Kim daha axmaqdır?

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
— Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
— Üç.
Balu gülüb deyir:
— Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
— Yox, üç edir.
Balu deyir:
— Beş.
— Yox, üç.
— Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır…
Axırda başlayırlar dalaşmağa. Bir-birlərini yerdə sürüyərkən müəllim içəri daxil olur. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir: 
— Sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.
Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir:
— Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq, məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız.
Müəllim cavab verir:
— Balu  ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən 100 %  əmin olduğun bir şeyə görə mübahisə etdin.
İndi de görüm hansınız daha axmaqsınız?

14 şərh

Medikamentoz
Müəllim üz edib,inanki,ilk yarıda mən artıq qərar vermişdim ki,bilə-bilə niyə mübahisə edir axı bunlar?!
Blue
müəllim düz edib.
Medikamentoz
Fərqli cavablar və yanaşmalar eşitmək istərdim :)
azadmamedov90
hmm..tam ferqli dusunce lazimdir bele riyazi hesablamalara...
gerek bizler neyise edende derinden fikirlesek, kimlerese neyise bildiyimizi duz oldugumuzu izah etmeyimize ehtiyac yoxdur...gerek bunu qarsimizdaki anlasin, anlamirsa ozumuzu yormali deyilik ona neyise aydinlatmaga...
???
Medikamentoz
Cəmiyyətin qarşılıqlı anlaşması məsələsi bugünkü gəncliyə çox yaddır.
azadmamedov90
fikir verin hele, 15-20yaslilara,butun gunu onlineda ya face yada basqa sosial sebekede bos bos yasayirlar...artiq onlara ZOMBI de demek olar…
Medikamentoz
Ən qorxulusu budur ki,bir şeyəri bilməyərəkdən iddia edirlər və dəhşətli şəkildə inanclıdırlar.
ayxansevda
düz söz! vaxtlarının qədrini bilmirlər buna internet küçələrində veyillənmək deyilir
Medikamentoz
Bu yeni termindir mənim üçün,təşəkkürlər,innovasiyaları olduqca bəyənirəm.
Musiconlife
Burda nüəllim  doğru edib sen bilə bilə niyə dalaşırsan 
Medikamentoz
Bildiyini bilmir də ondan dalaşır.
ayxansevda
çox maraqlı idi Nəyəsə əmin olduqda mübahisəyə lüzum yoxdur lakin fikir mübadiləsi diskusiya faydalıdı
heyatin-ellerinde
muellimin hereketi tamam duzgun idi…
Samir012
belə baxanda elə hərəsi bir cürə axmaqdı.