Avraam Linkolundan oğlunun müəlliminə məktub

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdir.

Hörmətli müəllim. Oğlumum sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.

Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaşıları özünə götürməyi öyrət. Bacarsanız, kədərləndiyi zaman belə necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, uluyan insan kütləsinə qulaqlarını tıxamasını və əgər özünün haqlı olduğuna inanırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı öyrədin ona.

Ona qarşı mehriban olun, amma qucaqlamayın, çünki ancaq odun qığılcımı poladı saflaşdırır. Qoyun səbrsiz olacaq qədər cəsarətə sahib olsun və qoyun cəsur olacaq qədər səbrli olsun. Ona həmişə özünə inanmağı öyrədin, bu yolla onun bəşəriyyətə inamı daimi olacaq. Bütün bu sadaladıqlarım bəlkə də çox böyük tələbdir. Lakin özünüz baxın, nə qədərini bacarırsınız.

Hazırladı: MushviG.H

6 şərh

pascal
Saytda oxumuşdum bu yazını birr dəfə. Elə «Oğlumun müəlliminə» adı ilə də bu məqalənin altında linki verilib. Əvvəl elə bildim ayrı-ayrı məktublardır. Hər ikisin diqqətlə oxuduqdan sonra fərqli tərcümələr olduğunu gördüm.
 
Doğurdan da gözəl məsləhətlər, gözəl sözlərdir. Sanki əvvəl Linkoln özü müəllimə dərs verir, sonra da bu dərsi oğluna daha geniş şəkildə keçməsini tapşırır. Mükəmməl. 
name
Gözümdəki ifadədən sözləri çıxarıb deyə bilsəydim, yazıdan nə qədər xoşum gəldiyi görünərdi. Linkolun müəllimdən gözlədiklərini rəqəmləyib dəyişməli olduğum xüsusiyyətlərim siyahısı düzəltsəm, yazıdan nəticə çıxarmış olaram.
pascal
Tərcüməsi: Linkolnun müəllimdən oğluna verilməsini istəyən həyat tövsiyyələrini bəyənir və bəzilərinə sən də əməl etmək istəyərdin. ;) Elə mən də. :)
name
:D Azərbaycan dilindən azərbaycancaya tərcümə də yaxşı imiş.
pascal
Sən yanında bir dənə tərcüməçiylə gəz. Tarix-nadiri oxuyanlar səni hələm-hələm anlamaz. ;) ))
name
:D Yarısına kimi oxusalar məni anlamağa yetər.:D