Qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.

 İki qardaş var imiş. Bunların qayğıya möhtac anaları da var imiş. Hər gecə qardaşlardan biri ananın xidməti ilə məşğul olur, digəri ibadətlə məşğul olardı… Bir axşam, ibadət edən qardaş etdiyi ibadətdən aldığı həzz və mənəvi rahatlığı hiss edib qardaşına deyir: 
— Bu gecə də anama sən qulluq elə, mən ibadət edim. 
— Qardaşı təklifi qəbul edir. İbadət edərkən yuxuya gedən qardaş yuxuda bir səs eşidir. Səs ona: 
— Qardaşını bağışladıq, səni də onun xətrinə bağışladıq. Bu sözləri eşidən gənc: 
— Mən Allah Təalaya ibadət edirəm. Qardaşım isə anama xidmət edir. Bəs nə üçün məni onun etdiyi əmələ görə bağışlayırsınız? Mənim ibadətimin savabı, fəziləti daha çox olmalı deyil? dedi. 
Səs ona: 
— Sənin etdiyin ibadətlərə bizim heç bir ehtiyacımız yoxdu. Ancaq, qardaşının anana etdiyi xidmətlərə ananın ehtiyacı vardı, ona görə qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.
 

10 şərh

pascal
Bəzən unuduruq ki, böyüklərə qayğı da, elmə, maarifləndirməyə sərf etdiyimiz vaxt da ibadətdəndir. Müəllim var namazın vaxtlı-vaxtında qılır, ibadətində əskik bir şey etmir, ama tələbəsinə dərs verərkən özün incitməz, əziyyətə salmaq istəməz. Belə müəllimin ibadəti qəbul olunurmu?.. Bilmirəm.
_BUMERANQ_
Səhvlik bilirsiz hardadı, insanların ibadəti nəsə bir ayrıcalıq, üstünlük kimi qəbul etməsində. 
O riyakarlıq «Mən dindaram, deməli digərlərindən üstünəm» fikri ikrah oyadır həmişə. Şəxsən mənimçün kiminsə ibadətlə məşğul olması onun haqqında ciddi nəsə demir, dəyər ölçüsü deyil yəni. 
Görünüşündən dindarlıq yağan insanlara həmişə ehtiyatla yanaşıram, əksəriyyəti sadəcə görünüşdü çünki. Mənimçün qarşımdakının dini davranış şəklində, xarakterində, ətrafdakılara münasibətdə məlum olur artıq.
 
Gülnar
Hekayədən çıxan nəticə əlbəttə doğrudur. Amma məntiqi cəhətdən adamın belə sual verməyi gəlir. Bəs ehtiyacınız yox idisə, neçə əsrdi bəşəriyyəti nə qırğına salmısız? :)
 
STalib-off
Salam bilirsen eslinde ehtiyac var o Allah tealanin emirdir namaz qilmaq ibadet etmek
ancaq bir ustun cehet var burda ata anaya olan qaygi sevgi ve uzlerine ag olmamaq bu hissi onlara yashatmaq ve en azindan onlara guleruzlu davranmaq. İslam tarixinde bes neye gore bir hereketin agir ve yungu savablari var. Ona gore de valideynlere edilen qulluq ve qaygilar
en ALİ İBADETDİR!!!

name
İbaadət  gərəksizdir deyə bir şey yazılmayıb. Digərinin daha üstün olduğu deyilib. Həm bu sadəcə bir yazıdır. Kiminsə beyin məhsulu… Hər şeyin beynimizdə oturan fikirləri sorğuya çəkməsinə icazə verməməliyik. Yazı üçün minnətdaram, Ramil. Tək problem topikin adındadır. Görəndə başqa yönə çəkdi məni. Sanki yazıya uyğun deyil, amma «nə uyğundur?» sualına cavab verə bilməyəcəyəm.)
Gülnar
Men «ibadet gereksizdir» yazilib dememisem. Qinaginiz essasizdir :)
name
Bu şərhi sizi qınamaq üçün yazmadım.:( Sizə müraciətsə yazsaydım, «cavab vermək» klikləyərək yazardım.:) Amma qəbul edirəm ki, gərəksizdir sözünü doğru yerdə işlətməmişəm. İbadət etməyin üstünlük olduğunu demək istəmişdim.:) 
Gülnar
Men şerhinizin mezmunundan o fikre geldim. Cox adam cavabi kliklemeyi unudur:)
Ramil
Fikirlərinizə görə hamınıza minnətdaram. Başlıqda "İbadətindən daha  yüksəkdi". 
şərh silinmişdir