Sizin üçün ən dəyərli olan nədir?

Heç bir şey üçün zaman tapa bilməzsən. Zaman istəyirsənsə, onu yaratmalısan.
Charles Buxton

Bir kişi uşaqlıqda qoca qonşusu ilə çox mehriban idi, onları dost adlandırmaq olardı.

Amma zaman ötür, kollec və digər əyləncələr ortaya çıxırdı, daha sonra isə iş və şəxsi həyat. Gənc insan demək olar ki, hər dəqiqə məşğul idi, onun keçmişi xatırlamağa heç vaxt qalmırdı, o heç yaxınları ilə birlikdə olmaq üçün də zaman ayırmırdı.

Bir dəfə o, öyrənir ki, qoca qonşuları ölüb və qəflətən o xatırlayır, bu qoca ona çox şey öyrədib və ona vəfat etmiş atasını əvəz etməyə çalışıb. Özünü günahkar hesab edən kişi dəfnetmə mərasiminə getməyə qərar verir.

Dəfndən sonrakı axşam kişi mərhumun kimsəsiz qalmış evinə daxil olur. Hər şey məhz neçə-neçə illər əvvəl olduğu kimi idi…. Amma bircə stolun üstündə olan qızılı rəngli qutu yox idi. Qocanın sözlərinə görə o bu qutuda onun üçün ən əziz, ən dəyərli olan əşyanı saxlayırdı. Cavan kişi düşünür ki, yəqin qutunu mərhumun azsaylı qohumlarından biri götürüb. Daha sonra o, evi tərk edir.

Amma iki həftə sonra o, bir bağlama alır. Bağlamanın üstündə rəhmətə getmiş qonşusunun adını görən kişi diksinir və sonra bağlamanı açır. Içəridə həmin qızılı rəngli qutu var idi. Qutunun içində isə qızıl qol saatı vardı, saatda yazılmışdı: “Mənimlə keçirdiyin zaman görə, çox sağ ol”.

Gənc adam başa düşür ki, qoca kişi üçün ən dəyərli şey balaca dostu ilə keçirdiyi vaxt idi. Həmin dövrdən sonra gənc adam ailəsinə və oğluna daha çox vaxt ayırmağa çalışır.

Həyat heç də aldığımız nəfəslərin sayı ilə ölçülmür. O, bizi nəfəsimizi kəsməyə məcbur edən anların, məqamların sayı ilə ölçülür.

Zaman hər saniyə axıb gedir və onu saxlamaq mümkün deyil. Amma elə indi onu bundan sonra necə sərf edəcəyinizi düşünməyə dəyər.

4 şərh

azadmamedov90
İş- Ev- İş… çox sadə,  nə ailə nə də dostlara vaxt var.
pascal
Cəmiyyəti və insanları bu günə qoyanın sistemin üzü qara olsun.
azadmamedov90
Kapitan Fantastik adlı filmdə «hippi» ailəsindən bəhs edir, budda  və s. Baxıra, deyirəm elə olmaq daha yaxşıdır bəlkə də, əgər reallıq olsa.
aydanrehimova
eslinde var ama calismiriqm bunun ucun..zaman insanina yerine ve dusduyu veziyyete gore deyisen bir elementdir desek dogru olar