Necəsən?

Nədənsə həmişə pis şeylər daha cazibədar olur. Yaxud da biz pis şeylərə qarşı çox “şorgöz” oluruq, diqqət edirik, arxasınca gedirik. Misal:

-Salam.

-Əleyküm.

-Necəsən?

-Yaxşıyam.

Bu dialoqla fikir tamamlanır. Yəni birinin yaxşı olması onun haqqında olan bütün informasiya əhatəsini qapayır, örtür. YAXŞI ilə hər şey tamamlanır, yəni.  Ondan özgə şey soruşmağa lüzum qalmır. Necə deyərlər “əsas can sağlığıdır”. Əks hala baxaq:

-Necəsən?

-Belə də, yaxşı deyiləm.

-Niyə?

-Xəstəyəm.

-Haran ağrıyır?

-Ürəyim.

-Nə vaxtdan?

-İki gündü.

-Həkimə getmisən?

-Hə

-Nə dedi?

Bu sual-cavabı uzatmaq da olar. Əsl məğzə çatana kimi sualları ipək yolu etməyə dəyməz.  Biz əslində bu suallarla qayğıkeşliklə əks tərəfi daha da narahat edirik. Göründüyü kimi pis şeylər daim çözülür. Amma heç vaxt “Niyə yaxşısan?” – deyə soruşmuruq. Biz həmin yaxşılığı heç bir səbəblə əlaqələndirmək istəmirik. Əgər əlaqələndirsək tərəf müqabilimiz də təəccüblənər.

-Necəsən?

-Yaxşıyam.

-Niyə yaxşısan?

-Necə yəni niyə yaxşısan?

Bilirəm ki, əksər hallarda bu sualın cavabı belə olacaq. Biz həmişə soruşuruq ki, “o uşaq niyə ağlayır?”. Heç vaxt “o uşaq niyə gülür?” demirik. Biz bəlkə də, ona görə uşaqların sevincini düzgün anlamağa acizlik göstəririk. Biz gülüşü ancaq komediya janrındakı kimi təsəvvür edirik, yəni, gülüşün altında mütləq qatı bir məna olmalıdır. Amma biz uşaqların üzündəki “təbəssüm xanım”la, “gülüş bəy”lə tanış olmuruq. Bu isə fəlakətdir, özü də R. Taqorun “Fəlakət”i deyil, bizim fəlakətimizdir.

Müəllif: Fərid Hüseyn

 

9 şərh

HeRa_Queen
Düşündürücü və də maraqlı məqaləyə görə təşəkkürlər… doğurdan da, insan hər şeyin dərininə gedəndə çox şeyi dərk edir… gündəlik həyatımızda bəlkə də adi sual saydığımız «necəsən?»  mənasına ya da hansı ifadə şəklində işləndiyinə o qədər də  fikir vermirik… müəyyən qədər bu məqalədə məlumatlandım və düşünürəm ki insan adi bildiyimiz nə olursa olsun ən azından onun mənasına ya da bizim üçün nə kəsb etdiyinin fərqinə varaq…
Medikamentoz
Qyeri-adi bir mövzu kimi görsəndi mənə,əllərinə sağlıq :)
azadmamedov90
cox qeribedir, size ele gelmir mi ki bu mesele o qeder de esas olan deyil?> sadece olaraq usagin  cizgi filmlerine baxdiqda
Subliminal Mesajları

gorub nece olurlar ki cox az yasda sex barede dusunurler deye fikirlessek? esas olan usaqlarimizin nece olacagidir...yeni ki bunlar bos seylerdi her gunumuz monoton olaraq kecir..ev -is,is-ev… ve s...

Medikamentoz
Çıxış planınız varsa yazın,amma Barbarossa olmasın.
azadmamedov90
yox,onu uje hitler edib,mende yep yeni nese var...http://jetfilmizle.com/kapitalizm-bir-ask-hikayesi-turkce-dublaj-izle.html/0
seyidova
xoşuma geldi :)
kurdamir
Maraqli idi. Mövzu əla seçilib