Bu gün də qurtarsaydı....

   Kayzenə üzv olan gündən nə isə maraqlı bir şey yazmaq istəyirdim, ancaq vaxt çatışmamazlığı və ilham pərisinin mənə uzun müddətdir ki, baş çəkməməsi buna inkan vermirdi. Bu iş günü də qurtarsa idi, gedərdim evə. Bəlkə evdə hansısa mövzu haqda yaza bilərdim. Əslində bir tərəfdən iş gününün bitməsini istəyirəm, digər tərəfdən isə fikirləşirəm ki, həyat elə sürətlə keçir ki, onsuz da heç bunu arzulamağa dəyməz. Onsuz da bu gün axşam olacaq. Mənimlə, ya mənsiz. Bu günün bir dənə də önəmi ondan ibarətdir ki, bu gün maaş günüdür.
   Sabah cümə günüdür, sabahkı günü həftənin digər günlərindən daha çox istəyirəm. Əslində bu gün həm də müqəddəs gündür, ancaq mənim xoşuma daha çox sabahkı günlərin istirahət günləri olmasıdır. Həmin gün nə qədər çoz yorulsam da bu hal mənə təsəlli verir. Axı sabah saat 11-ə kimi yatacam. 6-cı günlər saata baxıb saatın bir göz qırpımında saat 15-00 oldüğünü görəndə anlayıram ki, bu gün də belə getdi.
   Bazar günlər çalışıram ki, səhər tez durum, axı istirahət gününü yalnız yatmaqla xərcləyə bilmərəm. Ancaq yenə də həftə boyu yığılıb qalan işlər ( uşağı nənə-babası agilə aparmaq, maşını ustaya, moykaya aparmaq, bərbərə aparmaq) günü aparır. Axşam tərəfi isə dostlarla çay içib günü başa vururam. Bu da mənim həftə boyu gözlədiyim 6-bazar)))
   Budur, vaxt-vədə yetişdi, komandirski den, işə getmək vaxtı yaxınlaşdı. Belə ağır gün, üstəlik də Bakı-Sumqayıt yolunun tıxacı, vah-vah-vah)) Gəl indi yuxulu-yuxulu işlə.
   İkinci  gün nisbətən yüngüldür, Gunun yarısı Mərkəz ofisdə iclasda keçdiyindən xəbərimiz olmur. Axşam isə bizi evdə sevimli komandamızın futbol matchı gözləyir.
   Üçüncü gün -  gecə gec yatdığımızdan səhər adətən yuxudan durmağımla maşının açarını götürüb qaçmaq bir olur, gecikməyimiz bir yana, təzədən o qədər mərtəbəni geri qayıdıb ayaqqabının digər tayını da geyinmək əlavə vaxt aparır))) Artıq işdə vaxt normal keçir. Hamı dünənki oyun barəsində öz təsüratlarını danışır. Arada da iş görəndə -hər şey normal.
   Bu da 4-gün. Bu iş günü də qurtarsa idi......
   Ömrümüzdən günlər su kimi axıb gedir.

 

12 şərh

asel
Ay, ay. əsl «mən»i tapdım yazınızda. 
Ferbara
Mənsə «gün tez bitməsin, işlərimi çatdırım» deyə düşünürəm. :)
ctrlA
Eynən mən. Heç nəyə vaxt qalmır. Uzun müddətdir vaxt tapıb burdakı yazıları belə oxuya bilmirəm.
JAVIER_ZANETTI
SALAM olsun herkese.   Üçüncü gün — gecə gec yatdığımızdan səhər adətən yuxudan durmağımla maşının açarını götürüb qaçmaq bir olur, gecikməyimiz bir yana, təzədən o qədər mərtəbəni geri qayıdıb ayaqqabının digər tayını da geyinmək))))))) -bundan o yanasi yoxdur...  Reality_man ALLAH YAR VE YARDIMCIN OLSUN. ))
Gülnar
Yoldaş Zanetti, caps lock.da yazanda Allah daha çox yar və yardımçı olmur. Odur ki, rahat buraxın klaviaturanın həmin düyməsini.
JAVIER_ZANETTI
Gulnar xanim ok rahat buraxdim caps lock duymesin ama duyme hec yere getmir elimin altindadi. menimde elim giciwir ))) (zarafat) ok qebul))
Gülnar
Təşəkkür edirəm. Tənqidə aqressiv yanaşmamaq özü də bir mədəniyyətdi ) Əliniz qaşınırsa, məsləhət görə bilərəm caps lock əvəzinə shıft+alt istifadə edin ki, şrifti azərbaycan dilinə çevirəsiniz)
JAVIER_ZANETTI
Estağfirullah təşəkurə filan ehtiyac yoxdur mən tənqid kimi qəbul etmədim şerhinizi əslində düz vurğuladiz caps lockla ALLAHdan yazanda bizə daha çox savab yazilmir veya daha tez kömeklik edilmir ama qəlbimizin dərinliklərində Uca REBBİMİZE  olan sevgimizin məhebbetimizin caps lock kimi boyuk oldugunu anlatmaga calişiriq ama bunun eçende caps locka ehtiyac yoxdur ok bunu anliyiram ve sizleri narahat edən bir şey etdimse üzürlü hesab edin)))
reality_man
ümumiyyetlə, mən capslock-la yazılan yazıları daha ucadan deyilmək kimi başa düşürəm. Burda məncə böyük problem yoxdur. İkincisi isə, 3-cü gün məsələsində bundan sonra yoxdur hissəsini başa düşmədim, nə demək istəyirdiniz?
JAVIER_ZANETTI
Gecen xeyir reality_menş komik menasinda  qardaşim başqa hecnə))
tarixci1919
Maraqlı yazmısız. Mən hələ ki, iş rejiminin necə olduğunu bilmirəm. Amma dərsə getməyin də elə böyük fərqi yoxdu. Günün 3 saatdan çoxu yollarda, 5 saatdan çoxu dərsdə. Əslində bəzən adam şikayət etsə də, işimiz ya da dərsimiz olmasa həyat daha darıxdırıcı və çətin olardı. Bir şeyi çətinliklə əldə edəndə qədrin daha yaxşı bilirik.
seyidova
Men kefim olmadığı günlerçün deyirem bu gün qurtarsaydı.Amma bele yox çünki her keçen gün ömrümüzden gedir.Heyata bir defe gelirik ele yaşamalıyıq ki, BU GÜNDE QURTARSAYDI demeyek