Qızıl kisəsi

Bir dəfə Zanslı ravvin Xaim pəncərənin qabağında dayanıb küçəyə baxırdı. Yoldan keçən birini görüb şüşəni döydü və onun içəri gəlməsinə işarə etdi. O içəri girəndə ravvin Xaim soruşdu:
— De görüm qızıl kisəsi tapsan onu yiyəsinə qaytararsan?

— Ravvin, — yolçu cavab verdi, — əgər pulun yiyəsinin kim olduğunu bilsəm, düşünmədən qaytararam.
— Sən axmaqsan. – Zanslı ravvin dedi.

Sonra pəncərənin qabağına qayıtdı, daha bir yoldan keçəni çağırdı və eyni sualı verdi.
Yolçu cavab verdi:
— Mən o qədər axmaq deyiləm ki, tapdığım pul kisəsini qaytarım.
— Sən pissən, — Zanslı ravvin dedi və üçüncü yoldan keçəni çağırdı.

O suala belə cavab verdi:
— Ravvin, kisəni tapan vaxt necə olacağımı, özümü pis işdən çəkindirə biləcəyimi bilmirəm axı. Bəlkə tamah mənə güc gələcək və mənim olmayan şeyi özümünküləşdirəcəyəm. Bəlkə də Tanrı – O, xeyirxahdır – mənə kömək edəcək və mən tapdığımı qanuni yiyəsinə qaytaracağam.
– Bunlar yaxşı sözlərdir! – ravvin qışqırdı.
– Sən əsl müdriksən!

Yəhudi pritçası 

1 şərh

azadmamedov90
Bu yəhudi kopoluları çox yaxşı məsəllər çəkirlər.
 Deyir ata övladını hündür bir yerə çıxarır və oradan- «mən tutacağam» deyib hoppanmasını istəyir. Uşaq hoppanır, və atası onu tutmur. Yıxılan uşağa nəsihət, «Bu həyatda tanrından və öz ağlından başqasına güvənmə».