Əldən gedən dəyərlər

 Nicat yerinə yenicə əyləşmişdi ki, sol tərəfdə əyləşən xanım soruşdu:
— Bağışlayın, Nizami 31-ə getmək üçün hansı dayanacaqda düşməliyəm?
Nicat fikirli idi deyə diksindi. Bəli..? – təkrar etməsini istədi.
— Nizami 31-ə deyirəm, necə gedə bilərəm?
— Hə, deməli belə...Mənimlə düşərsiz, mən yolun davamını sizə izah edərəm.
— Çox sağolun. Siz də ora gedirsiz?
— Xeyir, amma sizə yolu göstərəcəm, narahat olmayın...
Birazdan avtobus dayandı. İkisi də endilər. Bir xeyli birgə addımladılar. Ayrılacaqları yerə çatdıqda Nicat üzünü o xanıma tutub, canla-başla yolun davamını izah etməyə başladı:  – Qarşıdan sağa dönərsiz, orada önünüzə bir hündür bina çıxacaq, restorandı. Onun sol tərəfindən keçib, düz axıra kimi gedərsiz...
Xanım Nicatı sanki heç dinləmirdi. – Dayanın, olar sizə bir sual verim, deyə gülə-gülə soruşdu.
— Əlbətdə olar.
— Düzünü deyin, siz bütün bu canfəşanlığı niyə edirsiz? Məndən xoşlanırsınız yoxsa?
— Necə..?! – Nicat qəfil sualdan çaş-baş qaldı.
— Deyirəm, yəqin bütün bu canfəşanlıqdan sonra “padxod” başlayacaq, yoxsa elə bu özü də «padxod»un bir növüdü..?
Nicatın qırıldı qol-qanadı yanına düşdü. Dərindən bir ah çəkib, biraz susdu. Və sonra özünü toparlayıb dilləndi: — Xanım, sizdə günah yoxdur.
— Bəs kimdi günahkar? – xanım Nicatın romantik bir cavab deyəcəyini zənn edərək nazlandı.
— Bütün günahlar sizin ətrafınızda, dostlarınızda, qohumlarınızda və ailənizdə olan kişilərdədir. Əgər onların arasında bircə nəfər belə ən azı mənim qədər kübar bir kişi olsaydı indi siz mənim etdiyim kiçik bir insani jestdə bu qədər dərin və iyrənc mənalar axtarmazdınız...
Cavab xanımın düz sifətindən dəydi. Dinməzcə döndü və getdi...

EPİLOQ:
İnsani dəyərlər o qədər cılızlaşıb ki, ən adi hərəkətlərdə də hər hansı bir mənfəət axtarılır. Qarşılıqsız edilən yaxşılığa dırnaq arasından baxılır. İnsanlar biribirinə şübhə ilə yanaşır. – Xeyir ola, o mənə filan yaxşılığı etdi..?
Artıq bir çox dəyərlər arxaik dəyərlər toplusuna qatışıb, onlara ancaq kitablarda, filmlərdə və s. rast gəlmək mümkündür. Aşırı rasionallaşma mənəviyyatı tamamı ilə sıradan çıxarıb.
Bu hardan qaynaqlanır? –deyə soruşsam, tez — savadsızlıqdan, məlumatsızlıqdan, kitab oxumamaqdan və s. deyəcəksiz. Axı təkcə oxumaqla da məsələ həll olmur. Elə sizli-bizli o qədər oxuyanlar görmüşük ki...

Oxuduğum cild-cild kitablar məni başqalarından fərqləndirmirsə, mən də hamı kimi bir yönlü düşünür, tufeyli həyat sürürəmsə, mən də başqaları kimi yolumu, yöntəmimi və istiqamətimi tapmayan sərgərdan biriyəmsə, üst-başım həyat əvəzinə içki qoxuyursa, dediklərimdən, danışdıqlarımdan yalnız puçluq, heçlik sədası eşidilirsə, mən də cahilin yekəsi deyiləmmi? “Nihilizm” adlı fəlsəfəni yaradanlar məgər “oxumuşlar” deyilmiydilər? Demək hər oxuyan Molla Pənah Vaqif olmurki heç, hər oxuyan adam da olmur...

Nə virusdu belə bu cahillik? Nə dərddi?
Görürlər Həzrəti İsa (ə) həyəcanla qaçır. Hara qaçırsan, ya İsa? –soruşurlar. — Xəstələrə şəfa verən, ölüləri dirildən mən cahillərə bata bilmədim, onların əlindən qaçıram deyir...

