Yüksək təzyiq

Hipertoniya xəstəliyi damar tonusunun sinir-funksional pozğunluğu ilə əlaqədar olub arterial təzyiqin 140/90 mm c. süt-dan yüksək olmasıdır. Hipertoniya xəstəliyinə qadın və kişilər arasında eyni dərəcədə rastlanır. Adətən xəstəlik 40 yaşından sonra başlayır. Geniş yayılmış bir patologiyadır. Bu xəstəliyi “ömrün payız çağının xəstəliyi” hesab edirlər. Lakin buna baxmayaraq hipertoniya xəstəliyi son 10 illikdə bir qədər də cavanlaşmışdır. Hipertoniya ürək-damar sisteminin pozğunluqları olanlar arasında əlilliyə və ölümə səbəb olan səbəblərdən biridir. Hipertoniyanın yaranma risklərinə daxildir: sinir-psixi yüklənmələr, emosional gərginlik, uzun müddətli stress, irsiyyət, hipodinamiya (az hərəkətlilik), piylənmə, alkoqol, siqaret və duzlu qidalardan sui-istifadə. Hipertoniya xəstəliyində kompleks fitoterapevtik metod teakard çayıdır.
Hipertoniya xəstəliyinin xalq təbabəti yolu ilə müalicəsi
Hipertoniyalı insanlar əsasən pişikotu, damotu, yemişan, istiotlu nanə, dərman bədrəncotu, mayasarmaşığı qozası, itburnu meyvəsi və s. bitkilərdən, yaşıl çay, baldan istifadə etməlidirlər.
1.    1 xörək qaşığı bal 1 stəkan mineral suda həll edilib üzərinə yarım limonun əlavə edilir. 7-10 gün müddətinə bir dəfəyə acqarına qəbul edilir.
2.    2 stəkan quşüzümü giləmeyvələri 3 xörək qaşığı şəkər kirşanı ilə ovulur. Bu qarışıq hər gün yeməkdən 1 saat əvvəl bir dəfəyə yeyilir.
3.    4 stəkan çuğundur şirəsi, 4 stəkan bal, 100 qr bataqlıq qurucası və 500 qr araq qarışdırılır. 10 gün müddətinə ağzı bağlı şəkildə qaranlıq və sərin yerdə saxlanılır. Süzüldükdən sonra bir qaba yığılır və gündə 3 dəfə 1-2 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.
4.    3 kq soğanın şirəsi çıxarılıb üzərinə 500 qr bal, 25 qr qoz arakəsməsi və 1/2 litr araq əlavə edilir. 10 gün saxlandıqdan sonra gündə 2-3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
5.    Hərəsindən 100 qr olmaqla dazıotu otu, aptek çobanyastığı çiçəyi, solmazçiçəyi çiçəyi və tozağacı tumurcuğu qarışdırılır və üyüdülür (qarşıq ağzı bağlı şüşə qabda saxlanmalıdır). Qarşıqdan 1 xörək qaşığı götürülüb üzərinə 0.5 litr qaynar su əlavə edilir. 20 dəqiqə dəmdə qaldıqdan sonra tənzifdən süzülür. Alınmış mayenin yarısına 1 çay qaşığı bal əlavə edilib həmin dəqiqə içilir, yarısı isə səhər 30-40°C-dək qızdırılaraq yeməkdən 20 dəqiqə əvvəl içilir. Qarışıq qurtarana qədər prosedur davam etdirilir.
6.    10 qr başinağacı meyvələrinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 15 dəqiqə ağzı bağlı şəkildə qaynar su hamamında saxlanılır. Su hamamından çıxarıldıqdan sonra 45 dəq. soyudulur, süzülür və gündə 3-4 dəfə 1/3 stəkan daxilə qəbul edilir. Alınmış dəmləmə 2 gün saxlana bilər.
7.    Davamlı olaraq gündə 3 dəfə 20-40 damcı gülümbahar çiçəyinin spirtli çıxarışını qəbul etmək qan təzyiqini normallaşdırır. Eyni zamanda baş ağrıları azalır, yuxu tənzimlənir və həyat tonusu artır.
