İki canavar haqqında Hind pritçası

Çoxdan bəri, bir qoca öz nəvəsinə  bir həyat həqiqəti açmışdı.

— Hər insanda daxildə iki canavarın mübarizəsinə bənzər bir mübarizə gedir.

Canavarlardan biri şəri təmsil edir: qibtə, qısqanclıq, eqoizm, təkəbbür,  lovğalıq, yalan.

İkinci canavar isə xeyirin təmsilçisidir:  sülh, sevgi, ümid, mərhəmət, sədaqət.

 
Uşaq bir qədər düşünüb soruşur :
— Bəs axırda  hansı canavar qalib gəlir ?

Qoca gülümsünüb cavab verdi :
— Həmişə qalib canavar sənin qidalandırdığın canavar olur.

5 şərh

pascal
Xoşuma gələn anlamlı hekayələrdən biridir. Ama nədənsə mənə elə gəlir saytda bunu oxumuşam bir dəfə. Bəlkə də bu başlıq altda yox, ama oxumuşam.
Someone
Axtarışa vermişdim cıxmadı
pascal
Deyiərm də, burda oxumuşam.
Someone
maraqlıdır bəs axtarışda niyə cıxmayıb, özü də başlıqla deyil, cümlə ilə axtarışa vermişdim.
pascal
Mən elə "İki canavar" yazıb, axtarışa verdim, bu da gəldi.