Bu haqda düşün...

Bir gün bir nəfər həmişə olduğu kimi işdən evə gec qayıdır, yenə də yorğun... Birdən qapının qarşısında 5 yaşlı oğlunu görür.
- Ata, olar səndən bir söz soruşum?
- Əlbəttə, nəsə olub?
- Ata, sən nə qədər pul alırsan?
- Bu sənin işin deyil- ata qəzəbləndi- ümumiyyətlə niyə soruşursan?
- Heç, elə-belə bilmək istəyirəm. xahiş edirəm de, sən 1 saata nə qədər pul alırsan?
- 5 man.
- Ata,- uşaq ciddi nəzərlərlə atasına baxdı - sən mənə 3 manat borc verə bilərsən?
- Sən bunu onunçün soruşdun ki, mən sənə hər hansı bir mənasız oyuncaq üçün pul verim? - deyə ata hirsləndi- indi ise cəld otağına get. İnsan belə eqoist olmaz. Mən səhərdən gecəyə kimi işləyirəm, ancaq sən özünü çox pis aparırsan.
Uşaq sakitcə öz otağına getdi və qapını bağladı. Ata isə hələ də oğluna qəzəblənirdi: O necə mənim maaşımı soruşa bilər ki, hələ sonrada pul istəsin. Lakin sonra o sakitləşdi və düşünməyə başladı: "Bəlkə ona doğrudan da nəsə vacib bir şey almaq üçün pul lazımdır. 3 manat... heç nə olmaz, axı o məndən heç vaxt pul istəməyib"
O oğlunun otağına daxil oldu.
- Oğlum, hələ yatmırsan?
- Yox, ata, uzanıram.
- Deyəsən mən sənə çox kobud cavab verdim. Bu günüm çox ağır olub, ona görə də sənə qəzəbləndim. Al bu sənin istədiyin pul.
Uşaq çox sevindi:- Çox sağ ol, ata.
Sonra o yastığının altına topladığı digər pulları da çıxardı. Pulları görən ata qəzəbləndi: - Əgər pulun var idisə, bəs niyə məndən pul istədin?
- Çunki mənim 3 manatım çatmırdı. İndi isə tam oldu. Ata, burada düz 5 manat pul var. Olar, mən sənin iş vaxtının 1 saatını alım? Xahiş edirəm sabah işdən evə tez gəl. Mən istəyirəm ki, biz şam yeməyini bir yerdə yeyək.

Nəsihət... Əksinə nəsihət yoxdur. Sadəcə xatırlatmaq istədim ki, həyatımız onu bütünlüklə işə, təhsilə həsr etmək üçün çox qısadır. Biz onun əllərimizin arasından uçub getməsinə imkan verməməliyik və ya onun çox cüzi hissəsini öz sevdiklərimizə ayırmamalıyıq. Əgər biz sabah olmayacayıqsa bizim kompaniya bizi tezliklə başqa biri ilə əvəz edəcək. Yalnız və yalnız dostlarımız və ailəmiz üçün bu əsl itgi olacaq, hansı ki, bütün ömürləri boyu xatırlayacaqlar. Bu haqda düşünün, axı bizlər işimizə ailəmizdən daha çox zaman ayırırıq...

 

Tərcümə: Rzayeva Nailə

 

17 şərh

mr13
Super!!! Gözüm doldu. Lap evdəki körpə qızımdan ötrü darıxdım. Uşaq vaxtı atam işdən gec qayıdanda gözümdən yuxu tökülə tökülə oturub gözləyirdim və bir də ayılırdım ki, səhərdir və atam yenə də işə gedib.
2ral
Allah saxlasın. Heç bilmirdim ki,qızınız var.
Nailənin yazıları doğurdan da bloqun adına uyğun olur həmişə.
mr13

bu şəkillərdə hələ 8-10 aylıq idi. indi Maşallah 1yaş 8 ayı tamam olur


 

sabit_b
Maşallah nə şirin baladı.
mr13
Allah hamıya qismət eləsin
tenqo
Allah saxlasın. Uşaqları, ümumiyyətlə, sevirəm. Toppuş uşaqlardan isə xüsusilə xoşlanıram
Westsider
Allah saxlasın!)
Dior
«Bu haqda düşünün, axı bizlər işimizə ailəmizdən daha çox zaman ayırırıq… „

Bu məsələ mənim ən yaralı yerimdi.Mən də bu sözü tez tez işlədirəm.Lakin istədiyimi görə bilmirəm.
Agali
həqiqətən düşündürücü və dərs götürülməli bir hekayədir. +
Westsider
Pul hətta uşaqdan da üstündür… Heyif
Yeganaa

Düşünülməli olmaöına düşünülməlidir.Birdə deyirsinizki işimizə ailəmizdən cox zaman ayirırıq amma məncə bununda səbəbi məlumdur.

nərgiz
Nədir bunun səbəbi? Mənə məlum deyil.
tenqo

Sizin suala öz adımdan cavab vermək istərdim. İş olmasa, ailəni də dolandırmaq olmaz. Mən şəxsən karyeramı ən sonda düşünürəm. Mənimçün mənəvi zövq dostlarla, əziz insanlarla bir yerdə olmaq və ömrümün anlarını paylaşmaqdı. Amma işləməsəm alınmır və işə ayırmalı olduğum vaxtı da ayırıram. Halbuki həmin vaxtı başqa şeyə həsr etmək istərdim. İşini sevən də, sevməyən də bu vaxtın çərçivəsinə düşür məcburən. Məncə, daha düzgün olardı o fikri söyləmək ki, işdən azad vaxtlarda vaxtını əzizlərinlə, ailənlə keçirməyib başqa şeylərlə məşğul olmaq yaxşı deyil və çalışın vaxtınızın çox hissəsini əzizlərinizə ayırın

sabit_b
Mən evlənəndə belə etməyəcəm işdən tez gələcəm.
bloqçu
Həqiqətən də maraqlı, düşündürücü hekayədir, uşaqlar dünyanın ən təmiz, ən gözəl nemətləridilər. Və elə düşüncəyə malikdilər ki… Bəzən böyüklər də uşaqlardan öyrənirlər.

mr13, 41 dəfə maşallah deyirəm, qızınız çox şirindir, Allah saxlasın. Allah hər evə, yuvaya nəsib etsin.

Cavid

yazıdan daha çox şərhlər maraqlıdır, səmimiyyət öz sözünü deyir

music_and_love
bu hekayeni oxumusam, heqiqeten superdi, ibretverici