Cəhalət sənin düşmənindir

Atanın oğula məktubu.

Əziz balam Enriko!
Ananın dediyinə görə dərs oxumaq sənə çox çətin gəlirmiş. Mən hələ görməmişəm ki, sən məktəbə sevinərək gedəsən və sənin bu həvəssizliyin məni məyus edir. Azca düşün. Tutaq ki, sən məktəbə getmədin və bütün gününü həyətdə oynadın. Düz bir həftədən sonra isə bu sənə çox bezdirici gələcək. İnan ki, sən sevinclə məktəbə gedən uşaqları gördüyün zaman özün özündən utanacaqsan və gəlib bizə yalvaracaqsan ki, biz səni məktəbə yollayaq.

Əzizim Enriko, hamı işləyir. Boş gəzən ancaq dəlilər və avaralardır. Düşün, bütün günü işləyib, sonar da, gecə məktəbinə yollanan fəhlələri düşün. Qadınları, qızları düşün, hansı ki, bütün həftə boyu işləyib, sonra da bazar günləri məktəbə gedirlər. Əsgərləri düşün, o əsgərləri ki, təlimlərdən yorğun qayıdır və sonar da, əllərinə kitab dəftər alırlar. Sən gözləri görməyən, qulaqları eşitməyən uşaqları düşün, onlar belə oxumağa çalışırlar. Məhbusları göz önünə gətir. Məhbuslar da oxuyub-yazmağı öyrənməyə çalışırlar.

Heç nə vaxtsa düşünmüsənmi ki, hər səhər məktəbə yollananda səninlə eyni vaxtda neçə ölkədə, neçə milyon uşaq məktəbə gedir? Şəhər küçələrində, kənd yollarında, dənizlərin, göllərin sahillərində, səhralarda, dağlarda, qarlı və dumanlı vadilərdə milyonlarla uşaq, qoltuqlarında kitab daşıyaraq və yaxud da çiyinləri ya da əllərində çantalarıyla məktəbə gedirlər.
Bir az düşün. Sənin də qatıldığın yüzlərlə ölkənin uşaqları Rusiyadan Afrikaya qədər milyonlarla uşaq ayrı-ayrı yollardan, eyni şeyi öyrənməkçün gedirlər. Düşün ki, bu hərəkət dayansa insanlar cahillik vaxtına geri dönərlər.

Bu səbəbdən də ey, böyük bir ordunun kiçik əsgəri, cəsarətli ol! Sənin silahların məhz kitablarındır, bölüyün məktəbin, düşmənin isə tənbəllik və cəhalətdir. Bütün yer üzü isə müharibə meydanı.
Unutma əziz Enriko, qorxaq və tənbəl bir əsgər heç vaxt zəfər qazana bilməz.

Səni sevən və sənə inanan atan.

Edmundo de Amikis “Uşaq Ürəyi” əsərindən

7 şərh

mr13

Beşikdən qəbir evinə qədər elm öyrən


Elm tükənməz xəzinədir, o xəzinənin açarı isə soruşub öyrənməkdir.Soruşub öyrənin, çünki soruşduqda 4 adama savab düşür: Soruşana ,öyrənənə ,dinləyənə bunları sevənə"


«Elm Allahın Yer üzündə qoyduğu əmanər, alimlər isə Allah eminin əmanətdarlarıdır. Hər kəs öz eminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır»


«Elm axtaranı elm öyrəndiyi vaxt ölm haqlayarsa, o, şəhid olmuşdur»

bloqçu
Hər sözü bir ulduz, bir şəffaf almaz,
Mənalar dünyası qaranlıq deyil.
Bu böyük kitablar yaranır az-az,
Çünki ömürlükdür, bir anlıq deyil. (Səməd Vurğun)
mr13
Kitab qocalığın ən yaxşı dostu və eyni zamanda Cavanlığın ən yaxşı rəhbəridir. Semuel Smayls
Dior
Mən kitab oxumağa 7 il fasilə vermişəm.Lakin bu uzun müddətli fasiləyə baxmayaraq sonradan yenidən mütaliyə etməyə başladım.Həmdə yaman başladım.)))
bloqçu

Kitab oxumağı sevən və oxuduğu zaman fikrini ancaq o kitaba həsr edən M.K.Atatürk belə deyir:


Bir millətin əsgər ordusu nə qədər güclü olsa da, qazandığı qələbə nə qədər uca olsa da, əgər o millət elm ordusuna malik deyilsə, demək ki, döyüş meydanlarında qazanmış olduğu zəfərin nəticəsi olmayacaqdır...

ilham
Bilirsiz,Enrikonun bəxti gətirib ki belə atası var.Heç olmasa onun atası başa salır oğlunu ki oxumaq lazımdır.Amma bizdə elə atalar var ki uşaqla oturub söhbət eləmir.
bloqçu
Tamamilə haqlısınız. Təəssüf ki, bizdə tərbiyə anlayışı tərbiyəçi sayılacaq insanlar tərəfindən də səhv başa düşülür və bu zaman tərbiyədə yalnışlıq təşkil edir. Çünki elə ailələr var ki, bu ailədə kişi zənn edir ki, uşağın tərbiyəsi yalnız qadına- anaya məxsusdur. Amma bu çox yalnış fikirdir.