8.    Hərəsindən 1 stəkan olmaqla çuğundur və kök şirəsi, 1/2 stəkan quşüzümü şirəsi, 250 qr bal və 100 qr araq qarışdırılır. Bu qarışıq gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
9.    2 stəkan çuğundur şirəsi, 250 qr bal, 1ədəd limonun şirəsi, 1.5 stəkan quşüzümü şirəsi və 1 stəkan araq qarışdırılır. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.
10.                       100 qr tumsuz üzüm gilələri ət maşınından keçirilib üzərinə 1 stəkan soyuq əlavə edilərək 10 dəqiqə müddətinə zəif odda bişirilir. Qarışıq süzüldükdən sonra alınmış maye soyudulur və bu mayenin hamısı bütün gün ərzində qəbul edilir.
11.                       2 həftə müddətinə yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1/3 stəkan quşarmudu meyvəsinin şirəsi daxilə qəbul edilir.
12.                       Qara qarağat şirəsi və ya giləmeyvələrinin dəmləməsi gündə 3-4 dəfə 1/4 stəkan daxilə qəbul edilir.
13.                       Gündə 3 dəfə 1/2 stəkan başinağacı giləmeyvələrinin dəmləməsi daxilə qəbul edilir.
14.                       1/2 stəkan çuğundur şirəsi, 1/2 stəkan  limon şirəsi və 1 stəkan cökə şirəsi qarışdırılır. Qarışıqdan 1/3 stəkan yeməkdən 1 saat sonra daxilə qəbul edilir.
15.                       Hər gün 1 yekə stəkan quşüzümü yeyilir və daxilə su ilə qarışdırılmış şəkildə 5-10 damcı yemişan çiçəklərinin spirtli çıxarışı qəbul edilir.
16.                       Su ilə 1:1 nisbətində qarışdırılmış sirkədə corablar isladılır və gecə yatağa girməzdən əvvəl ayağa geyinilir, ayaqlar bərk bürünür.
17.                       Damotu otu 4 hissə, bataqlıq qurucası 3 hissə, qanqırmızı yemişan meyvələri 1 hissə, nanə yarpağı 1/2 hissə, meşə çiyələyinin yarpağı 2 hissə və hərəsindən 1 hissə olmaqla çobançantası otu, quşarmudu meyvəsi, şüyüd toxumu, zəyərək toxumu qarışdırılır. Qarışıqdan 2-3 xörək qaşığı götürülüb üzərinə 2,5 stəkan qaynar su əlavə edilir və termosda 6-8 saat müddətinə dəmə qoyulur. Növbəti günü hazırlanmış bütün dəmləmə 3 dəfəyə yeməkdən 20-40 dəqiqə əvvəl daxilə qəbul edilir.
18.                       1 kq quşarmudu meyvəsi yuyulub qurudulduqdan sonra 700 qr şəkər tozu ilə ovulur və gündə 2 dəfə 75-100 qr yeyilir.
19.                       1 stəkan xırdalanmış sarımsaq 0.5 litr araqda qaranlıq və isti yerdə saxlanılır. Alınmış çıxarışdan 1 xörək qaşığı gündə 3dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.
20.                       Bərabər nisbətdə qarışdırılmış damotu otu, bataqlıq qurucası, yemişan çiçəkləri və öksə otu qarışdırılır. Qarışıqdan 1 stəkan götürülüb üzərinə 1 litr qaynar su əlavə edilir, dəmlənilir. Dəmləmə gündə 3 dəfə 100 ml olmaqla yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.
21.                       Hərəsindən 5 hissə olmaqla yemişan çiçəyi, damotu otu, bataqlıq qurucası və 2 hissə aptek çobanyastığı çiçəyi qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb 1 litr qaynar suda 20 dəqiqə dəmlənilir, süzülür, gündə 3 dəfə 100 ml daxilə qəbul edilir.
22.                       Adi zirənin meyvələri 1 hissə, pişikotu kökü 2 hissə, yemişan çiçəyi 3 hissə, öksə otu 4 hissə olmaqla qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 400 ml qaynar su əlavə edilir. 2 saat dəmləndikdən sonra süzülür və gün ərzində içilir.
