəhbəri dörd müavini olan baş direktordur. Katibliyə danışıqların aparılması və müqavilələrin reallaşdırılması üçün lazım olan hər şeylə ÜTT orqanlarını təmin etmək tapşırığı verilir. Onun əsas vəzifələrindən biri inkişaf etməkdə olan ölkələrə — xüsusən də ən az inkişaf etmiş ölkələrə ekspert köməyi göstərməkdir. ÜTT-nin iqtisadiyyatçıları və statistikləri ticarət əlaqələri və ticarət siyasəti üzrə analitik materialları hazırlayırlar, bu zaman təşkilatın hüquqşünaslarının üzərilərinə izah edilməsi tələb olunan ÜTT qanunlarının və presendenti olan ticarət mübahisələrinin həll edilməsi məsuliyyəti qoyulur. Bundan başqa katiblik yeni üzvlərin qəbul edilməsi məsələləri ilə məşğul olur və təşkilata daxil olmaq istəyən hökumətlərə ekspert xidmətləri göstərir. ÜTT-nin büdcəsi təxminən 83 milyon ABŞ dollarıdır, fərdi üzvlük haqları isə hər bir üzvün bütün tərəfdaşlar ilə apardığı ümumi ticarətin maraq payı əsasında hesablanır.
Büdcənin bir hissəsi Beynəlxalq ticarət mərkəzinə köçürülür. Katiblik Cenevrədə yerləşir.
 
Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

Oxşar məqalələr

 

0 şərh