Reytinq
164.93
səs: 53

Bloq haqda

insanları fikirləşdirən publisistik oçerklər, həyatda uğur qazanmağa səsləyən,yaxşını pisdən ayıran hikmətli hekayələr

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (68)

admin nərgiz Cavid burla xatun Nailə Rzayeva Arzt mr13 Zahid GDMLI bloqçu IDEAL Dior r9perviz tenqo MASON Silen_ce Anar bahar Yucin umud600 Fianda

Все читатели блога

Kim daha uğursuzdur?

Hökmdar adamları ilə səhər tezdən ova çıxmışdı. Qarşıda hökmdar, arxada isə adamları gedirdilər. Bu vaxt qarşılarına yoxsul bir adam çıxdı. Hökmdar bu adamı görər-görməz atından yıxıldı. Qalxar-qalxmaz bu əmri verdi:

-          Dərhal bu adamın boynunu vurun.

Yoxsul adam hörmətlə diz çökdü və hökmdardan:

-          Ölümə layiq olmaq üçün nə etdim? – deyə soruşdu.

Hökmdarın cavabı isə qısa və konkret idi:

-          Çox güman ki, sən pis və uğursuz adamsan. Çünki səni görər-görməz atımdan yıxıldım. Bu qədər uğursuz adam ancaq ölümə layiqdir.

Yoxsul adam yenə hörmətlə hökmdara dedi:

-          Siz də mənim kimi səhər tezdən yola çıxdınız. Sizin gördüyünüz ilk adam mən idim, mənim gördüyüm ilk adam isə siz idiniz. Siz məni gördükdən sonra atınızdan yıxıldınız. Mən isə sizi gördükdən sonra öldürüləcəyəm. İndi siz deyin, kim daha uğursuzdur, siz, yoxsa mən?

Hökmdar adamın bu cəsur və ağıllı sözləri qarşısında qəhqəhə çəkdi və ona bir kisə qızıl verərək yola saldı.

Mənbə: «Ailəm» jurnalı

Mötəşəm hekayə

Bir zamanlar bir qız bir oğlanı sevir. İllər keçir qız bu oğlanla ailə qurur. Bir gün bədbəxt hadisə nəticəsində qız dünyasını dəyişir.
Qız o biri dünyaya gəlib düşür, burada o böyük bir gölə rast gəlir. 
Gölün yanından keçəndə orda nurani bir qocanı görür ona yaxınlaşır. Bu gölün adının nə olduğunu qocadan soruşur, qocasa cavabında bilmədiyini deyir. Qız düşür yola başlayır gəzməyə. 
İllər keçir qızın həmin gölün yanından yolu bir daha düşür. Gölün suyunun azaldığını görür. Bu vaxtı həmin nurani qocanı yenə orda görür. Qocadan bir daha bu göl haqda soruşur, qoca cavabında bilmədiyini deyir. 
Qız yenə həmənki öz yoluna davam edir. Bir neçə ildən sonra yenə gəlir, bu dəfə gölün suyunun 1 ovuc suyu qədər olduğunu görür. Yaxınlaşır qocaya, onu məcbur edir ki, bu göl haqda ona danışsın. Qoca başlayır əhvalatı qıza danışmağa. 
Deyir: " bir zamanlar sən dünyadan köçəndə sənin üçün yas saxlayıb, göz yaşı axıdanlar çox idi. Onda bu gölündə suyu çoxuydu. 
İllər keçdi səni yad edib yasınıı saxlayan, göz yaşı axıdanların azaldı. 
Bax o zaman bu gölündə suyu azalmışdı. Bir neçə il keçəndən sonra hətta sənin sevdiyin də səni unutdu, qohumların da, dostların da. Bu gördüyün bir ovuc su isə sənin Ananın göz yaşlarıdı. 
Bir tək o səni unutmadı, həmişə sənin yasını saxladı, göz yaşı axıtdı. "

P.S.Bu bəyəniləsi hekayə olsa da,analarımızın dəyərinin yalnız bir hissəsi çatdırır.

Simfoniya

Gənc bir musiqiçi bir az da utancaq bir ifadə ilə dahi bəstəkar Motsarta yaxınlaşdı:

-          Ustadım, sizdən bir şey soruşmaq olarmı?

-          Buyurun!

-          Sizcə bir simfoniya yazmaq üçün nə lazımdır?

-          Hələ çox gəncsiniz, niyə daha kiçik əsərlərdən başlamırsınız?

-          Ancaq, ustadım, siz öz simfoniyalarınızı 10 yaşınızda yazmamışdınızmı?

-          Doğru deyirsiniz, ancaq mən o yaşımda “bir simfoniyanı yazmaq üçün nə lazımdır?” – deyə soruşmamışdım ki..

