Sən, xeyirli olanı istə!

Acı da olsa, son vaxtlar qız uşaqlarını elə bətndəcə məhv etmək kimi ağrılı bir mənzərə ilə daha çox qarşılaşırıq. Hətta bəzən həyat yoldaşı hamilə xanımını xəstəxanaya yerləşdirəndə: “Mən oğlan istəyirəm, qız yox!” — deyə “nota” da verir.
xeyirli ovlad
Bu, dəhşət deyil, bəs nədir? Belə adamlar heç düşünmürlər ki, qız, ya oğlan, fərqi yoxdur, hər ikisi Allahın nemətidir. Qızı oğlandan və ya oğlanı qızdan ayırmaq nə dərəcədə doğrudur?
Bu barədə Sədi Şirazi ibrətli hekayələrindən birində yazır: “Uzaq bir şəhərə qonaq getmişdim. Gecəni keçirmək üçün dostumun evinə getdim. Gördüm ki, şadlıqdır. Səbəbini soruşdum. Dedi ki, yoldaşı hamilədir, niyyət edib ki, əgər oğlu olsa, evindəki hər şeyi sədəqə verəcək. Mən də onun duasına “Amin!” deyib, səhərisi gün evindən ayrıldım. Aradan 15 il keçəndən sonra yenə yolum həmin şəhərə düşdü və dostumun evinə üz tutdum. Evin yerində uçuq bir xarabalıq var idi. Qonşulardan onu soruşdum. Dedilər: “Onun bir oğlu var idi ki, yetənə yetirdi, yetməyənə də bir daş atırdı. Vurub padşahın vergi məmurlarından birini öldürdü, özü də qaçıb gizləndi. Atasını aparıb zindana salıblar, arvadın da ürəyi dərddən partlayıb öldü”. Bu sözləri eşidəndə barmağımı dişlədim və ürəyimdə dedim: “Bu bəlanı o özü Allahdan istəmişdi”. Yəni, insan gərək Allah-Təaladan övlad istəyəndə oğlan, ya da qız deyə ayrı-seçkilik qoymasın, xeyirli övlad istəsin. Ümumiyyətlə, bu hər işdə belədir. Və insan Allah-Təaladan bir işi istəyəndə: “Allahım, əgər mənim üçün xeyirlidirsə, onu mənə qismət elə”, — deməlidir. Yoxsa, çoxumuz o rəvayətdəki ata, yaxud ana kimi özümüzə dərman yerinə zəhər istəmiş olarıq.



 

9 şərh

asel
yeni nəşrləri yerləşdirməkdə sizə söz yox. kaş ki, bunu şərhlərinizdə də görə bilsək.şərh yazmağa niyə əliniz gəlmir?
pascal
Özümə söz vermişəm, Apollon şərh yazmasa, mən də onun topiklərinə şərh yazmayacam. ;) :) Bu şərhim istisna oldu.
asel
indidən sonra mən də elə edəcəm.:)))
pascal
Üsyan olmasaydı heç gələrdin? :))
Ferbara
Apollon danışdı. :)
pascal

Apollon, çox danışıb da yoruldun? ;) :))

Nədənsə sizi təzəcə buranı tərk edən istifadəçimizə çox bənzədirəm. YingYanga. O da belə az danışardı. Heyif ki, getdi. :)

aliye_007

bu sohpet ne qeder ki insanlar var davam edcek