Əsa

Bir kral arvadına dedi:
— Madam, siz həqiqi kraliça deyilsiniz. Həyat yoldaşım ola bilməyəcək qədər kobud və zəriflikdən uzaqsınız.
Arvadı dedi:
— Cənab, siz özünüzü kral hesab edirsiniz. Əslində isə təlxəyin birisiniz. Bu sözlər kralı hirsləndirdi və xalis qızıldan hazırlanmış əsanı onun alnına endirdi. Bu zaman saray əyanlarından biri içəri girdi və çığırdı:
— Aman Həşəmətli ağam, aman! Bu əsa ölkənin ən böyük sənətkarının əl işidir.

Təəssüf ki, bir gün siz də, ülyahəzrət də unudulacaqsınız. Amma bu əsa gözəllik nümunəsi kimi, nəsildən nəsilə keçəcəkdir. Amma siz onunla ülyahəzrətin başını qanatdığınız üçün əsa daha çox diqqət çəkəcək və xatırlanacaq.

Cübran Xəlil

0 şərh