 

Mənbə: «Ailəm» jurnalı

Yaxşılıq və Pislik


Bir gün yaxşılıq və pislik bir dəniz sahilində qarşılaşırlar və qərara alırlar ki, dənizdə yuyunsunlar. Hər ikisi geyimlərini çıxardıb dənizə girirlər.
Bir müddət sonra Pislik dənizdən çıxıb Yaxşılığın geyimlərini geyinir və yoluna davam edir. Yaxşılıq da dənizdən çıxır və öz geyimlərini tapa bilmir. Amma çılpaq olmaqdan utanır deyə, əlacsız qalıb Pisliyin geyimlərini geyinir və yluna davam ediroluna davam etdi.
Elə o vaxtdan insanlar onları bir-biriynən səhv salırlar. Ancaq səbirli və ağıllı insanlar Yaxşılığın gözlərindəki saflığı görüb, geyiminə baxmadan tanıyarlar onu. Eləcə də, Pisliyin üzünü görən kimi tanıyanlar vardır ki,
geyim onun kimliyini gizlədə bilməz.

"Effektiv Çıxış Yolu"- durmu?

Dövlət bir gün geniş və boş bir əraziyə gecələr nəzarət etsin deyə 500 AZN maaşla, bir gözətçi işə götürməyə qərar verir. Bir müddət sonra düşünürlər;
'' Yaxşı, təlimatlar olmadan gözətçi işini necə edəcək''
Bir planlaşdırma idarəsi yaradılır və planlama məsələsini həll etmək üzrə, 750 AZN-lik maaşla, iki adam işə götürülür.
Bir müddət sonra ''İşləri qaydasında edib etmədiklərini necə bilək, nəzarət edək'' deyə düşündükdən sonra, 1000 AZN-lik maaşla, iki Nəzarətçi işə götürülür, biri nəzarət edir, digəri hesabatları yazır.
Bir müddət sonra '' Bunların maaşları hesablanıb necə ödəniləcək'' deyə müzakirə mövzusu ortaya çıxır və 1500 AZN-lik maaşla bir mühasib, bir katib, bir də statistika üzrə kadr işə götürülür.
Bir müddət sonra; '' Yaxşı, bunların üstündə kim cavabdeh şəxs olmalıdı'' deyə düşünürlər və 5000 AZN maaşlı bir müdir və 3000 AZN-lik maaşla iki müdir köməkçisi işə götürülür. 
Bir müddət sonra, ölkədə iqtisadi böhran ortaya çıxır və büdcədəki xərcləri azaltmaq üçün "Gözətçi işdən çıxardılır"!

Dəvəçi və Filosof

Səhrada avara-avara gəzən bir filosof, dəvəsi ilə səfər edən bir kəndliyə rast gəldi. Haradan gəlib hara getdiyini öyrəndikdən sonra, dəvənin iki yanına sallanmış çuvallarda nələr olduğunu soruşdu. Kəndli:



Ardı

Qısa və düşündürücü hekayələr

Bir hökmdar bir zahidi görüb soruşdu:
-Bizi heç yada salırsanmı?
Dedi:
-Bəli, Allahı unudanda


Loğmandan soruşdular:
-Ədəbi kimdən öyrəndin?
Dedi:
-Ədəbsizlərdən. Onlarda gördüyüm pis hərəkətləri təkrar etmədim.


Bir mürid öz mürşidinə dedi:
-Adamlar məni bezdiriblər. Boş-boş suallar verir, mənasız sözlərlə vaxtımı alırlar. Nə edim?
Mürşid dedi:
-Yoxsuldusa, borc ver, varlıdısa, borc istə. Bir də gözünə görünməyəcəklər



Ardı

Bir gün laboratoriyada...

Tibb fakültəsində təhsil alan tələbələr labaratoriyada bir cəsəd ətrafında toplaşırlar. Professor dərsinə başlayır; «Tibbdə iki şey həkimlər üçün çox vacibdir, birincisi insan vücudu ilə əlaqədar heç bir şey sizin üçün iyrənc olmamalıdır. Məsələn, „deyir və barmağını cəsədin qıçına salır və çıxardıb öz ağızına salır. “Həə, indi sizlər də eyni şeyi edin!».

Ardı

Həyatın güzgüsü

 Bir gün ata oğlu ilə meşədə gəzintiyə çixmışdı.Birdən oğlanın ayağı ilişib yıxılır və «OFF» deyə qışqırır. Qarşıdakı dağın zirvəsindən «OFF» səsi eşidən uşaq təəccüblənir. «Sən kimsən» deyə qışqırır. Aldığı cavab sən kimsən olur. Qəzəblənən oğlan «Sən bir qorxaqsan » deyə yenidən qışqırır. Dağın cavabı oğlanın sözləri ilə eyni olur. Nə baş verdiyini anlamayan uşaq atasından bunun nə olduğunu soruşur.



Ardı