23.                       Limon və ya portağal qabıqlı şəkildə əzilib püre halına salınır (tumları çıxarılmaq şərtilə) və zövqə görə şəkər tozu əlavə edilib gündə 3 dəfə 1 çay qaşığı yeməkdən əvvəl daxilə qəbul edilir.
24.                       3 ədəd iri baş sarımsaq və 3 ədəd limon ət maşınından keçirilib 1,25 l qaynar suda dəmlənilir. Ağzı sıx bağlanılıb periodik qarışdırılaraq 1 sutka ərzində isti yerdə saxlanılır. Süzüldükdən sonra yeməkdən 30 dəqiqə əvvəl gündə 2-3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
25.                       Hipertoniya və ateroskleroz zamanı 2 ədəd iri baş sarımsaq xırdalanıb üzərinə 250 ml araq əlavə edilir. 12 gün saxlandıqdan sonra yeməkdən 15 dəqiqə əvvəl gündə 3 dəfə 20 damcı daxilə qəbul edilir (dadı yaxşılaşdırmaq üçün üzərinə nanə cövhəri əlavə etmək olar). Qəbul müddəti 3 həftədir.
26.                       Çay qaşığında 3 damcı aloye şirəsi soyuq qaynadılmış su ilə qarışdırılır və 2 ay müddətində gündə 1 dəfə səhərlər acqarına daxilə qəbul edilir.
27.                       250 qr qıtığotu sürtgəcdən keçirilərək xırdalanır və üzərinə 3 litr qaynadılmış soyuq su əlavə edilib 20 dəqiqə qaynadılır. Gündə 3 dəfə 100 ml daxilə qəbul edilir. Bir neçə qəbuldan sonra arterial təzyiq normallaşır.
28.                       20 qr xırdalanmış lobya qınının üzərinə 1 litr su əlavə edilib 3-4 saat su hamamında qaynadılır. Soyudulub süzüldükdən sonra gündə 4-5 dəfə 0,5 stəkan daxilə qəbul edilir.
29.                       Hərəsindən 2 hissə olmaqla bataqlıq qurucası, beşdilimli damotu otu və hərəsindən 1 hissə olmaqla qan qırmızı yemişanın çiçəkləri, çöl qatırquyruğu otu xırdalanıb qarışdırılır. Qarışıqdan 20 qr götürülüb üzərinə 200 ml su əlavə edilib qaynayan su hamamında 15 dəqiqə saxlanılır. 45 dəqiqə soyudulduqdan sonra süzülüb əvvəlki həcminə çatana qədər üzərinə qaynar su əlavə edilir. Günd 3-4 dəfə 1/4-1/3 stəkan daxilə qəbul edilir.
30.                       10 qr bədrəncotu yarpağı, 20 qr qarğıdalı saçağı və 0,5 litr qaynar su emmalı qabda qarışdırılır. 20 dəqiqə su hamamında saxlanıldıqdan sonra süzülür, soyudulur və üzərinə 1 ədəd limonun şirəsi əlavə edilir. Gündə 3 dəfə 1/2 stəkan yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. 3 həftə müddətinə qəbul edilir. Hər 1 həftə qəbuldan sonra 1 həftə fasilə verilərək 3 kurs müalicə aparılır.
31.                       Öküzgözü otunun yarpaqları, böyük dəmrovotuyla birlikdə 20 dəq müddətində qaynar suda saxlanılır. Dəmləmədən süzülən maye bir qaba boşaldılaraq gözləmək lazımdır. Hazır mayedən yarı miqdarda adi suya qarışdırılaraq bir stəkan içilir.
32.                       Şahtərə otu, nanə yarpağı ilə birlikdə 10 dəq suda qaynadılır. Süzülərək əldə edilən maye bir qaba boşaldılır. Hazır mayedən bir stəkan adi suya yarım fincan qarışdırılaraq bir stəkan içilir.
33.                       Yaşıl cirə yarpaqları sarımsaqla birlikdə möhkəm döyülərək əzilir. Əzilən qarışıq 15 dəq. qaynadıldıqdan sonra süzülür. Süzülərək əldə edilən maye bir qaba boşaldılır. Hazır mayedən bir stəkan suya yarım fincan qarışdırılaraq bir stəkan içilir.
