Dəli


Solğun üzlü, gözəllər gözəli, insanı məftun edən cavan oğlanla rastlaşanda, o bir dəlixananın bağçasındaydı. Və oturduğu tərəfə addımladım, ona yaxınlaşdım və soruşdum:
— Niyə buradasan?

Və mənə təəccüblə baxdı və dedi:
— Yersiz sualdır, amma yenə cavab verəcəyəm. Atam məni özünə bənzətmək istəyirdi, əmim də. Anam mənim simamda görkəmli atasını görmək istəyirdi. Bacım uzaq dənizlərə yelkən açmış ərinin yolunu davam etdirməyin mənim üçün faydalı olduğunu düşünürdü. Böyük qardaşım atlet olmağımı istəyirdi, eynən özü kimi. Və müəllimlərim fəlsəfə doktoru, musiqi bilicisi və məntiqçi…

Hər biri mənim güzgüdə onların surəti olmağımda israrlıydı. Bura ona görə gəldim. Buranı daha etibarlı hesab edirəm, heç olmasa özüm ola bilirəm. Sonra mənə tərəf döndü və soruşdu:
— Düzünü de görüm, sən də təhsil və müdrik nəsihətlərdən sonra buranı seçmisən?

Və cavab verdim:
— Mən sadəcə ziyarətçiyəm.
Və dedi:
— Eh, elə isə sən də divarın o biri tərəfindəki dəlixanada yaşayanlardan birisən.

Cübran Xəlil 

0 şərh