Boş qayıq


Lin Çi söyləyir :
Mən cavan olanda qayıqda üzmək çox xoşuma gəlirdi. Balaca bir qayığım var idi və bu qayıqda tez -tez tək-tənha göldə üzürdüm, saatlarla bu qayıqda qala bilirdim. Bir dəfə gecə vaxtı gözlərimi yumub meditasiya ilə məşğul idim. Gözəl bir gecə idi. Birdən haradansa boş qayıq axın istiqamətində mənim qayığımla toqquşdu. Məndə qəzəb/qeyz baş qaldırdı. Gözlərimi açıb mənim rahatlığımı pozan adamı söyməyə hazırlaşırdım ki, gördüm qayıq boşdur. İndi mənim qəzəbimin çıxış yeri də yox idi…

İmkansızlıqdan gözlərimi yenə yumub daxildə öz gəzəbimə diqqətlə baxmağa başladım. Bu an mən öz qəzəbimi gördüm. Bu mənim yolumdakı ilk addımım idi. Bu səssiz gecədə mən öz daxili mərkəzimə yaxınlaşdım. Boş qayıq mənim müəllimim oldu. Bax bu vaxtdan əgər kimsə məni incitmək, təhqir etmək istəyirdisə və daxilimdə gəzəb oyanırdısa, mən gülərək öz — özümə deyərdim:
— Bu qayıq da boşdur. Gözlərimi yumub diqqətimi daxilimə yönəldərdim.

1 şərh

aydanrehimova
Bu hekaye esl mene aid olmalidir...tez eseblesib tez soyuyan bir xarakterim oldugu ucun