Hərkəs özüdür

— Sən kimsən?
+ Mən yaxçı oğlanam. Əlimdə təsbeh söybət həll edirəm.

— Sən kimsən bəs?
+ Mən cool ərgənlərdən. Əlimdə kitab Yer6da fırlanıram. Halbuki o kitabın mənasını bilmirəm. Məqsəd qız tutmaqdı.

— Bəs sən kimsən?
+ Hərşeydən narazı ölkədən qaçmaq istəyən biri. Mən ancaq qınayıram. Mübarizə aparmağa gəldikdə isə yox. Mənlik deyil. Mən siyasətə qarışmıram.

— Bəs sən?
+ Mən yolda gördüyüm hər qıza söz atan «oğlan». Başqa yerdə namusdan dəm vururam, amma günümü Malakan bağında keçirdib öz aləmimdə «babniklik» edirəm.

+ Sən bəs?
+ Mən ərgən ateist. Çoxları belə oldu deyə məndə belə oldum. Nəm deyirlər guya cool olursan. Bilmirəm. Toyda kababdan basıb yeyirəm, amma sözdə heyvan haqqlarından dəm vururam.

+ Sən?
— Mən isə bu boyda insanın ağıllı və sağlam düşüncəyə malik olmasını istəyən bir yazıq. Millətinin bu vəziyyətinə baxıb, yanıb-tökülən yazıq. Qadına, qıza söz atan bəzi gənclikdən iyrənən yazıq. Mən buyam. Bu.

«Hərkəs özüdür» adlı qısa bir yazı.

3 şərh

beautiful
Xəbərin mövzusunu çox bəyəndim..ama cümlələrin qarşısındakı müsbət və mənfi işarələrinin niyə sonuncu iki sual-cavabda fərqli olduğunu anlamadım…
azadmamedov90
Bəs SƏN? — Mən isə Nənə pensiyasına barlarda kef çəkən, siqret yox, «Malbra» yox, Kuba Sigarları çəkən, indiyə qədər Maddi- Mənəvi Dəyərin nə olduğunu sorğulamayan «GƏNCLİK».
 Ya tozu dumana qatarsan, ya da toz duman udarsan-1
 Ya sürü halında yaşayarsan- palaza bürünüb elnən sürün məsəli ilə, ya da tənhalıqda yaşayarsan.
  Optimiz, Ümid, Həyat sevgisi, dünyaya baxış və s…
 əvvəllər insanları din — inanc ilə idarə edirdilər, sonra Kant çıxdı və sevgi dinini yaradaq dedi, nəticədə isə indi insanaları Manupulyasiya, subniminal mesajlar, damların üzərində olan antenlərlə beynimizə soxuşdurulan dalğalarla idarə edirlər...
 
Bigbang
— Sən kimsən?
+ Mən yaxçı oğlanam. Əlimdə təsbeh söybət həll edirəm.
 
— Sən kimsən bəs?
+ Mən cool ərgənlərdən. Əlimdə kitab Yer6da fırlanıram. Halbuki o kitabın mənasını bilmirəm. Məqsəd qız tutmaqdı.

İndiki oglanlar  tipi 2 yere bolunur. -_-