34.                       Həmçinin arterial təzyiqi aşağı salmaq üçün Herba Flora şirkətinin istehsalı olan Teakard çayından istifadə etmək olar.

Hipertoniya zamanı pəhriz
Məsləhətdir: vitamin C, maqnezium və kaliumla zəngin meyvələr (ərik, üzüm, alma, qarağat, əncir və s.), tərəvəzlər (kartof, lobya, pomidor, xiyar, kələm, yaşıl noxud, soya, qırmızı turp, yaşıl soğan və s.), kəsmik, süd məhsulları, yumurtanın ağı, yarmalar, qaynadılmış mal əti.
Qadağandır: gün ərzində 1/2 çay qaşığından çox xörək duzunun qəbulu, yağlı qidalar, yağlı, kremli şirniyyatlar, təzə çörək, tünd çay, kofe, kakao, şokolad, spirtli içkilər, subproduktlar, konservlər, ədviyyatlar.
Məhdudlaşdırılır: xörək duzu, şəkər, mürəbbə, bal, konfet, kərə yağı, yağlı xama.
Qidalanma rejimi: gündə 4-5 dəfə

Arterial təzyiqi necə düzgün ölçməli:
1.    Arterial təzyiqin ölçülməsi xüsusi cihaz – sfiqmomanometr və ya tonometr adlı cihazın köməyi ilə aparılır.
2.    Təzyiqi ölçməzdən 1 saat qabaq kofe və tünd çay qəbul etmək olmaz.
3.    Arterial təzyiq ölçməzdən yarım saat əvvəl siqaret çəkmək olmaz.
4.    Təzyiq ölçməzdən 1 saat əvvəl burun və göz damcılarını çıxmaq şərtilə digər dərmanların da qəbulu dayandırılmalıdır.
5.    Əsəbi halda təzyiqi ölçmək lazım deyil, sakit olduqdan 5 dəqiqə sonra ölçmək olar.
6.    Rahat oturaq vəziyyət seçilir. Vacib olduqda isə təzyiqi uzanıqlı və ya ayaqüstü vəziyyətdə də ölçmək olar.
7.    Tanometrin manjet hissəsi dirsəkdən 2 sm yuxarı olmaqla bazu nahiyəsinə ürək səviyyəsində bağlanılır.
8.    Daha sonra fonendoskopun başcığı dirsək çuxuruna yerləşdirilir.
9.    Nəbz itənə qədər armudla manjetə hava doldurularaq bazu arteriyası sıxılır. Bundan sonra ventil açılaraq yavaş-yavaş manjetin içərisindəki hava ilk nəbz vurğusu eşidilənə qədər buraxılır. Bu andakı göstərici sistolik təzyiqin göstəricisidir. Nəbzin itdiyi an isə diastolik təzyiqin göstəricisi olacaq.
10.              Təkrari təzyiqölçmə proseduru 3-5 dəqiqədən sonra aparılır. Təzyiqi ölçən zaman kəskin hərəkət etmək və ya danışmaq olmaz.
11.              Əgər şübhə yaranarsa, təzyiq hər iki qolda ölçülə bilər. Sağ və sol qollar arasındakı təzyiq fərqi 5 mm c. süt. ola bilər.
12.              Ola bilsin ki, mütəmadi evdə ölçdüyünüz təzyiqlə həkimin ölçdüyü təzyiq arasında 10-20 mm c. süt. fərq olsun. Bunu “ağ xalat sindromu” (white-coat) adlandırırlar və əsasən stress fonunda meydana çıxır. Bu qrupa xüsusilə 30 yaşına qədər qadınlar və uşaqlar aid edilir.







Arterial təzyiqin kateqoriyası
Sistolik (“yuxarı”) arterial təzyiq
Diastolik (“aşağı”) arterial təzyiq
Optimal arterial təzyiq
<120
<80
Normal arterial təzyiq
120-129
80-84
Normal yüksək təzyiq
130-139
85-89
Arterial hipertenziya I dərəcəli (yüngül)
140-159
90-99
Arterial hipertenziya II dərəcəli (orta)
160-179
100-109
Arterial hipertenziya III dərəcəli (ağır)
≥180
≥110
loading...
 

0 şərh