Əhli-beyt (ə) -da da belə idi. Əlinin (ə) məzlumiyyəti xilafət məsələsindən daha çox onun anlaşılmamasına görə idi. Əli (ə) məzlum idi çünki “Məni itirmədən öncə istədiyinizi məndən soruşun!” –dedikdə cahilin biri durub ondan başındakı saçın sayını soruşurdu. Məhz buna görə Malik Əştər Əliyə (ə) o tarixi sözü dedi: Ya Əli! (ə) kaş əlimdə imkan olaydı səni elə bir dövrana aparaydım ki, səni anlayaydılar...

Aydınlar həmişə cahillikdən, anlaşılmamazlıdan əziyyət çəkiblər. Baxın, cəhalət Sokratın sinəsinə elə bir dağ çəkir ki, təngə gəlib deyir: -Dünyada cəmi-cümlətani bir şər var, o da cahillikdir...

Ən acınacaqlısı budur ki, yeni tip cahillər peyda olub. – “savadlı, əliqələmli” cahillər. Gedib öz cahilliklərinin dərdini çəkməkdənsə gəlib başqalarını da o zülmətə sürükləmək istəyirlər. Axı cəhənnəmə gedən özünə yoldaş axtarar. Bir qara-qəpik dəyəri olmayan biriləri əllərinə qələm, kağız, mikrofon alıb xalqın dəyərlərini “eleştirirlər”. O düşüklükdü, bu geridəqalmışlıqdı deyə bar-bar bağırırlar. Təsəvvür edirsiz, vəfanı, sədaqəti, fədakarlığı geridəqalmışlıq kimi qələmə verirlər. Biz isə qulaqlarımızı tutub, susuruq. Guya ki, “tolerant” olmuşuq. İstənilən sözə, fikirə dözümlüyük...Qorxmuruqmu? Hər kəsə haq verə-verə haqqın özünü itirmərikmi? Görürük biri əlində küt bir lom, hamımızın sakini olduğumuz gəminin göyərtəsini dayanmadan döyəcləyir — deşir. Dinmirik, özü bilər, qoy deşsin deyirik, hətta özümüzə tolerant bir görkəm alıb dahiyanə gülümsəyirik də. Axı gəmiyə su sızsa bütün bir xalq batacaq, fərqində deyilikmi? Kim qaytaracaq bu dəyərləri insanlarımızın arasına? Hara gedirik biz?  

11 şərh

Ramil

    Nə qədər oxuyursan oxu, bildiyinə yaraşan şəkildə davranmayacaqsansa, demək cahilsən!

    Nadanlıq və cəhalət, xurafatın yayılıb genışlənməsində ən əsas və mühüm səbəblərdəndir. Onun keçmişdə və hal-hazırkı əsl kökünü bunda axtarmaq lazımdır. Əsl problem də budur ki, nadanlıq və cəhalətin dərmanı asan olmayıb, bəzən peyğəmbərləri aciz və çarəsiz etmişdir. Ondan böyük müşkül və xəstəlik varmı?!

pascal

Hər şey oxumaqla deyil, deyəsən ki, hər kəs savad alsa aqil insan olacaq. Topikdə də düzgün qeyd olunub, o qədər «savadlı, əliqələmli cahillər» var ki… Məncə, mədəniyyət də, əxlaq da, qabiliyyət də, alicənablıq da insanın qanında, canında olmalıdır. Mütləq deyil ki, bunlara sahib olmaq üçün oxuyub, dünyanı gəzəsən. O qədər bizim oxumamış, ən müsbət insanı keyfiyyətlərə malik müdrik ağsaqqallarımız, ağbirçəklərimiz var. 

Topiki çox bəyəndim. Günün nəbzin tutan yazıdır. Təşəkkürlər yazıya görə, BaRLeLiTa.

_BUMERANQ_
Doğrudur! Hara gedirik biz?!

Mövlana deyir ki; «Cahil olanların mərhəməti və lütfü azdır. Cahil yanında kitab kimi səssiz ol. Çünki, qabiliyyətsizə elm öyrətmək avaranın əlinə qılınc verməyə bənzər.»- necə gözəl izah edib.
Belə insanlarla rastlaşmışam.  Əvvəllər təəssüflənərdim, amma indi deyirəm ki, nə yaxşı o tip insanların varlığından xəbərdar oldum. 

 
kagizgemiler
cox gozel movzudur etrafımızdakı mühit bizə yaxşılıq belə etməyə sanki mane olur.çünki etdiyimiz yaxşılıqda belə iyrenc meqsed axtaran insanlar da var.ama esas odurki sən özün niyyətini bilirsən başqası ne düşünür düşünsün.....COXSAGOLUN MARAQLI MÖVZUYA GÖRE
asel
çox sağ olun mövzuya görə. doğrudan bizim axırımız hara gedir? biri-birinin üzunə bir balaca gülən kimi deyir görən nə umacağı var?birinə salam verirsən,peşman olursan. bir qaş-qabaqla cavab verir, elə bil tək problemi olan odur. nəysə, məni cox danışdırmayın. ürəyim doludu. 
elshad
kimə yaxşılıq edirsən sə başlayir başına çıxmağa. kimə pislik edirsən sə səni çox istəyir zaman belə zamandır.gələcək insanın həyatda neçə olması həmçinin də mədəni olması kiçik yaşdan formalaşir.balacalarimiz da MaşAllah  seriallardaki bütün aktyorlarin aktrisalarin adların əzbər bilinir. onlardan da ancaq mənfi xüsusiyyətlər örgənirlər.
Ferbara
İnsanda cahillik böyüdüyü, «inkişaf» etdiyi mühitdə yaranır. Cahillik — qabiliyyətin, dərrakənin, nəcibliyin yoxluğundan yaranan «vitaminsizklik» xəstəliyidi. Bu xəstəliyin isə çarəsi var. Heyif ki, çox uzun çəkən prosesdi.
Mesopatomian
maraqlı və aktual yazıdır. Günümüzün ən aktual mövzusu. Hər addımın altında məqsəd axtarmaq...
bəlkədə bu bizim torpaq altda neft axtarmağımızdan qalıb???? 
heyatin-ellerinde
Artıq kiməsə yaxşılıq etmək istəyəndə çəkinməyə başlamışam.Çoxdur bu cür insanlar...Bu cür düşüncə tərzi yəqin ki insanın yaşadığı mühitdən qaynaqlanır.Bu barədə çox şey demək olar.

Həqiqətən bu gün üçün aktual mövzudu.

Topik üçün təşəkkürlər
JAVIER_ZANETTI
Salam olsun hərkəsə. Barlelita çooox sagolun həyatimizin böyük problemlərini qələminizin dilində bizə çatdirdiğiniz üçün. Hərkəs zəmanəmizdə gördüyü irgəndiyi yorulduğu əlindən bezar olduğu probləmlərdən yazdi.Yazmaq üçün nəsə olsun deyə yazmadilar yazmadiniz bezar oldugunuz mədəniyyətsizliyə dözüb dözüb sonunda vulkantək qələminizin dilində püsgürdünüz və bizlərdə yazinizin altinda gördüyünüz şerhlerdə püsgürdük.Problemimiz zamanimizdaki əsgikliklərdir.Bəli düz oxuduz içində bulunduğumuz bu dünyanin indiki zamanindaki insanliq,  əxlaq, mədəniyyət, hörmət, sevgi, dostluq, inam və başqa və s. kimi insanlara faydali olan hava su kimi gərəkli olan bu sadaladiğlarim ƏSGİKLİKLƏƏƏƏRDİR! ((( Bu isə o demək deyilki hec vaxt duzəldə bilmiyəcik bunu, xeyir mən elə düşünmürəm. Bəli ola bilsinki əvvəlki dövrantək edə bilmərik ama nəsə edə biləcəyimizdən niyə əl cəkək?! Imam Hz. Hüseyn (ə) məktəbindən örgəndiyim bir gözəl məsləhət varki diyir: Dənizin suyunu çəkib qutara bilməzsən, ama çəkə biləcəyin sudan niyə əl çəkirsən?! Demək isdədiyim hər birimiz özlüyümüzdə bir şey yaşatsaq ətrafimiza nəsə örgetmiş vəya beyninə yeritmiş olariq. Birimiz insanligi birimiz əxlaqi birimiz medeniyyeti birimiz sevgini və s yaşatsaq çəkə biləcəyimiz suyu çəkmiş olariq. Yuxarida böyük herifle yazdiğim kəlməni xaiü edirəm anqirmaq qişqirmaq bağirmaq kimi anlamayin eksinə hayqirmaq kimi anliyin xaiş edirəm. Çünki məndə sizintək bezar olmuşam bu çatişmamazliqlardan. Barlelita bir daha teşekur edirəm gözəl yaziniz ücün…
The_Secret
            Dünya zalımların yox, onlara səsini çıxartmayanların ucbatından təhlükəli bir yerdir. Albert Eynşteyn
                      Bütün çatışmamazlıqlar elm və texnologiyanın nəaliyyətlərindən düzgün istifadə etməməkdədi. Məsələn demək olar ki, bu gün hər kəsin internetə çıxışı var. Amma internetdə lazımsız yerlərə girməyi bir məqalə oxumaqdan üstün tutan cəmiyyət təbii ki, çox uzağa gedə bilməz. Nə qədər təbliğ edirsən et, quyunun dibinə su tökməknən quyu dolmaz. İnsan yaradılışdan insan olmalıdır.